beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

&&&weyyanin Duasi&&

Gecenin en qaranliq vaxti idi. Butun insanlar ve qarisqalar oz yuvalarinda yatirdilar. İnsansizliqdan qapisini toz basmis mescid kimsesiz kucelerin derin qaranliginda, ebedi sukutunda tenhaliq yuxusunda idi. Bu seher gunduzleri berbezekle bezenen, suslenen, daranan, geceleri ise butun suni bezeklerini cixarib yataqlarinda uyuyan esl simalarinda eybecer olan gozelcelere benzeyirdi. Bu seher cirkin yagisdan sonra qalan golmecelere benzeyirdi. Hec bir canli bu derin sukutu pozmaga cesaret etmezdi. Amma cesaretli bir kes addim sesleri ile bu sukutu pozdu. Qara libasina burunmus bu yad qaranliga qarisaraq addimlayirdi. Qara uzun paltari yer ile surunur, sanki butun zulmeti ozu ile dartib aparirdi. Yavasca mescidin qapisini acdi. Qapi tuk urpedici bir ses cixardi. Bu mescidin cekdiyi ah idi. Axir ki onu yada salan olmusdu. Amma bu sevinc ah-i bir an icinde qem feryadina cevrildi. Mescidin qonagi var idi. Amma bu qonagi mescid hec gozlemirdi. Qara uzun libasina burunmus qaranliqdan secilmeyen bu simada qan rengli iki goz parlayirdi. Bu seytan idi. Seytan mescidin cirkli xalcasina,reflerdeki toz basmis Qur’anlara, kohne minbere baxdi. Bu menzere onu dehsete getirdi. Sonuncu defe mescide girende yuzlerle minlerle muselman ona o qeder lenet yagdirmisdi ki, cixis yolu tapmayib ozunu minareden atmis ve uc gun ozune gele bilmemisdi. İndi ise bos mescide baxir ve yazigi gelirdi. Dusmenlerine yazigi gelirdi. Bir az ireliledi, uzunu Qibleye tutdu ve diz cokdu.O ozu de bilmirdi ne edirdi. Amma elaci yox idi. Ellerini acdi ve duasina basladi. Bismillehirrahmenirrahim -Ey uca ve qudretli Allah, sene dua etmediyim 100000 il oldu. Ozun bilirsen senin rizan ucun nece darixmisam. Kecmis vaxtlar yadima dusur. Cebrayil, Mikayil, İsrafil, Ezrayil yadima dusur. Sene etdiyim ibadetler yadima dusur. Men sene her kesden yaxin olmusdum. Men xosbext idim. Sonra sen insani yaratdin. Ve men gunaha batdim. Boyuk gunaha. Meni oradan qovdun. Mene Cehennemi qismet etdin. Yox,men tovbe etmeye gelmemisem. Sozumuz sozdur. Qiyamet gunune kimi insanlari senin yolundan cixaracagima soz vermisdim. Sen de mene vaxt verdiyini soz vermisdin. Amma indi her sey basqa curdur. Evveller men insanlari senin yolundan cixara bilirdim. İndi ise hec kesi yoldan cixara bilmirem. Hec kesi pis yola sala bilmirem. Cunki insanlar ozleri pis yola gedir. Mene hec ehtiyaclari yoxdur. Meni de uzen,kederlendiren ele budur. Ozumu cox lazimsiz hiss edirem. Hec bir ise yaramayan bir mexluq oldum. Heyatimin menasi insanlari pis yola cekmek idi. İndi ise heyatimin menasi itib. Yalvariram uca Allah menim bir duami qebul et. Yalvariram dunyaya yaxsi insanlar getir. Men de onlari yoldan cixarmaga calisim. Bos durmayim. Bos durmaqdan ureyim partlayir. Yalvariram dunyaya yaxsi insan getir. Qara libasli bu yad duasini bitirib, goz yaslarini silib yavas-yavas addimlayib mescidden cixdi. Qara libasi yer ile surunerek qaranliga qarisdi ve qara libasli yad zulmetde yox oldu.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 451 Bölmə: Maraqlı melumatlar