beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

..::Son Anda Gələn Yardım::..

Qiyamət qopmuşdu. Qeyri-adi bir izdiham var idi. Hər yer insanlarla dolu idi. Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimisi sağa-sola qaçır, kimiləri yerdə diz çökərək başını əllərinin arsında gizləyirdi.

Sanki ürəyi yerindən çıxacaqdı…. Soyuq tər basmışdı. Dünyada ikən qiyamət, sorğu-sual və tərəzi haqqında çox şey eşitmişdi. Ancaq məhşər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Hər kəs öz növbəsini gözləyir və novbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı. Növbə ona gəlib çatmişdı. Onun adını çəkmişdilər. Təşviş içində sağa-sola baxır. Dodaqları titrəyə-titrəyə:

-Məni çağırdınız? –deyir.

Izdiham birdən aralanır qarşısında bir yol açılır. Iki nəfər qollarına girir. Bunlar məhşər meydanının xidmətçiləri idi. Izdihamın arasından çaşqın baxışlarla keçir. Meydanın mərkəzinə gəlirlər. Xidmətçilər yanından uzaqlaşırlar. Başı önünə əyilir… Bütün həyatı gözlərinin onundən gəlib-keçir. öz-özünə:

-Şükür olsun, gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insaları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas yanaşır, dostları ilə dini söhətlər təşkil edir, malıniı Islam yolunda xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman onlar kimi oldum. İnsanlığa xidmət etməyə çalışdım, onlara Allahdan danışdım. Namazımı qıldım, orucumu tutdum. Fərz olan nə varsa, yerinə yetirdim, haramlardan uzaq durdum….
Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü. Öz-ozünə:

-Rəbbimi sevirəm, heç olmasa sevdiyimi düşünürəm,-deyirdi. Amma bir tərəfdən də:

-“Onun üçün nə etsəm, yenə azdır, bu mənim cənnəti qazanmzğıma kifayət etməz. Yeganə umidim Allahın bağışlaması və rəhmətidir,” –deyə düşünürdü.

Hesab çox uzun çəkdi. Qorxudan mucuq-muncuq tər tokur, tir-tir titrəyirdi. Gözləri tərəzinin millərində qalmışdı. Nəticənin nə olacağını gözləyirdi. Nəhayət, oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər. Höküm veriləcəkdi. Öncə adı oxundu. Artıq ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini yumub həyacan içində hökmü gozləyirdi. Birdən məhşərdəki izdihamdan bir uğultu qopdu. Qulaqları səhvmi eşidirdi, nədir? Onun adi “Cəhənnəmliklər” siyahısında oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı. “Ola bilməz” –deyə qışqırdı. Qalxıb sağa-sola qaçmağa başlayır. Hıçqıraraq: “Mən necə cəhənnəmlik ola bilərəm? Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Onlarla bərabər insanlara Rəbbimi tanıtmağa çalışmışam”. –deyirdi.

Göz yaşları titrəyən vücudunu islatmışdı. Məhşər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn cəhənnəmə tərəf aparmağa başladılar.

Xidmətçilərin qolları arasında çırpınırdı… bir qurtuluş yox idimi? Bir yardım edın olmayacaqdımı? Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmlər süzülməyə başladı… “Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?” Ağlaya-ağlaya yalvarırdı. Alova yaxınlaşmışdılar. Başını geriyə çevirdi. Son çırpıntıları idi.

Rəsulullah (sallallahu aleyhi və səlləm): “Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə beş dəfə yuyunsanız, üzərinizdə heç kir qalarmı? Namaz da belədir. Allah onun sayəsində bütün günahları silər” buyurmamışdımı? Son dəfə “Namazlarımdamı mənim dadıma çatmayacaq?” –deyə düşündü və “Namazlarım….” deyə hıçqrdı.

Xidmətçilər isə onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirirlər. Alovların istisi uzunu qarsmağa başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı. Artıq gözlər də qurumuşdu. Ümidini tamam itirmişdi.

Qollarını sıxan əllərin boşaldığını hiss elədi. Qolları yanına düşdü. Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir anda uçurumun dibinə yumarlandı. Alovların içərisinə doğru surətlə düşürdü. Bir neçə metr düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu hiss etdi. Başın qaldırıb yuxarıya baxdı. Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi. Qoca onu yuxarıya doğru qaldırdı. O, üst-başının tozunu təmizlədikdən sonra soruşdu:

-Siz kimsiniz?

-Mən sənin Namazlarınam.!

-Bəs niyə bu qədər gec gəldin məni xilas etməyə? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm.

Qoca acı-acı gülümsünərək başını yellədi:

-Sən məni həmişə axıra saxlayırdın, xatırladınmı??

Gözlərini açdığı zaman yatağında idi. Qan-tər basmışdı. Dərindən bir ah çəkdi və “Əlhəmdulillah, çox şükür ki, yuxu imiş” –dedi. Sonra çöldən gələn səsə qulaq asdı. Gecə əzanı oxnurdu. Ox kimi yeridən sıçradı: Dəstəmaz alacaqdı…


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 167 Bölmə: Maraqlı melumatlar