beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Din!

İnsanların Allah dərgahına,düzgün qayda-qanunlara və həyatda bəyənilmiş əxlaqa doğru hidayət olunması üçün müəyyən bir vasitəyə ehtiyacı vardır.Məhz bu məqsədlə də Allah-taala bəşəriyyət üçün "rəsul" və "peyğəmbərlər" göndərmişdir.
Elçi mənasını daşıyan "rəsul"sözü elə bir doğruçu və seçilmiş insana aiddir ki,Allah-taala ona öz sözlərini insanlara yetirmək üçün mələklər nazil edib,təlim vermişdir.
Demək,onların"rəsul"adlandırılması xalqın hidayəti üçün onlara tərəf göndərilməsi səbəbi ilədir.Xəbər çatdıran mənasını verən "Nəbi" kəlməsi isə onların xalqı din və Allah göstərişlərindən agah etməsi ilə bağlıdır.Din bir sıra göstərişlərdən(vacib və haramlardan)təşkil olunduğu və bu göstərişlərin xalqa çatdırılması peyğəmbərin öhdəsinə qoyulduğu üçün "risalət"adlandırılmışdır.
Allahın əmrlərinə tabe olub,Ona itaət etmək vacib edildiyi üçün bu dinin adı təslim və tabe olmaq mənasını verən "İslam"kəlməsi ilə ifadə edilmişdir.Allah-taala tarixin əvvəlindən başlayaraq Öz elçi və peyğəmbərlərini göndərmiş və onlar da xalqı din yoluna çağıraraq cəmiyyəti saflaşdırmaqla məşğul olmuşlar.Və nəhayət ilahi peyğəmbərin sonuncusu və ən fəzilətlisi olan Həzrət Məhəmmədi(səlləllahu əleyhi və alihi səllam)aləmlər üçün hidayət və rəhmət olaraq kamil islam dini ilə göndərmişdir.
İslam dini iki hissədən ibarətdir-
1.Əqidə.
2.Şəriət(qayda-qanunlar).
Əqidə dedikdə,Allah-taalanın varlığı,axirət aləmi,ilahi peyğəmbərlər,mələklər,nazil olmuş asimani kitablar və habelə islam peyğəmbəri həzrət Məhəmmədin(səlləllahu əleyhi və alihi və səlləm)gətirdiyi və o Həzrətin din adı ilə bizə çatdırdığı bütün şeylərə inanmaq və etiqad bəsləmək nəzərdə tutulur.
Şəriət isə,Allah-taala tərəfindən nazil edilərək icra edilməsinə əmr olunan,həmçinin Qurani-kərimdə bizim üçün bəyan edilən və həzrət Peyğəmbər(s) və Əhli-beyt (ə) vasitəsilə izah və şərh olunan qayda-qanunlardan ibarətdir.
Bəşər həyatının nizama salınması üçün lazım olan bütün şeylər islam dinində mövcuddur.Məlum məsələdir ki,insanlar düzgün əqidəyə,ədalətli qayda-qanunlara,bəyənilən əxlaq və rəftara,həmçinin gözəl həyat tərzi və xoşbəxt axirət dünyasına möhtacdır.İslam adlandırılan sonuncu və kamil din,məhz bu deyilənlərdən təşkil olunmuşdur!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar