beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahdan Niyə Qorxmaq Lazımdır?

(Məqalənin bir çox yerləri Seyyid Muhəmməd Sadat
Əxəvinin “Müsəlman kimi bir ömür”
kitabından götürülmüşdür) Bəzi insanlar Allahdan o qədər
qorxurlar ki, bütün ibadət və zikrləri
qorxularına görədir. Bəzi insanlar isə
Allaha o qədər ümid bəsləyirlər ki, heç
bir ibadəti lazım bilmir, heç bir
günahdan çəkinmirlər. Hər iki dəstə səhv edir.
İmam Əli (ə) buyurur: “Oğlum! Əgər yer əhli qədər ibadət etsən, Allah
səndən qəbul etməz. Bu qədər
ölçüyə diqqət etmə. Bunu düşün ki,
əgər yer əhli qədər günah
işlətsəydin, Allah səni
bağışlayardımı? Elə bu qədər ümidvar ol. (Nə həddən artıq ümid ol
və nə də yersiz yerə nigaran)” . İmam Sadiq (ə) buyurur: “O kəs ki, həqiqi iman mərhələsinə çatır, ümid
və nigarançılığlı eyni səviyyədə
olur”. Əgər kiməsə dini düzgün başa salmaq
istəyirsənsə, nə o qədər İlahi əzabdan
danış ki, Allahdan qorxsun və heç bir
zaman Allahı sevə bilməsin. Nə də o
qədər lütfündən danış ki, elə
fikirləşməsin ki, ömrünün axırına qədər rahat günah işlədə bilər.
Ömrünün son anları tövbə üçündür.
Birinci dəstə Allahla rabitəsindən ləzzət
almaz. İkinci dəstə isə ölümü unudar.
Allah Təal Davuda (ə) buyurur: “Ey
Davud! Sən Mənim peyğəmbərimsən! İnsanları mənim dostum et!”. Davud
deyir: “Allahım! Dostluğunu insanlara
necə öyrədim?” Allah buyurur:
“Mehribanlığımdan danış və yadlarına
sal ki, həyatlarında Məndən nə qədər
mehribanlıq görüblər”. Alimlərdən birinin belə bir adəti var idi
ki, insanları nigaran etməmişdən əvvəl
Allah bəndələrini Onun lütfünə
ümidvar edərdi. Öləndən sonra onu
yuxuda görürlər və soruşurlar: “Allah
səninlə və əməlinlə necə rəftar etdi?” Dedi: “Məni bir yerə apardılar və
dedilər: “Hər nə soruşsalar, cavab ver”.
İtaətdən başqa bir şey edə bilmirdim.
Bir səs eşitdim ki, deyir: “Məgər
cəzamdan qafil idin ki, bu qədər
mehribançılığımdan danışırdın? Qorxmurdun ki, bəndələrim günahkar
olar? Sənin təqsirinə görə olsun?”.
Bilmədim nə cavab verim. Birdən
fikrimdən belə bir şey keçdi və dedim:
“Allahım! Düz deyirsən. Ancaq istədim
ki, müxatiblərim Səni sevsinlər”. Bir qədər sükut oldu. Ürəyim əsirdi.
Yenidən həmin səsi eşitdim. Buyurdu:
“Bütün günahlarını yaxşı niyyətinə
görə bağışladım”.
Günahın yalançı ləzzəti vardır. Bir çox
insanlar günah işlətmədən yaşaya bilməzlər. Ancaq o zaman ki,
qəlblərində İlahi cəzaya görə nigaran
olarlar, günahdan ləzzət ala bilməzlər.
O kəs ki, günahdan ləzzət almır, yavaş-
yavaş günahdan uzaq olur. Qorxunun
gətirdiyi fayda budur. O kəsin ki, özünə inamı azdır, davamlı
olaraq nigaran və iztirablı olar.
Başqalarına onu təhqir etməsinə icazə
verər. O kəsin ki, özünə etimadı azdır,
böyük işlərə girməkdən qorxar.
Həmişə kiçik və dəyərsiz işlərə razı olarlar. O kəsin ki, özünə etimadı azdır,
heç bir zaman nəhy-əz-munkər etməz.
Çünki ona qulaq asanın
reaksiyasından qorxar. O kəsin ki,
özünə etimadı azdır, həmişə dünya
hadisələrindən olduğundan çox qorxar. Özünü elə itirər ki, düzgün
qərar çıxarda bilməz.
İmam Sadiq (ə) buyurur: “Allah bəndəsinə bütün işlərində icazə
vermişdir ki, özü üçün qərara gələ
bilsin. Ancaq bir halda bəndələrinə
icazə verməz. Başqalarının onu
təhqir etməsini qoymaz. Çünki Allah
bəndələrini əziz xəlq etmişdir. Sevir ki, izzətini hifz etsin”. İmam Baqir (ə) buyurur: “O kəs ki, səy edər, etiqadını möhkəm edər -
mömin olar. Allah möminə üç böyük
mükafat verər: 1. Həyatını elə edər
ki, dünya və axirətdə hamı ona
ehtiram qoysun. 2. Həmişə və hər bir
işdə dünya və axirətdə onu qalib edər. 3. Allah elə edər ki, ona zülm
edən zalım davamlı olaraq ondan
qorxsun”. Beləliklə, deyə bilərik ki, Allaha ibadət
zamanı qorxu ilə ümidin çəkisini
tənzimləməliyik. Hər ikisi eyni
səviyyədə olmalıdır. Ancaq bu zaman
Allahı sevər və günahdan çəkinərik.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar