beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrət Fatimənin (ə) Toy Mərasimi

Peyğəmbərin (s) əmri ilə Bəni Haşım qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Əli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş təyin etdi. Əshabdan birisi deyir: “Həzrət Fatimənin (s.ə.) kəbin mərasimində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı”. Həzrət Zəhranın (s.ə.) kəbinin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin (s.ə.) əlini Əlinin (ə) əlinin üstünə qoyub buyurdu: “Ey Əli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.” Sonra isə Fatiməyə sarı dönüb buyurdu: “Ey Fatimə! Əli də sənin üçün seçilən ən yaxşı ərdir”. Sonra “artıq öz evinizə gedə bilərsiniz”, - deyərək onları evlərinə yola saldı. Mühacir, ənsar və Bəni Haşım qadınları, əshab və dostlar şamdan sonra Həzrət Əlinin (ə) evinə apardılar. Əli (ə) və Fatimə (s.ə.) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid hicrət əsnasında Peyğəmbərin (s) Həzrət Əlini (ə) bir həftə gözlədiyi yerdə tikilmişdi. Çox çəkmədi ki, onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin (s) qonşuluğunda bir ev tikdilər. Çünki Peyğəmbər (s) üçün Əli və Fatiməni yanında görməmək, onların uzaq qalmaq çox çətin idi. Əli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi. Onların evlərinin kiçik qapısı ilə Peyğəmbərin evinin qapısı hə gün səhər çağı iki ürəyin bir-birinə qovuşduğu kimi, bir-birinin üzünə açılırdı. Quran və hədislərdə bu qədər təriflənən, bütün pisliklərdən uzaq olduğu qeyd olunan Əhli-beyt, itrat evi və ailəsi, məhz elə bu ev və bu ailədə idi. Elə bir ev ki, Əli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğlu, Zeynəb ilə Ümmi Gülsüm isə qızı idilər. Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnəkdir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar