beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəhərli çiçək(Oxumamaq Mumkun Deyil)

Dostlar, bunu oxumamaq olmur. Bu da zəmanəmizin aktual məsələlərindəndir. Lakin bu sirri hər kəs qəlbində saxlayır. Heç kəsə etibar etmir. Həm də sirri etibar edəcək analar da azdır bu dünyada, hələ bir doğru yol da göstərsin. Mütləq oxuyun, mütləq!

Böyük qız anasının yanına gəlib,, ondan məsləhət istəyir:
- Anacan, ərimi o dərəcədə sevirəm ki. Amma bu yaxınlarda başqa bir insan qarşıma çıxıb və indi bütün fikirlərim yalnız onun haqqındadır. Ərimə xəyallarımda belə xəyanət etmək istəmirəm, lakin qəlbimdən başqasına qarşı olan günah hissini qırıb atmağa taqətim yoxdur. Nə etməyim gərəkdir?
Qızının bu sözlərinə ana cavab verdi:
- Qızım, bizim hisslərimiz bir çiçəkdir, hansı ki, qəlbimizdə böyüyür (çiçəklənir, yetişir). İndi sənin qəlbində iki çiçək var. Onlardan biri - solğundur, amma ərinə qarşı olan elə zərif və alicənab sevgi çiçəyini, özün əkmisən. O sənin bütün həyatın boyu çiçəklənəcək (böyüyəcək) və onu suladığın təqdirdə, sevinc toxumları bəhrə verəcəkdir. Digər çiçək - parlaqdır, lakin zəhərli ehtiras çiçəyidir, hansı ki, sənin qəlbində xəbər almadan yetişmişdir və alaq otu kimi birinci çiçəyin bütün qüvvəsini oğurlayır. Buna əsasən, hər nə qədər sulasan belə. o davamsız (qısa ömürlüdür) və məhsulsuzdur. Qızım, ikinci çiçəyi qəlbindən qırmaq sənin qücündə (ixtiyarında) deyil. O var. Amma sənin hər zaman seçim şansın var. Sən hər zaman hansı çiçəyi sulamaq, hansını sulamamağı seçə bilərsən. Əgər yalnız birinci çiçəyi sulasan, o zaman ikincisi tez bir zamanda solacaq və sənin qəlbini zəhərləməyi dayandıracaq.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar