beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HZ. MƏHƏMMƏDİN (S.Ə.V) MÜBARƏK NƏSLİ: SEYYİDLƏR

Peyğəmbər Əfəndimiz (s.a.s) Hz. Fatimə (r.a) nəslindən gələn insanlara İslam mədəniyyətində “Seyyid” adı verilir. Məhəmməd Peyğəmbərin (s.a.s) digər nəvəsi olan Hz. Hüseynin nəslindən olan şəxslər de “şərif” olaraq adlanmaqdadır.

Ərəbcə olan seyyid sözü azərbaycanca “əfəndi”, “bəy” ,“rəis” kimi

mənaları ifadə edir. Hədis-i şəriflərdə bu ifadə” qəbilə başçısı”, cəmiyyətin qabaqda gedən “seçilmiş şəxsləri” mənasında işlədilmişdir.Seyyidlər bəzi islam yayılmış ərazilərdə həbib, əmir ya da mir olaraq adlandırılmışdır.

Böyük hədis alimləri İmam Buxari ve Tirmizi seyyid sözünü ilk dəfə Rəsulallahin (s.a.s) Hz.Həsən (r.a) üçün işlətdiyini bildirib. Rəsulu Əkrəm (s.a.s) bir gün minbərdə olduğu zaman yanındaki Həsənə (r.a) işarə ədərək “Bu oğlum seyiddir. Ümid edilir ki Allah onun vasitəsi ilə iki müsəlman ümməti barışar.”demişdi. (Buxari, Swlh, 9; Tirmizi , M’nakib, 31). Peyğəmbərimiz (s.a.s) başqa bir hədisi şərifində də ; ”Həsən və Hüseyn cənnət əhli gənclərinin ilk seyyidləridirlər.” (Tirmizi, Mənsik, 31) buyurmuşdur.

Hz. Məhəmməd (s.a.s), bütün Müsəlman aləminin şövq və həyacanla gözlədiyi Axir Zamanda zühür edəcək olan Hz.Mehdinin (a.s) də öz nəslindən olacağını bele müjdələmişdir:

“Biz , Abdülmüttalibin uşaqlari cənnət əhlinin seyyidləriyik. Cəfər, Həsən, Hüseyin ve Hz. Mehdi (ə.s)" (İbin Macə, Fitən, 34)



Müsəlmanlar seyyidlərə həmişə böyük bir sevgi və hörmətlə yaxınlaşmışdırlar.

Müsəlmanlar Rəsulullaha bəslədikləri sevgiyi və məhəbbəti, onun mübarək nəslindən gələn seyyidlərə qarşı da həmişə göstərmişlər. Müsəlmanların qəlblərindəki coşğun Əhli-Beyt sevgisi ilə əlaqəli, Hz. Məhəmmədin (s.a.s) nəslindən olanlar müsəlmanlar tərəfindən hər zaman üçün böyük bir etibar görmüşdür. Demək olar ki, bütün islam ölkələrində seyyidlər dünyəvi rəftarda fərqli bir səviyyədə tutulmuş, onlara müxtəlif asanlıqlar yaratmağa çalışmışlar.

Tarixdəki hər islam dövlətində , seyyidlər zümrəsinin işləri ilə maraqlanan qurumların mövcud olması və bu müəssənin başında duran kimsənin (Nakibil-Əşraf əfəndi) də mövqe baximdan yüksəkdə duran insanlardan biri kimi dəyərləndirilməsi , bu vəziyyətin ən açıq sübutudur.



Seyyidlər fərqli coğrafiyalara necə yayılıbdırlar?

Dörd xəlifə vaxtında İslam əxlaqını tebliğ etmek üçün Asiya və Afrikanın bir çox bölgələrinə gedən Müsəlmanlar olmuşdur.Bu təbliğ səfərlərində əsasən Hz.Ömər (r.a) və Hz.Osman (r.a) daha artıq olmuşdur. Quran əxlaqını bütün insanlara izah etmek üçün yola çıxanların arasında bir çox seyyid də olmuşdur. Bu seyyidlər adətən getdikləri ərazidə məskunlaşmış və yerli xalqla qarışmışlar.

Ancaq köç eden seyyidlərin böyük qismi, köç edən digər müsəlmanlar kimi dörd xəlifə dönəmindən sonra başa gələn Əməvilərin sərt davranışı ilə əlaqəli Ərəbistandan ayrılmışdılar.

Hz.Həsənin (r.a) və Hz.Hüseynin şəhid edilmələrindən sonra köç hərəkətləri daha da artmışdır.

Köçərilər o zamanki İslam dövlətinin sərhəd bölgələri olan Mağrib (Fas) ,Qafqaziya, Maverənnəhir, Xorasan, Təbəristan və Yəməndə Süleymanilər, İranda bir çox xanədanlıqlar qurmuşdur.

Bir çox seyyid Monqollar və Türk dövlətlərinə sığınmış, buradakı yerli xalq ilə qaynaşmışdılar. Hətta bir çox zaman Qafqaziyada qurulan Noqay xalqında olduğu kimi dövlətin qurucuları arasında xüsusi yer tutmuşdular.



Türkiyəyə də fərqli vaxtlarda seyyid köçləri olmuşdur.

Türkiyə ən uzun ömürlü və ən geniş torpaqlara sahib Türk-İslam dövləti olan Osamanlı imperiyasının tək varisi olmasi etibarilə seyyidlərin çox olaraq yerləşdiyi ölkələrdən biridir. Günümüzdə ölkəmizin bir çox yerinə dağılmış olmaqla bərabər daha çox Ankara, Siirt, Şanliurfa, Ərzurum, Ərzincan, Adana, İğdir kimi şəhərlərdə daha sıx olaraq olaraq yaşamaqdadirlar. Bu seyyidlərin çoxu ilk seyyid köçləri ilə bərabər Anadoluya gəlib yerləşmişdilər. Ancaq daha sonra müxtəlif vəsilələrlə Türkiyə torpaqlarına olan köçlər davam etmişdir.

Xüsusilə Osmanli-Rus və Rus- Qafqaz savaşları dövründə Anadoluya köç edən çox sayıda Qafqazıyalıların arasında bir çox seyyid olduğu da bildirilməkdədir. Bu seyyidlər daha çox İç Anadolu bölgəsində yerləşdirilmişdir. O vaxt Türkiyədə yerləşən seyyid ailələri arasında jurnalımızda mövzuların hazırlanmasında əsərlərindən faydalanan cənab Adnan Oktarın babasi Ömər bəy və ailəsi də olmuşdur.

Ömər bəyin babası olan Bəslən Arslan Kasayevin kökü isə Noqay dayanmaqdadir. Bəslən Arslan Kasayevin kökü isə Noqay xanlığına dayanmaqdadir.Bəslən Arslan Kasayevin ailəsi Arslan oğulları olaraq taninmaqdadır. Arslan oğullari 1827-ci ildə Qafqaz qubernatorluğu üçün hazırlanan bir bölgədə adı kəçən 21 seyyid ailələrindən biridir və ailə 1902-ci ildə torpaqlarından ayrılıb Ankaranın Bala qəsəbəsinə yerləşmişdilər.

Kara Noqay və Yeduskul bölgələrində yaşayan Nuqay seyyidləri haqqında ad, soyadlar ilə və ailə üzvlərinə aid məlumatlar.



Rusiya Federasiyasi Stavrapol federal tarixində yer alan, 17 iyul 1827-ci tarixli orjinal məlumatin fotosesiyası arxiv No:48, cilt , sənəd № 853 Bu tarixi məlumatlarda, Qara Noqay və Yeduskul bölgələrində yaşayan Nuqay seyyidlərinin kimlikləri və ailələri haqqında məlumatlar mövcuddur. Bu məlumatlar ardıcıl şəkildə hazırlanmış olub 3-cü sırada Adnan Oktarın (Harun Yəhyanın) babasının babası olan Bəslən Arslan ve ailəsinin qeydi olmaqdadir.Adnan Oktarın babası Ömər bəy Qafqaziyada doğulmuş, 1902-ci ildə Ankara Bala qəsəbəsinə məskunlaşmışdı. Ömər bəyin atası isə rus tarixlərində seyyid olaraq qeydi olan Bəslən Arslan Qasayevdir.



Adnan Oktarın atasının adı rəsmi qeydlərdə Yusif Oktar Arslan olaraq keçməktədir. Arslan soyadı Rus qaynaqlarında da yer almaqdadır.



Türk-İslam mədəniyyətində seyyidlərə verilən dəyər.

Türk-İsalm dövlətlərində ölkənin ən hörmətli qabaqcıl kişiləri, əsgərləri olaraq qəbul edilirdi. İdarəçi və xalq seyyidləri də əsgəri sinifə mənsubmuş kimi qiymətləndirilmişlər və onlara böyük bir etibar göstərmişdilər. Bütün vergilərdən və xərclərdən azad olunmuşlardı. Dövlət hər hansı bir maddi sıxıntı yaşamamaları üçün onlara aylıq maaş ayırmışdılar.

Bəzən yerli idarəedicilər ədalətsiz davranıb seyyid və şəriflərdən də vergi almağa çalışmışlar. Ancaq mərkəzdən edilən tənzimləmələr nəticəsində bu cür davranışların qarşısı alınmışdır. Hz. Peyğəmbər (s.a.s) nəslindən gələnlərin heç bir şəkildə incidilməməsi və onlara son dərəcə hörmətlə davranılmasına aid bir çox padşah fərmanı olmaqdadır.

Övliya Çələbi kimi bir çox Osmanlı tarixçisi seyyidlərin çoxunun olduqca səmimi və incə düşüncəli olduqlarını, seyyidliklərini bəlli etməkdən çəkinən bir əxlaqa sahib olduqlarını ifadə etmişdir. Ancaq zaman keçdikcə seyyidlərin sahib olduqları imtiyazlardan istifadə etmək istəyən pis niyyətli insanlar ortaya çıxmışdır.

Dövrümüzdə seyyidlər yurdumuzun bir çox yerinə dağılmış olmaqla yanaşı daha çox Ankara, Siirt, Ərzurum, Əlaziğ, Ərzincan, Adana, İğdir, kimi şəhərlərdə daha çox yaşayırlar.
Mütəsəyyid (saxta seyyid) olaraq adlandırılan bu insanların sayı sürətlə artdığı üçün Dövləti Ali Osmaniyənin vergi qaynaqlarında meydana gələn ciddi azalmanın önünə keçmək və seyyidlik məqamının adını qorumaq üçün bəzi tədbirlər görülmüşdür. Seyyid olduğunu iddia edən hərkəs haqqında əsaslı araşdırma edilmişdir. Seyyid və şəriflərin silsilələrini və səcərəyi-tayyibə deyilən soy mədəniyyətini qeyd edib qoruyan nakübüləşrəf adlı bir bir müəssə qurulmuşdur. Bu müəssisə ilk olaraq sultan Şələbi Məhməd zamanında qurulmuş, Fatih Sultan Məhməd zamanında aradan qaldırılmış, Bayazid tərəfindən yenidən bərpa edilmişdir.

Saxta seyyidlərin həqiqi seyyidlər arasına qarışmasına mane olmaq üçün taşraya naib (İstanbulda yaşayan və seyyidlərin başi olaraq görülən nakübüləşraf əfəndilərinin vəkillərinə bu ad verilir) deyilən özəl vəzifəlilər göndərilmiş və yoxlama dəftərləri tutulmuşdur. Bu dəftərlər hər hansı seyyidlik iddiasi üzərinə mərkəzdən yeridilən araşdırma əsasında sözü gedən adların qeydli olub olmadığını tapmağın asan olması üçün seyyidliyi ortaya qoyan mövcud dəlillərə əsaslanaraq hazırlanmışdır. Nakübüləşrafın başındaki şəxsə Osmanlı çıxışlarında (cülus mərasimlərdə) özlərinə ilk əvvəl nakübüləşraf əfəndi bağlılıq bildirdi. Osmanlının bayram tədbirlərində hökmdar ərz otağına çıxıb taxtda oturduğu zaman nakübüləşraf bir dua ilə bayram mərasimini açardi.

Həm cülus mərasimlərində, həm də bayram tədbirlərində , nakübüləşraf sultanı təbrik etdiyi zamanda padşah hörmət əlaməti ayağa qalxardı. Rəsmi yazışmalarda nakübüləşraflara aid müəyyən ünvanlar işlədilirdi.

Nakübüləşrafadan sonra seyyidlərin ən böyük rəhbəri olan və “ələmdar” ünvanı verilən insanlar səfər sırasında saraydan çıxaraq ordu ilə bərabər gedəcək olan “sancaqi-şərif” daşıyardılar. Sancaqi-şərifin gediş və gəlişində nakübüləşraf əfəndi ilə seyyid və şəriflər sancaq mərasimində iştirak edərək təkbir alib salavat gətirərdilər.

Anadolu torpaqlarında yaşayan seyyidlər daha çox uləma (din alimləri) sinfinə məsubdurlar. Daha cox imamliq, kadi, natiq, müftilik, mədrəsə mollalari kimi vəzifələrdə olmuşdular.

Osmanlılarda seyyid qəbul edilmək üçün ata tərəfinin Hz. Məhəmmədə (s.a.s) qədər uzanması əsas götürülmüşdür. Ancaq digər islam dövlətlərində çox rastlanmayan bir şəkildə təkcə ana tərəfindən seyyid olmağının da mümkün olduğu qənaətinə gəlinmişdi.

Osmanli imperiyasında ali-Abbas kökü (Rəsulallahin (s.a.s) əmisinin kökü) də seyyidlər kimi etibar görmüşdür.



Seyyidlik kökü atadan olduğu kimi anadan da gələ bilər.

Osmanlılarda seyyid qəbul edilmək üçün ata tərəfi kökünün Hz. Məhəmmədə (s.a.s) qədər uzanması əsas götürülmüşdür. Ancaq təkcə ana tərəfindən seyyid olmaqda mümkündür. Seyyidlik kökü Peyğəmbər Əfəndimizin (s.a.s) qızı, Hz. Həsən (r.a) və Hz. Hüseynin (r.a) anaları Hz. Fatimədən (r.a) günümüzə uzanmaqdadır. Peyğəmbərimizin (s.a.s) oğulları da olmuş ancaq bu uşaqlar kiçik yaşda vəfat etmişdir. Buna əsasən də Peyğəmbərimizin (s.a.s) kökü qızı vəsiləsilə davam etmişdir.

Buradan başa düşüldüyü kimi ata tərəfindən olduğu kimi ana tərəfindən də seyyid ola bilər. Böyük islam alimləri Ərzurumlu İbrahim Haqqi (1703-1780) və Abdülqadir Qeylani Həzrətləri (1078- 1166) də ana tərəfindən seyyidirlər.



Mənbə:

1- (XVI-XVII əsrlərdə Qabarday-Rusiya əlaqələri. Sənədlər və yazışmalar, Cild 1, Hazırlayan: Y.N.Kusheva, T.H. Kumikova, Moskva, 1957)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 324 Bölmə: Maraqlı melumatlar