beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürmə,lak çəkilmiş Halda Dəstəmaz Və Ya Qüsl Almaq

Dəstəmaz və qüsl alarkən, dəstəmaz və qüsl üzvlərində suyun dəriyə çatmağına mane olacaq bir şey olmamalıdır. Buna görə də, əgər sürmə təkcə gözün iç tərəfinə çəkilərsə, qüsl və dəstəmazın düzgünlüyünə heç bir zərər yetirmir. Amma əgər, gözün ətrafına, yaxud qaşın yerinə çəkilsə, bu zaman baxmaq lazımdır ki, onun cermi (maddəsi) vardırmı, suyun dəstəmaz və ya qüsl üzvlərinə çatmağına mane olur, ya yox?

Bu məsələnin fəqihlər arasında ixtilaflı olmadığını nəzərə almaqla, sizin nəzər və diqqətinizi Ayətullah Behcətin fətvasına cəlb edirik: “Əgər sürmə yağlı olsa, belə ki, camaat arasında (suyun dəriyə çatmasına) maneə sayılsa, gözün daxilinə yox, xaric tərəfinə çəkilsə, həmçinin, insan bunun qüsldan əvvəl həmin yerlərdə olduğuna yəqin etsə, gərək (onu təmizlədikdən sonra) yenidən qüsl alsın.” (Behcət Məhəmməd Təqi, “İstiftaatlar”, 1-ci cild, səh. 232, Ayətullah-uzma Behcətin dəftərxanasının nəşriyyatı, Qum, birinci çap, 1428-ci qəməri il)

Ümumiyyətlə dəstəmaz və qüsl zamanı suyun dəriyə çatması həssas bir məsələdir. Buna görə də, dəstəmaz və ya qüsl almamışdan əvvəl suyun dəriyə tam çatmasına maneə törədəcək hər bir şeyi aradan qaldırmalı və bunlara qarşı diqqətli olmalıyıq.

Allah ibadət və itaətlərinizi qəbul etsin!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Maraqlı melumatlar