beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibertamiz Hekaye...Allah En Yaxwisin Bilendi!

Bir gün okeanda yol alan bir gəmi
qəzaya düşərək batır. Gəmidən sağ
xilas olan adamı, dalğalar kiçik,
kimsəsiz bir adaya qədər sürüyür.
Adam ilk günlər özünü qurtarmasını
üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma
nə gələn oldu, nə gedən…
Daha sonra küləkdən, yağışdan və
zərərli heyvanlardan qorunmaq üçün
ağac budaqlarından və yarpaqlardan
bir daxma etdi. Sahildə tapdığı, gəmidən arta qalan konserv, kompas
kimi əşyaları bu daxmaya qoydu.
Günlər həmişə eyni şəkildə keçirdi.
Balıq ovlayır, bişirib yeyir və üfüqü
müşahidə edir, özünü qurtarması üçün
ALLAHa dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çixdı və geri
döndüyündə daxmasının alovlar içində
yandığını gördü. Tüstü, rəqs edə edə
göyə yüksəlirdi. Başına gələ biləcək ən
pis şey idi bu.
Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, başını soxa biləcəyi
bir daxma belə qalmamışdı. "ALLAHım,
bunu mənə necə edə bildin?" deyə
fəryad etdi. O gecəni kədər və üzüntü
içində keçirdi. O qədər dua etdiyi halda,
başına bu hadisə gəldiyi üçün ALLAHa sitəm etdi.
Ertəsi səhər erkən saatlarda, adaya
yaxınlaşmaqda olan bir gəminin fit
səsiylə oyandı!
Əldən düşmüş adam özünü
qurtaranlardan soruşdu "Mənim burada olduğumu necə
anladınız?"
Cavab onu həm çaşdırdı, həm də
utandırdı:
"Tüstülə verdiyiniz işarəni gördük!" Bəzən başımıza gələn pis hadisələr
ALLAHın bizə bir lütfü ola bilər..
Odur ki,hər şeyə səbr edib, şükr etmək
lazımdır..Hər işdə bir xeyir var..
Bizim üçün ən yaxşısın ALLAH bilir...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar