beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəbbim Anamı Qoru

Uca Rəbbim, Artıq gənc deyiləm və yoldaşlarımın anaları tək-tək ölməyə başladı. Yoldaşlarım analarını dəyərini anladıqlarında, bunu onlara söyləyə bilməyəcək qədər gecikdiklərini dilə gətirirlər.
Mənim hələ həyatda olan qüsursuz bir anam var. Onun dəyərini hər keçən gün daha yaxşı anlayıram. Anam deyil, mən dəyişirəm. Yaşım artdıqca, onun nə qədər fövqəladə bir insan olduğunu daha yaxşı anlayıram. Bu sözləri anamın özünə söyləyə bilmirəm çox təəssüf, halbuki hislerimi qələmə almaq nə asantdı.

Bir övlad özünə həyat verən anasına necə təşəkkür edə bilər? Bir uşaq böyüdərkən göstərdiyi sevgiyə, səbrə və o qədər səyə görə? Körpəykən arxasından qaçdığı, hər şeyi bildiyinə inanan universitet şagirdini başa düşdüyü üçün təşəkkürlərimi necə dilə gətirə bilərəm? Oğlunun anasının nə qədər ağıllı bir insan olduğunu anladığı günü səbirlə gözlədiyi üçün necə minnət eşidə bilər? Ata və yaxud ana olmuş bir övlad hələ özünə analıq edən bir insana necə təşəkkür edə bilər? Hər vaxt öyüd verməyə hazır olduğu halda, lazım olduğunda səssiz qalmağı bacardığı üçün..
Mənə zərəri dəyəcək işlərə qadağalar qoyurdu,lakin men nece bilirdim elədə ekiyirdim və sonradan ziyanın görürdüm bundan sonra, "Mən sənə deməmiş idimmi?" demədiyi üçün.. Özü olduğu üçün.. Sevgi dolu, düşüncəli, səbirli və bağışlamağı bilən özü olduğu üçün, necə təşəkkür edə bilərəm? Allahım, Səndən onu haqqı olduğu qədər müqəddəs hesab etməyini istəməkdən başqa bir şey gəlmir əlimdən.. ..., mənə köməkçi olmağına şükr etməkdən başqa hec nə gəlmir əlimdən.
İnşallah öz uşaqlarımın gözündə, valideyinlərimin mənim gözümdə olduğu qədər yaxşı bir valideyn ola bilmək üçün sənə dua edirəm Allahım
Analarımızı sevək və qədrin bilək.indi yanımızdadılar vaxt gələcək olmayacaqlar.onları incitməyək !!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar