beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**XoWBeXT_aiLe**

Qadın və kişi ailənin iki üzvü
olsalarda Allah-təala ailənin
himayədarlığını kişiyə
məxsus xusiyyət kimi
vermişdir.
Rəsuli -əkrəm (s)
buyurmuşdur. Kişi ailəsinin
himayəçisi ,həyat yoldaşına
və övladlarına qarşı
məsuliyyəti Vardır.Hər bi kişi
ailə qurarkən
öz xanımını qul deyil ,ona
dost,sirdaş,həyatına şərik
mənasında
düşünməlidir.bunun üçün də
kişi ailənin müdürü
kimidir .Yaxşı müdürün yaxşı
idarəçiliyi olmalıdır.Müdür öz
vəzifələrini bilsə ailəsini
xoşbəxt edə bilər.
Qadının varlığı məhəbbət və
sevgi dənizidir. Onun
həyatında məhəbbət və
bağlılıq olsa özünü daha da
şən və rahat hiss edər, əks
təqdirdə narahat həyatı
maraqsız olar.Qadın əvvəl
ata-ana məhəbbəti ilə
qarşılaşır .O ər evinə gələndə
də ümidlə gəlir ki onu
sevəcək .onun qayğısına
qalacaq,ürəyinin istəklərini
yerinə yetirəcək bir arxa ,bir
sığınacaq yeri var.
Kişi bilməlidir ki, istəyirsə
xanımı ona itaətkar
olsun .Ömrünün axırına
qədər rahat,isti bir yuvaya
sahib olsun bunu bircə sirri
vardır məhəbbət
mehribanlıq.
Bəzən ər-arvad arasında olan
münasıbət səmimi
olmur.bilməliyik ki,ürəkdə
olan məhəbbət kafi
deyil ,onu dilə gətirmək
lazımdır .Həzrət Peyğəmbər
(s) buyurmuşdur.”Kişinin öz
xanımına dediyi “səni
sevirəm” sözü ,heç vaxt onun
qəlbindən çıxmaz.”Bəzən elə
ailələrə rast gəlinir ki.o evdə
qadının hörməti aradan
gedir,kiçilir.Aylarca evdən
bayıra çıxmağına belə icazə
verilmir.Bəzən kişinin
valideyni də bu işdə dəsdək
verir.qadın əsir kimi,gecə-
gündüz zəhmət çəkir.Yəqin
ki,belə qadınlar ərləri
tərəfindən ad
günlərində,münasib günlərdə
belə hədiyyədən ,adı bir gül
dəstəsindən
məhrumdular.Axı qadın öz
həyat yoldaşına əmanətdir.
Əmanəti necə saxlayarlar.
İmam Baqir(ə)buyurmuşdur
“Ailə quran hər bir şəxs öz
yoldaşını əzizləyib
Hörmət etməlidir.”
Başqaların yanında həyat
yoldaşına hörmətsizlik
etmə,təhqir etmə bu kin-
kudurətə səbəb olar. Isti
ocaqını soyuq
edər.məhəbbəti aradan
aparar.
Allah-təala hər bir ailəni öz
amanında saxlasın.Hər kəsə
gözəl nümunəvı
Ailə qismət etsin,Xəta və
səhvlərimizi əməl
dəftərimizdə qeyd etməsin.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Maraqlı melumatlar