beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Olmaz Idi!

Olmasaydı Əli,din içrə səfa olmaz idi.
Murtəzasız nə səfa ruha qida olmaz idi.
O Əlidir bizə göstərdi həqiqət yolunu,
Yoxsa ondan səvayi ragi-huda olmaz idi.
Əliyə söylədi mizani-ədalət o Nəbi,
Əli olmazsa ədalətli-qəza olmaz idi.
Rəxtixabında yatıbdır o Peyğəmbərdən ötür,
Ki Əli tək bu işə kimsə razı olmaz idi.
Zülfüqar ilə Əmr İbn Əbdəvüd başına,
Vurmasaydı Əli,küfr-əhli gəda olmaz idi.
Bir əlilə qoparıb cəngidə Xeybər qapısın,
Əlisiz kimsədə bil öylə şüca olmaz idi.
Vurduğu zərbəyə xatir o Əli şənində,
"La fəta" kəlməsi göylərdə səda olmaz idi.
Vurmasaydı yerə yüzlərcə o aslan kürəyin,
Adı dillərdə bu gün şiri-Xuda olmaz idi.
Olmasaydı Əli layiq o zaman Xaliqdən,
"Həl əta" surəsi Məhmudə nida olmaz idi.
Verdi ənqüştərini sailə əsnayi-namaz,
Kimsə əshabidə bir böylə səxa olmaz idi.
Danmasaydı Əlinin haqqını nadanlar əgər,
İndi din içrə inan bircə xəta olmaz idi.
Uymasaydı o zaman munkiri-mövlayə çoxu,
İndi Mövlayi-Əlidən o cüda olmaz idi.
Hansı millət ki,Əlisizdi ona yox çarə,
Olara indi düçar dərdi bəla olmaz idi.
Cahida dərk edə bilsəydik Əli həqqini biz,
Əlidən qeyri zikir dildə dua olmaz idi.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar