beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**MaRaQLi_HeKaYe**

Bir kral xalqı üçün çox geniş və
rahat yol çəkdirdi. Yolu
istifadəyə verməzdən öncə bir
yarış təşkil etdi. Bu yarışda
istəyən hər kəs iştirak edə bilərdi
və yarışın məqsədi yoldan ən
gözəl şəkildə keçən insanı
müəyyən etmək idi.
Yarış günü xeyli insan
toplaşmışdı. Bəzi insanlar ən
gözəl atlarını gətirmiş, bəziləri ən
gözəl paltarlarını geyinmiş,
bəziləri saçlarını çox gözəl
formaya salmış, bəziləri özləri ilə
birlikdə ən dadlı yeməkləri
gətirmişdi.
Nəhayət bütün yarışçılar yoldan
keçdilər. Lakin hamı yolu keçib
yenidən kralın yanına qayıdanda
eyni şikayəti bildirirdi. Yolun bir
hissəsi böyük daş və çınqılla dolu
idi. Bu isə yolu keçməyi
çətinləşdiridi.
Günün axırında təkcə bir yarışcı
yolu keçməmişdi. Uzaqdan
həmin şəxsin yorğun vəziyyətdə
gəldiyini gördülər. Gəlib çatan
kimi əlində olan qızıl kasanı krala
tərəf uzadaraq dedi: “Yoldan
keçən zaman orada olan daşları
və çınqılları təmizləmək üçün
dayanmışdım. Bu qızıl kasanı da
onların altından tapdım. Yəqin ki,
sizindi.”
Kral təbəssümlə cavab verdi:
“O qızıl kasa sənindir, cavan
oğlan.”
“Xeyr, mənim deyil. Mənim heç
vaxt belə gözəl əşyam olmayıb.”
“Bəli, bu qızıl kasa sənindir. Ona
görə ki, bu yarışın qalibi sənsən.
Yəni sən yoldan ən gözəl keçən
insansan. Çünki, bir yoldan ən
gözəl keçən insan, özündən
sonra gələnlər üçün yoldakı
maneələri aradan qaldıran
insandır.”


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar