beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah C.Cnin 99 Adi.

ALLAH Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi. ƏR-RƏHMAN Ya Rəhman! Sən elə rəhmət edərsənki, rəhmətinin bir parçası mənə cənnət olar, rəhmətindən bir parıltı sonsuz xoşbəxtliyim olar. Rəhmətinin bir damlası başqa hər kəsin ruzisini yetirməyə kifayətdir. Bu çarəsiz qəlbimə mərhəmətini endir və bu fani ömrümü sonsuzluğa çatdır. ƏR-RƏHİM Ey Rəhim , Sən elə Rəhimsənki, qulaqlarım istər-istəməz Sənin sözlərini dinləməyə can atır, ağlıma vəhyinlə tənəzzül edirsən. Elə Rəhimsənki, Səndən istəyəndə həmişə verirsən, Səndən istəməyəndə də belə, bizə lütf edirsən. Elə Rəhimsənki, haqqı olana həmişə verərsən, haqqı olmayana belə çox bəxş edərsən. Elə Rəhimsənki, dünyanı bu qədər gözəl etmisən, Axirəti bundan daha gözəl etmisən. Ya Rəbbi, qorxudan qəlbimi əmin et mənim, hüzündən qəlbimi azad et. Atəşdən uzaq et məni, hicrana düşürtmə məni, rəhmətinin rəhminə al məni, mərhəmətinin qucağına al qəlbimi. ƏL-MƏLİK Ya Məlik! Kimsənin kimsəyə fayda verə bilməyəcəyi gün hökm Sənindir! Göylərin yarıldığı gün sahibim Sənsən, ulduzlar dağılan günü sahibim Sənsən! Varlığım mənə aid deyil, varım yoxum hamısı Sənindir, əlimdə olanlar mənim deyil, sahib olduqlarım da Sənindir, yoxluğa düşürmə məni, darlıq vermə qəlbimə, məkan Sənindir. ƏL-QUDDUS Ya Quddus! Quddus Sənsən və qüdsiyyət Səndəndir, buna söz ola bilməz, Sən diləməsən Sən istəməsən heç bir şey pak sayılmaz, könlüm Sənə yönəlmədikcə saf olmaz. Qanımı hər nəfəsimdə təmizlədiyin kimi, nəfsimi də pak elə! Təmizlənənlərə məhəbbət bəslərsən, könlümü məhəbbətinlə təmizlə! ƏS-SALAM Ya Salam, Sənsən Salam, Səndəndir salam və salamatçılıq. Əmrini dinləyərək atəş, İbrahimə (Ə.S) sərin və salamat oldu. İbrahim (Ə.S) kimi dostluğuna qəbul et məni. İbrahim (Ə.S) kimi atəşi bir gül et dərimə. Salamını şəbnəm kimi toxundur ƏL-MÖMIN Ya Mömin! Sən hidayətini göndərməsən qəlblər necə rahat ola bilər?! Sən qəlbləri imanla rahat etməsən kim inandığından əmin olar?! Sən inandırmasan, kim mömin və imanlı qala bilər?! Nəfsimin hiyləsinƏ, nəfsimin əlinə buraxma məni. Elə bir mömin etki məni, peşmanlıqlarım Sənə döndərsin məni. ƏL-MUHƏYMİN Ya Muhəymin! Sənsən qəriblərin sığınacağı, Sənsən kimsəsizlərin dayağı, Sənsən haqqı himayə edən, Sənsən ağlımı aldanışlardan və yalandan qoruyan, Sənsən ayağımı hiylələrdən və tələlərdən qoruyan. Sənki zəifləri qüvvətlilərin şərrindən himayə edərsən, məzlumların haqqını zalimlərdən almağı vəd edərsən. Sənki mənim ən kiçik, ən əhəmiyyətsiz, ən gizli arzularımı da bilir və mənə mərhəmət edirsən. Nəfsimin yalanlarına aldanmaqdan qoru məni. Aşağılara və alçaqlığa yuvarlanmaqdan qoru məni. ƏL-ƏZİZ Ya Əziz! İzzət Sənindir və Səndəndir İzzət. Sən istəsən kimsə zillətə düşməz, Sən verməsən heç kimdə izzət qalmaz. Qəlbim yalnız Sənə yönəlir, yaxınlığınla əziz et qəlbimi. Ruhum yalnız səni axtarır, hüzurunla əziz et ruhumu! Mənim halım və vəziyyətim yalnız sənə aşkardır, başqalarının yanında rəzil etmə məni! ƏL-CABBAR Ya Cabbar! Sənki məğrurları qürurlarına əsir edərsən, Sənki təkəbbürlük göstərənlərin boynuna təkəbbürlüklərini bir yük edərsən. Sən, zorluq edib zülm edənləri, öz vicdanlarının pəncəsinə həbs edərsən, bir milçəyin vasitəsilə Nəmrudlardan qurtar məni! Bir vasitəçi göndər, fironlardan qurtar məni! Əbabilləri göndər, məni Əbrəhaların fillərindən qurtar! Nəfsimin məni zorlamasına izin vermə! Ağlımın məni azdırmasın keçid vermə! Həmişə itaətçi olaraq sabit saxla məni!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar