beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Her An Ole Bileceyinizi Unutmayin!

Allah Təala Cuma 8-də buyurur: (Ey peyğəmbər) de ki: ?(qorxub) qaçdığınız ölüm mütləq sizi haqlayacaq. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir?
Bir ətrafınıza baxın. Bütün insanlar, qohumlarınız, valideyinləriniz, dostlarınız hər bir insan daha əvvəl yaşamış milyonlarla insanlar kimi öləcəklər. Allah bu gerçəyi Ənbiya 35 də belə göstərir:

"Hər kəs (hər bir canlı) ölümü dadacaqdır. (dözüb dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq, ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız " ayətiylə göstərir. UNUDMAYIN. Nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə zəngin, nə kasıb heç kim öz yaxasını ölümdən qurtara bilməyib. Bütün bunları bilən insanların əksəriyyəti ölümü unudmağa çalışırlar. Allah Təala Qaf 19-da buyurur: Ölüm (ölüm bihuşluğu) həqiqətən gəlir. (Ey insan) bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir.
Siz bu sətirləri oxuyarkən ölümün necə yaxın olduğunu düşünürsünüz. Kim bilir bəlkə bu yazini oxuyub qurtarmadan ölüm sizi haqlayacaq. O halda nə badə ölümün sizə də, başqa insanlara da çox yaxın olduğunu unudmayın. Allah insana heç gözdəmədiyi zamanda ölüm mələyini göndərir. Olduğunuz otaqda anidən ölüm mələyini qarşınızda görə bilərsiniz.
Öldükdən sonra bədəninizin nə hala düşdüyünü heç bilirsinizmi?
Unudmayın ki ölüm əsla yox olma deyil. Əsl həyat ölümdən sonradır. Hər bir insan unudmamalıdır ki, ondan əvvəl yaşayan insanlardan sabahkı gününü planlayıb sabaha sağ çıxmayanlar olub. Ona görə siz heç bir xeyir iş görə biləməyəcəyiniz gün olan ölüm gününə çatmamış bacardığınız qədər xeyir iş görməli olduğunuzu unudmayın. Allah Təala Münafiqun 10-11-də belə buyurur: Birinizin ölümü çatıb :?Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!? deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır.

Qiyamətin və hesab gününün mütləq baş verəcəyini unudmayın.
Allah Təala Həc 7-də belə buyurur: Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.
Bu saniyə qolunuzdakı saata baxın. Keçən bir saniyə sizi Allaha daha da yaxınlaşdırır. Sizin üçün müəyyən olunmuş vaxt gələcək. Sizin heç gözləmədiyiniz anda mələklər sizin canınızı alacaq. Bir anda dünyaya aid bütün işləriniz öz mənalarını itirəcək. Elə isə nə qədər ki, fürsətiniz var, dünyaya aid hər nə varsa yox olacağı, bu günə qədər bütün insanların olduğu yerdən qaldırılıb Rəbblərinə hesab vermək üçün biraraya toplanacaqları qiyamət gününü unudmayın. Allah Təala Ənbiya 1-də belə buyurur: İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərdilər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar