beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaiş Edirəm Oxuyun Və Düşünün ....

Bismilləhir-rahmənir-rahim
Hamımızın bildiyimiz və etiqad bəslədiyi kimi Quran Allahu-Təala tərəfindən göndərilən səmavi kitabdır. Quran elə bir kitabdır ki, bizi hidayətə çağırır, doğru yolu göstərir. Müəllifi hər kəsdən çox sevdiyimiz Rəbbimiz olan bu kitabı nə üçün oxumuruq? Axı hansı sevgili vardır ki, istəklisinin göndərdiyi məktuba biganə yanaşıb onu oxumasın? Buna sevgi demək olarmı? Səfərə gedərkən altından keçdiyimiz bu kitabın bir dəfə də olsa içindən keçək. Evimizin ən təmiz yerinə qoyduğumuz bu kitabı bir dəfə və heç olmasa bir ayəsini Allahın evi olan qəlbimizə qoyaq! Çünki Allahın kitabı Allahın evində olmalıdır. Bəlkə 10 dəqiqəlik telefonda sms yazmaqdan, komputerdə oyun oynamaqdan, boş-boş danışıqdan, televizorda mütriflərin klip və verlişlərinə baxmaqdan, lazımsız musiqilərə qulaq asmaqdan başımızı ayırıb Onun göndərdiyi məktuba – Qurana vaxt ayıraq. Biz həyatımızı bu mənasız əyləncələr ilə keçirsək də bir gün bizi bunlardan ayıracaqlar. Lakin o vaxt ayırmaq Allahın əmri ilə Əzrail vasitəsilə olub bizi qəbrə aparacaq. Odur ki, bəlkə ayılaq. Ayılaq ki, qəbir günümüz üçün bir əməl aparaq. Axı qəbir və qiyamətdə sorğu olunarkən “Niyə namaz qılmadın?” deyə soruşularkən nə cavab verəcəyik? Deyəcəksən ki “bunu bilmirdim?” Amma bu boş bəhanədir. Çünki vaxtı var idi, açıb Qurani oxuyardın, bilərdin. Desən ki “vaxtım yox idi”, bu da cavab deyil çünki hansı müğənninin bu gün hara getdiyini, necə geyindiyini, nə dediyini, necə soyunduğuna tamaşa edə bilirsən, lakin Rəbbinin kitabını oxumağa vaxt tapmırsan?


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar