beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

En Yaxsi Qadin O Qadindir Ki,

1.Peyğəmbər səllallahu aleyhi və
səlləm demişdir: «Ən yaxşı qadın
o qadındır ki, əri ona nəzər
saldıqda sevinsin, buyurduqda
itaət etsin, ərinin xoşuna
gəlməyən işləri görməklə, habelə
onun malını lazımsız yerə sərf
etməklə ona asi olmasın!
2.«Qureyşli bir gənc
Peyğəmbərin səllallahu aleyhi və
səlləm yanına gəlib dedi: «Ey
Allahın elçisi, izn ver zina edim».
Səhabələr ona yaxınlaşıb, sus-
sus deyərək kənara çəkdilər.
Peyğəmbər səllallahu aleyhi və
səlləm dedi: «Yaxın gəl!» O
yaxına gəldikdə Peyğəmbər
səllallahu aleyhi və səlləm dedi: –
Öz anana rəva bilirsən? – Allaha
and olsun ki, yox. Allah məni
sənə fəda etsin! – Həmçinin
insanlar da öz analarına bunu
rəva bilmirlər. Bunu öz qızına
istəyərsən? – Allaha and olsun ki,
yox. Ey Allahın elçisi Allah məni
sənə fəda etsin! – Həmçinin
insanlar bunu öz qızlarına
istəməzlər. Bunu öz bacın üçün
istəyərsən? – Allaha and olsun ki,
yox. Ey Allahın elçisi Allah məni
sənə fəda etsin! – Həmçinin
insanlar bunu öz bacıları üçün
istəməzlər. Bunu öz bibin üçün
istəyərsən? – Allaha and olsun ki,
yox. Ey Allahın elçisi Allah məni
sənə fəda etsin! – Həmçinin
insanlar da öz bibilərinə bunu
istəməzlər. Bunu öz xalan üçün
istəyərsən? – Allaha and olsun ki,
yox. Ey Allahın elçisi Allah məni
sənə fəda etsin! – Həmçinin
insanlar da bunu öz xalaları
üçün istəməzlər. Peyğəmbər
səllallahu aleyhi və səlləm əlini
onun çiyninə qoyub dedi:
«Allahım, Onun günahını bağışla,
qəlbini təmizlə və ismətini
qoru!» Bu hadisədən sonra o
gənc heç bir şeyə (zinaya) meyl
etmədi». ( Əhməd «Musnəd)
3.Peyğəmbərimiz(sav)
buyurmuşdur:«Qadınlarınızın ən
xeyirlisi ərini sevən, ondan
dünyaya uşaq gətirən, ərinə
gözəl tərzdə təsəlli verən,
Allahdan qorxan qadındır.
Onların ən yaramazı isə əxlaqsız
geyinən və xülyalara dalandır!
4.Peyğəmbərimiz(sav)
buyurmuşdur:«Sizi yollarda
oturmaqdan çəkindirirəm».
Səhabələr dedilər: «Ey Allahın
elçisi, bizim başqa duracaq
yerimiz yoxdur. Biz orada oturub
sadəcə söhbət edirik».
Peyğəmbər səllallahu aleyhi və
səlləm dedi: «Madam ki, sizlər
üçün oralarda oturmaq zəruridir,
onda yolun haqqını ödəyin».
Səhabələr dedilər: «Ey Allahın
elçisi yolun haqqı nədir?» O dedi:
«Gözləri aşağı dikmək
(naməhrəmə baxmamaq),
əziyyət verməmək, salamı almaq,
yaxşılıqları əmr etmək və
pisliklərdən çəkindirmək».(əl-
Buxari)
5.Peyğəmbərimiz(sav)
buyurmuşdur:«Allah Öz
kölgəsindən başqa heç bir
kölgənin olmayacağı bir gündə
yeddi sinif insanı Öz kölgəsi
altında kölgələndirəcəkdir:
Ədalətli rəhbər, Rəbbinə ibadət
etməklə böyüyən cavan, qəlbi
məscidlərə bağlı olan kişi, Allah
xatirinə bir-birini sevən, buna
görə birləşən və ayrılan iki kişi,
gözəl və zadəgan qadın
tərəfindən (zinaya) cəlb
edildikdə, «mən Allahdan
qorxuram!» deyən kişi, sağ əli ilə
verdiyi sədəqəni sol əlindən
gizlədən kişi və xəlvətdə Allahı
yad edib göz yaşı axıdan kişi».
(əl-Buxari)
6.Peyğəmbəri səllallahu aleyhi və
səlləm belə buyurub: «Vallahi
iman gətirmiş olmaz! Vallahi
iman gətirmiş olmaz! Vallahi
iman gətirmiş olmaz!» Ondan:
«Kim, ya Rasulullah?”- deyə
soruşdular. O dedi: «O kimsə ki,
qonşusu onun şərindən (dili və
əməli ilə ona əziyyət
verməyəcəyindən) əmin deyil».
(əl-Buxari, 6016) «Qonşusu
şərindən əmin olmayan kimsə
Cənnətə daxil olmaz».(Muslim,
1/68) «Zina barəsində nə deyə
bilərsiniz?» Səhabələr dedilər:
«Haramdır! Bunu Allah və Onun
elçisi haram etmişdir və o,
Qiyamət gününə qədər
haramdır!» Peyğəmbər səllallahu
aleyhi və səlləm dedi: «Kişinin on
qadınla zina etməsi (günah
baxımından) onun üçün
qonşusunun qadını ilə zina
etməsindən daha yüngüldür. Bəs
oğurluq barəsində nə deyə
bilərsiniz?» Səhabələr dedilər:
«Haramdır! Bunu Allah və Onun
elçisi haram etmişdir və o,
Qiyamət gününə qədər
haramdır!» O dedi: «Kişinin on
evdən oğurluq etməsi (günah baxımından) onun üçün
qonşusunun evindən oğurluq
etməsindən daha yüngüldür».
(Əhməd «Musnəd»)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar