beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

'Allahla Dialoq.'

Dedim:Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam.
("Bəqərə",186)
Dedim: Bilirəm SƏN mənə
yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də
SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq,
qorxaraq,
səsini qaldırmadan ürəyində
RƏBBİNİ yad et. ("Əraf", 205) Dedim: Bu da SƏNİN köməyini
istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını
istəməzsinizmi?("Nur", 22)
Dedim: Əlbəttə ki, məni
bağışlamağını çox istəyirəm. Dedi: (Elə isə) RƏBBİNİZDƏN
bağışlanmağınızı diləyin və ONA
tövbə edin.
Həqiqətən, RƏBBİM
(bəndələrinə) rəhm edəndir,
(onları çox) sevəndir! ("Hud", 90) Dedim: Çox günahkaram, bu qədər
günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki,
ALLAH qullarından tövbə qəbul
edər, sədəqə (zəkat) alar.
Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə",
104)
Dedim: Dəfələrlə tövbə edib
tövbəmi pozdum, artıq üzüm
qalmadı.
Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası
şiddətli, kərəmi böyük
olan (ALLAHDIR)! Ondan başqa heç
bir tanrı yoxdur. ("Ğafir", 3)
Dedim: Bu qədər günahım var,
hansının tövbəsini edim?! Dedi: ALLAH bütün günahları
bağışlayandır. ("Zumər", 53)
Dedim: Yəni gəlsəm, yenə məni
bağışlayarsanmı?
Dedi: Axı günahları ALLAHDAN başqa
kim bağışlaya bilər? ("Ali-İmran", 135)
Dedim: Nə qədər gözəlsən
ALLAHIM! Bilmirəm bu sözlərin
qarşısında nə üçün
içim içimə sığmır və şam kimi
yanmağa başlayıram, Səni çox sevirəm.
Dedi: Şübhəsiz ki, ALLAH tövbə
edənləri və təmizlənənləri
sevir. Birdən:
“İLAHIM və RƏBBİM, mənim
SƏNDƏN başqa kimim var”, -dedim. O da: “ALLAH ÖZ bəndəsinə
kifayət deyilmi?” ("Zumər", 36) -
dedi..


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar