beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir An Dayanaq, Bir An Dushunek

tələsən insana ithaf...

Çatdırmıram... Tələsirəm...

Son zamanlar gün ərzində bəşər övladının ən çox xatırlatdığı sözlərdən biri.

Səhər tezdən ayağa qalxır. Tələsik səhər yeməyini ala-yarımçıq yeyir. Evdən tələm-tələsik çıxır. Dərsəmi, işəmi, problemlərini həll etməyəmi – tələsir insan...

Hər gün, hər saat tələsir insan...

Haraya tələsir? Hara narahatdır gecikə?

Bəzən heç bu sadə suallar haqqında düşünməyə vaxt da eləmir.

Axı o, tələsir...

Qəribədir, elə deyilmi?!

Tələsir. Amma hara tələsdiyini də bir düz-əməlli oturub düşünmür.

Bir düşünmür ki, hara tələsir? Nə üçün tələsir? Kimə görə tələsir? Nəyə görə tələsir?

Tələsmək. Vaxtsızlıq. Günümüzün ən acı gerçəkliklərindən biri.

Vaxt eləmir insan. Hətta özü ilə danışmağa da vaxt eləmir insan. Özü ilə belə yadlaşıb insan.

21 əsrin özündə daşıdığı bütün tərəqqiyə rəğmən, onun gətirdiyi rifaha, fiziki işlərə vaxtın qənaət edilməsinə, texniki, kəmiyyət xarakterlı məşğuliyyətlərə vaxt itkisinin qat-qat azalmasına rəğmən, «vaxtsızlıq sindromu» baş alıb gedir.

Özünə vaxtı yoxdur, valideynlərinə vaxtı yoxdur, övladına vaxtı yoxdur, dostuna-tanışına vaxtı yoxdur, təbiətlə ünsiyyətə vaxtı yoxdur…

Vaxtı yoxdur. Axı o tələsir.

«Tələsən insan» da demək olar ona. Vaxtı olmaya insan da demək olar ona.

Amma haraya tələsir? Sonunu bilmirmi!?

Gündəlik həyatda təbii yekununa bunca qəti surətdə dəfələrlə xatırladılan insan. Necə özünün də bir gün bu aqibətlə üzləçəyəcəyinin fərqinə varmır! Zatən axı o tələsdiyi və qaça-qacda olduğu, artıq demək olar ki, özünə məxsus olmadığı bir vaxt axarında, tələsərək gedib bu həyata «əlvida» deyənləri də son mənzilə yola salmağa da tələsərək qatılır...

Nədən bu tələsmə?! Nədən bu vaxtsızlıq?!

Əslində bəlkə özünü unudub insan?! Özünü unudub, öz yerini, öz missiyasını, öz başlanğıcını, öz istedadlarını, öz zövqünü, öz sevicini, öz kədərini unudub insan…

Artıq sevincini də, kədərini də, sevgisini də, nifrətini də təbiilikdən, təravətlilikdən çıxarır, sanki onlar üçün də bir “fast-food” xarakterli mahiyyət axtarır insan.

Mübarək Ramazan ayı ərəfəsində...

Bu ay öz vücudi rəhməti, bərəkəti ilə üzərimizə gəlməkdədir.

Bizə bizdən yaxın olan, qəlblərimizin Təbibi bizim üçün bu ayda ərmağan göndərib.

Dəvətliyik. İlahi ziyafət dəvətliyik. Mənəvi karvanın hərəkət zəngi budur, çalınır.

Bir an dayanaq, bir an düşünək. Özümüzə suallar verək. Və … tələsək!

Tələsək, ey insanlar, tələsək!

Tələsək, ey Allahın dəvətliləri, tələsək!

Tələsək. Vaxtımıza sahib çıxma vaxtldlr. Özümüzə sahib çıxmaq vaxtıdır.

Bu uçuruma aparan qeyri-iradəvi tələsməyə dəvət deyil artıq.

Bu vücudi qurtuluşa doğru dəvəti qarşılamağa tələsməkdir.

Nə gözəl fürsət və şansdır hamımız üçün.

Axı biz hamımız ilahi ziyafətə dəvətliyik...

Gərək tələsək…

Hacı İlqar İbrahimoğlu

ilahiyyatçı-filosof,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar