beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigah Deyək Ya Müvəqqəti Evlilik?

Öz dini dəyərlərindən uzaqlaşdırılmış müsəlmanların başı tarix boyu aralarındakı ixtilaflı məsələlərin müzakirəsinə qarışdığından islamın məruz qaldığı mənəvi hücumdan xəbərsizdirlər, yaxud da elə bu "mənəvi terror" planının bilavasitə satılmış icraçılarıdırlar.
Qərb dünyasına hamamı, güzgünü, darağı aparan islam dünyasına bu gün qərbdən islamın ictimayi məsələlər qarşısında aciz qaldığı və onun qanunlarının modern dünya ilə uyğynlaşmadığı fikirləri sızmaqdadır. Təssüflər olsun ki, bəzi "müsəlmanlar" da ilk uçan aparatın ixtira olunmasına təkan verən, kimyəvi kəşflərdə xidmət göstərən, ənənəvi təbabətdə dünyaya öz töhfələrini bağışlayan İslam dünyasında reforma və qərbə inteqrasiyaya ehtiyac olduğun deyirlər.
Bu məsələ məmləkətimizdə də özünü qabarıq şəkildə göstərməkdədir. İslam dininin Azərbaycanda yayıldığından bu günə qədər bu ərzidə yaşayanların əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin buna baxmayaraq, bu gün bu müsəlmanlar dini bağlılıqlarından və ənənlərindən çox-çox uzaq düşüblər. Elə məhz buna görə də Azərbaycan "şumlanmış tarlaya" bənzədiyindən dünyanın hər tərəfindən yüzlərlə missionerləri özünə cəlb etməkdədir.

Əlqərəz, bu gün cəmiyyətimiz müxtəlif idealogiya və görüşlərin, müxtəlif dini və ictimai ənənələrin hücumuna məruz qalıb. Bu hücumlar bir çox ictimai probleblərin həllində öz təsirini qoymaqdadır. Bu gün cəmiyyətdəki aktual problemlərdən biri də nikah problemləri, boşanmaların sayının çoxlaması, qanunsuz doğulan uşaq sayının artamasıdır. Görəsən, bu böhrandan çıxmaq və bu problemin qarşısını almaq üçün nə etmək olar?
Sstatistik gözstəricilərə görə, qeyd edilən problem Qərb ictimaiyyətində müsəlmanlardakından daha çox qeydə alınmaqdadır. Amma deyəsən, Qərb bunun həll yolunu tapıb. Bu problemin həllini hüquqi yolla almaq cəhdi ilə nikah haqqında qanunlara əlavələr olundu. Rəsmi kilsə və dövlət nigahından əlavə vətəndaş nigahı da qüvvəyə mindi. Yəni tərəflər öz aralarında razılığa gəlib birgə yaşmaq hüququna malikdirlər. Bizdə bu hüquq terminalogiyasında faktiki nikah adlanır. Vətəndaş nikahın (yaxud faktiki nikahın) heç bir hüquqi əhəmiyyəti yoxdur, ər-arvad üçün heç bir hüquq və vəzifə yaratmır. Yalnız belə nikahdan doğulan uşaqlar qanuni nikahdan doğulmuş uşaqlarla eyni hüquq və vəzifələrə malikdir, yetər ki, bu cür uşaqların ataları müəyyənləşdirilmiş olsun.

Bu gün bizdə də bu problemlərin qarşısının alınması üçün sözü gedən nigah formasının rəsmiləşməsi barədə bəzi sözlər gedir. Bir çox internet saytlarında belə yazılara rast gəlmişəm. Çox gözəl axır ki, bizdə də bu problemə son qoyulacaq. Amma fikir versəniz, yenə də Qərbin dünya ictimaiyyətinə sərgilədiyi plana uyğun olaraq. Mən müsəlman olduğumdan bu sosial problemə İslam pirmazından baxır və bu problemin həlli yolunu dinimizdə axtarmaq istəyirəm. Ən kamil din olan İslam və onun şəriətinin bu barədə deyəcəyi bir söz yoxdur? Axı Quran islamı ictimai din olaraq tanıtmaqdadır. Bəs necə ola bilər ki, ictimai bir dinin ictimai problemlər barədə deməyə sözü olmasın? Bu gün bəzi "müsəlmanların" İslamdakı müvəqqəti əqd hüququnu ictimayi müstəviyə çıxarıb tənqid etmələri məni təəccübləndirir. Mənim işim bunun din tərəfindən icazəli olduğunu isbatlamaq deyil. Var olan bir şeyin isbata ehtiyac yoxdur. Sadəcə, bu ictimai problemin Qərbdən qabaq İslamda həll yolunun olduğunu söyləməkdir. Hələ bir gəlin görək, dini terminalogiyada "mutə" , el arasında da siğə adlanan bu " müvəqqəti nikah" forması nədir axı, bu qədər səs küyə səbəb olub?!
"Müvəqqəti nikah" qadınla kişinin bir-biri ilə razılaşaraq müəyyən müddət ərzində təyin olunmuş müştərək evliliyi deməkdir. Dinimizin təyin etdiyi (xalq arasında kəbin deyilən) daimi nikah formasında olduğu kimi, müvəqqəti nikah formasında da mehriyyəni (yəni qadın üçün təyin olunmüş hədiyyə yaxud ücrəti) ödəməyi çıxmaq şərti ilə müvəqqəti nikahda ər və arvad üçün heç bir hüqiqi vəzifə yoxdur. Yəni qadın kişinin varisi ola bilməz və s. Lakin bu nikahdan dünyaya gələn uşaqlar həm qanuni (şəriətlə halalzadə), həm də daimi əqdlə dunyaya gəlmiş uşaqlarla eyni hüquqa malikdirlər.
Deməli, dinimizdə iki cür nikah forması, daimi (bildiyimiz kəbin) və müvəqqəti (faktiki yaxud vətəndaş) nikah formaları mövcuddur. Bəzilərinin daimi nikahı da faktiki nikah hesab etmələri absurddur. Çünki bu nikah formasında ər və arvadın müəyyən vəzifələri və hüquqi öhdəçilikləri var. İndi sual vermək istəyirəm, məsələsini qaldığrdığınız (vətəndaş) faktiki nikah forması elə dinimizin buyurduğu "mütə" deyilmi? Nəyə görə dinin bəyan etdiyi bu həll yolunu qeyrətsizlik, Qərbin hazırladığı bu planı isə dünyəvilik və inkişaf adlandırırsınız? Əgər mutənin bizim mentalitetimizə uyğun olmadığını vurğulyırsınızsa, guya bu vətəndaş nikahı bizim mentalitetə uyğundur? Bir də ki mən başa düşə bilmirəm din və şəriət hökmlərinin mentalitetlə nə əlaqəsi var axı? Onda belə çıxır ki, İslam peyğəmbəri (s) cahil ərəblərin mentalitetinə zidd olaraq insan yerinə qoyulmayan, diri-diri dəfn olunan qadınlara azadlıq və hüquqi status verməkdə yanıldı. Biz dinin ənənələrinə tabe olmalıyıq, yoxsa din bizim? Vallah mən məəttəl qalmışam bizim bu mentalitet anlayışına.

İslam dininin cəmiyyətdə baş verəcək bu kimi problemlərin qarşısını almaq üçün qanunları oldğu halda, biz müsəlmanlar nədənsə bu ictimai problemlərin həllində qərblilərin iş planına daha çox üstünlük veririk. Bu həmişə belə olub. İslamı müsəlmandan çox bilən düşmənlər din və şəriət qanunlarını mənimsəyərək onları özününkiləşdirib şəklini dəyişmiş formasını bu bədbəxt ictimaiyyətə təqdim etmişdir. Siz bir Qərbə baxın, bir də İslam ictimaiyyətinə. Qadının cinsi həzz alma pridmetinə çevrildiyi, fahişəliyin baş alıb getdiyi və daha bir çox başqa mənəvi böhranları yaşayan Qərb dünyası bu gün bizə hansı mənəvi dəyərləri aşılaya bilər?


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 240 Bölmə: Maraqlı melumatlar