beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Halsiz Namaz?????????? Mutleq Oxuyun

Əgər namaz ən xeyirli əməldirsə və
insanın mə`nəvi təkamülündə böyük
tə`sirə malikdirsə, nə üçün namaz qılan
müsəlmanlarda bu tə`sir bir o qədər də
müşahidə olunmur? Rəvayətlərdə
buyurulur ki, “namaz mö`minin me`racıdır”. Nə üçün uzun illər namaz
qılmış şəxs bir dəfə də olsa bu me`racı
hiss etmir?
“Ənkəbut” surəsinin 45-ci ayəsini
xatırlayaq: “Namaz (insanları) pis və
çirkin işlərdən uzaqlaşdırır”. Bəs nə üçün bir ömür namaz qılan
insan yenə də günaha yol verir? Ayə və
rəvayətlərdə zikr olunmuş bir çox
xüsusiyyətlərin namaz qılanlarda müşahidə edilməməsi sual doğurur.
Cavab budur ki, bizim qıldığımız namaz
əsl namazın zahiri formasının oxşarıdır.
Çoxumuz yalnız namazın son
cümləsində xatırlayırıq ki, namaz
qılırmışıq. Çox vaxt yadımıza düşməyən işlər namazda yadımıza düşür və namaz
boyu bu işləri götür-qoy edirik.
Məsələn, namazdan sonra dərsimiz
varsa, namazda dərs mütaliə edirik.
Ticarətlə məşğul olanlar namaz zamanı
alacaqları və verəcəkləri haqqında düşünür. Namaz adlandırdığımız bu əməli namaz hesab etmək olarmı?!
Bəli, bu sayaq namazlardan əslində
tövbə etmək lazımdır. Günahlar bir yana
dursun, yerinə yetirdiyimiz naqis
ibadətlərdən tövbə etməyin yeri var.
Əgər bir şəxs fikri tamam başqa yerdə olduğu halda sizə tə`rif və təşəkkür
edərsə bu diqqətsizlik sizə xoş gələrmi?
Biri ilə danışarkən yan-yörəyə baxıb,
başqa şey haqqında düşünmək
hörmətsizlik deyilmi? Əgər diqqətsizliyi
hörmətsizlik hesab ediriksə, qıldığımız namazlar ibadətdir yoxsa istehza?!
Həzrət Peyğəmbər (s) bir rəvayətdə
buyurur ki, namazı diqqətsiz qılan şəxs
Allahın onu ulağa çevirməyindən
qorxmurmu?
“Allahu əkbər” deyən şəxs şəhadət verir ki, Allahdan böyük olan yoxdur.
Dildə bu sözləri deyərkən qəlbdə bir
başqasına ümid etməyin mə`nası odur
ki, insan üçün Allahdan da böyük
kimsə var. Dildə bir söz deyib qəlbdə
başqa bir şey fikirləşmək Allahı məsxərə etmək deyilmi? Əgər bir şəxs
bizi tə`riflədiyi halda qəlbən tamam
başqa münasibətdədirs ə və əsl münasibətdən xəbərdarıqsa bu sözləri
özümüz üçün məsxərə hesab
etmirikmi? Allah namaz qılan şəxsin
qəlbindən xəbərdardır. Üzü Allaha,
qəlbi isə dünyaya tərəf durmuş insan öz
hərəkətindən nə gözləyə bilər? Adi insanla danışarkən diqqətsizliyi
qəbahət biliriksə, hansı cür`ətlə
namazda diqqətsiz oluruq? Doğrudan
da belə diqqətsizliklə qılınmış
namazlara tövbə etmək lazımdır.
“Nisa” surəsinin 43-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Nə
dediyinizi başa düşəsiniz deyə məst
halda namaz qılmayın”. Məstlikdən ağlı
düz işləməyən insanın sözləri puç və
mə`nasızdır. Belə insanın tə`rif və
təşəkkürünü dəyərli hesab etmək olmaz. Ayədə yalnız şərabdan məst
olanlar nəzərdə tutulmur. İstənilən bir
səbəbdən qəflət halında olan insana
namaza durmamaq tapşırılır. Çünki
məst insan nə danışdığını bilmir.
Qəflətdə olan insanlar da öz dediklərinə diqqətsiz olurlar. Bəli, namazdan
bəhrələnməməyim izin əsl səbəbi həqiqi namaz qılmamağımızdır . Biz sadəcə öhdəmizə düşən vəzifəni yerinə
yetirib, qəbr və qiyamət əzabından xilas
olmaq istəyirik. Böyük əksəriyyət belə
düşünür ki, həqiqi mö`min olmaq üçün
təcvid qaydalarına əməl edib, namazı
gözəl avazla qılmaq lazımdır. Guya mö`minlik ərəb hərflərini düzgün
tələffüz etməkdən ibarət imiş. Hansı ki,
namazın zahiri göstəricilərini n onun ruhuna heç bir dəxli yoxdur. İnsanı
Allaha yaxınlaşdıran qəlb halətidir.
Zahiri gözəllik yalnız batini gözəlliyi
tamamlamaq üçündür. Namazın ruhu
isə qəlbin iştirakından ibarətdir.
Namaz kimi dəyərli bir gövhər ixtiyarımızdadı r. Namazı lazımınca dəyərləndirməmə yimiz təəssüf doğurur. Kamilləşmək istəyənlərin
çoxu qapı-qapı düşüb kamillik sirrini
axtarırlar. Hansı ki, kamilliyə çatmaq
üçün namazdan tə`sirli bir əməl olsaydı,
Allah o əməli gizləməzdi. Axı aləmlərə
rəhmət olan Qur`ani-kərimdə n başqa çarə nə ola bilər? Əgər namazdan tə`sirli
bir vasitə olsaydı hökmən Qur`anda bu
barədə mə`lumat verilərdi. Nə üçün
Həzrət Əli (ə) namaza daha çox
əhəmiyyət verirdi? Yoxsa o nədənsə
xəbərsiz idi? Həzrət (ə) gündə min rək`ət namaz qılırdı. Əgər namazdan
tə`sirli ikinci bir əməl var idisə, nə üçün
müttəqilər ağası Əli (ə) məhz namaza bu
qədər vaxt sərf edirdi? Həzrət (ə) yol
gedərkən, şum vurarkən, quyu
qazarkən Allahın zikrindən ayrılmazdı. Vacib namazda olan bir çox şərtlər
müstəhəb namazda yoxdur.
Mümkündür ki, Həzrət Əli (ə) gün uzunu
müstəhəb namazlardan ayrılmamışdır.
Müəllif özü böyük alimlərin yol
gedərkən namaz qılmasının şahidi olub. Mərhum Əllamə Təbatəbai yol boyu
nafilə namazlarını qılardı. Mərhum Şeyx
Qulamriza evdən məscidə, məsciddən
evə yol boyu müstəhəb namaza məşğul
olardı.
Xülasə, əgər namazın əhəmiyyətini bilsəydik, namaza ciddi yanaşar və
onun faydalarından məhrum olmazdıq.
Həqiqi namazqılanlar bu ibadətin dünya
və axirət faydalarını gözəl tanıyır. Pərvərdigara, bizi həqiqi
namazqılanlarda n buyur.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 209 Bölmə: Maraqlı melumatlar