beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müflis Olmaq Istəmirsinizsə…

“Peyğəmbər (s) buyurub ki, “Bilirsinizmi müflis kimdir?”. Səhabələr dedilər ki, “Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır”.

Cavab olaraq Rəsulullah (s) belə buyurdu: “Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüşdür. Odur ki, onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklətilir və sonra o kəs Cəhənnəmə atılır”.

Əgər müflis olmaq istəmirsinizsə, insanların haqlarına hörmət edin, onlara pislik etməyin, onların vicdan və heysiyyətini alçaltmayın, onların malını haqsız olaraq yeməyin, iftira atmayın və qeybət etməyin!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar