beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

La Ilahə Illəllah!

Allahım, çox şükürler olsun varlığına,
Allahım, sene şəkk edənlərə ləhnətlər olsun,
Allahım, məni İslam dinindən, namazdan ayırma,
Allahım, məni xətadan, bəladan, çətinlikdən cərimədən qəzadan qoru,
Allahım, valideyinlərimə köməy et-günahlarını bağışla, axirətlərini yaxşı et,
Allahım, doğmalarıma yardim et,
Allahım, meni özünə sadiq qul hesab et,
Allahım, qohumlarimi imanə gətir, xoş güzəranlarını ver,
Allahım, məni kasibçiliq, qorxu və qəm-qüssəddən uzaq et,
Allahım,məni öz lənətindən, qoru,
Allahım, meni torpağa, torpağı isə mənə sevimli et,
Allahım,məni Haqq və Hidayət müştərisi et ki, Mənəviyyat saticıları mənə tərəf gəlsinlər,
Allahım,məni 1. Cahil; 2. İnadkar; 3. Pulgir insanlardan uzaq et,
Allahım, canımı salamat, əqlimi müdrik, düşüncəmi sağlam etməklə ruzimi ver,
Allahım, qıldığım namzaları qəbul et, vacib olanları həyatə keçirməyə mənə kömək et,
Allahım, Haqq-hesab çəkilən gün məni, ata-anamı doğmalarını bağışla,
Allahım, günahlarımı bağışla, təqsirlərimdən keç və canımı yaxşı əməl sahibləri ilə bir yerdə al,
Allahım, bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram, məni bağışla mənə rəhm et, ziyana uğrayanlardan etmə,
Allahım, sənə yadd edənlərdən, Sənə şükür edənlərdən, Səndən qorxanlardan, Səni sevənlərdən məni et,
Allahım, Şükr etmək nemətini bizlərə əta et,
Allahım, məni Sərvətli, sağlam, və təqvalı et,
Allahım, ailə üzvlərimi öz himayəndə saxla,
Allahım, bütün verdiyin əzalarımı sağ salamat Sənə təvil verməyimə mənə kömək et,
Allahım, məni bütün zinalardan uzaq et,
Allahım, məni nəfsimə təslim olmağımdan qoru,
Allahım, məni niyyət etdiyim ünvanlara yetir,
Allahım, məni axirətdə Peyğəmbərlər qonşusu et,
Allahım, mənə verdiklərimi alma,
Allahım, vətənimi qəsipkar, fitnəkar, cəsus, və düşmənlərdən qoru,
Allahım, bütün şəhidlərin və islam yolunda dünyasını dəyişənlərin axirətini gözəl et,
Allahım, məni nəfsimlə və şeytanla baş-başa qoyma,
Allahım, məni cənnətdə peyğəmbərlərin nökəri et,
Allahım, məni Qurani hafis kimi qəbul et,
Allahım, məni bu dünyada səxavətli- comərd, axirətdə isə öz qulun hesab et,
Allahım, məni Nəim cənnətlərinin varislərindən et! Atamı-Anamı bağışla!
Allahım, insanların qəbirlərindən çıxardılıb dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə! O, gün ki, nə mal dövlət nə də övlad fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk şübhəyə, küfrə, şirkə,və nifaqa yol- yer verməyən kimi Allahım hüzuruna gələn kimsədən (möminlərdən) et, Allahım!
Ey aləmlərin Rəbbi!
Ey sevgini sevgiylə yaradan!
Ey, sevən sevdirən və sevindirən!
Ey, rəhmətin sonsuz qaynağı!
Ey, mərhəmətlərin ən mərhəmətlisi,
Ey,könüllərin mütləq hakimi!
Ey, zatına həmd ilə əziz olduğum!
Ey, zatını həmddən aciz olduğum!
Mən layiqincə öyə bilmərəm səni!
Sən öydüyün kimisən Özünü!
Səni layiqincə ancaq Sən tanıyar!
Səni layiqincə Sən öyərsən!
Həmdim sənə məxsusdur duam sənədir!
Ümudum qorxum və sevdam sənədir!
Üzümü sənə çevirdim, sənə tutundum!
Əlimi sənə açdım, könlümü sənə verdim!
"Məni qovmaz" deyə qapına gəldim!
Əfvi boldur deyə əfvinə gəldim!
Tutdum günahimdan üzümə pərdə!
Qulluq edəmədim lütfünə gəldim!
Allahım!
Qanadı qırıq bir quş kimiyəm.
Uçsam uça qaçsam qaça bilmirəm.
Yarımçıq qalmış yuxu kimiyəm.
Yardan da sərdən də keçə bilmirəm.
Mənzilə çata bilməmək qorxusu sardı mənliyimi.
Qolum-qanadım qırıq könlüm, min parça!
Ey qəlbləri hər səmtə çevirən, ey könüllər sahibi!
Yaraları sarıyan, dağılanı toplayan sənsən!
Varlığım sənin varlığının şahididir!
Varlığım sənin Rəhmətinin şahididir!
Allahım!
Həm sevən, həm sevilməyi diləyənsən,
Ey varlığı sevgi olan, ey sevginin sonsuz qaynağı!
Biz var etdiyini sevərik, Sən sevərkən var edərsən!
O sonsuz xəzinəndən bizim üçün də bir sevgi var et!
O sonsuz sevgi selinin içinə bizi də qat Sev: bizi!
Sən sevəndə sevdirərsən: Sevdir bizi!
Sevdiyini cənətinlə sevdirərsən: Sevindir bizi


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar