beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.İbrahimin Xanımı Sara

Həzrəti İbrahimin (ə) xanımı Sara
Həzrəti İbrahimin (ə) xanımı Saranın şəxsiyyət və kamalı onun İbrahimin (ə) qonaqlarına daim etdiyi xidmətlərindən məlum olur. Qonaq qəbul etməyin xüsusiyyətlərindən biri də yeməyin tez hazır olmasıdır. Çünki qonaq xüsusi ilə də müsafir (səfər edən) yorğun və ac olur, buna görə də yeməyə və istirahətə ehtiyac duyur.
Sara daim bu işi görərdi və qonaqlarına xidmət etməkdə hazır olardı. Qurani-Kərim belə buyurur: “Sənə İbrahimin hörmətli qonaqlarının xəbəri yetişdimi?”
İbrahimin (ə) qonaqları gəldikdə o həzrət Sara xanımın yanına getdi və az bir müddət keçməmişdi ki, qızardılmış bir buzov gətirdi. Necə ki, Qurani-Kərim Hud surəsi 69-cu ayədə buyur: “Sonra yubandırmadan (gedib onlara) qızardılmış bir bütöv (əti) gətirdi.”
Bu mənəvi xüsusiyyət səbəb oldu ki, Allah Təala bu fədakar xanımın mükafatını qocalıq çağında əta etdi. Mələklərin vasitəsi ilə ona peyğəmlərlik risaləti daşıyan övladların müjdəsini verdi.
Qurani-Kərim həzrəti İbrahimin mələklərlə söhbəti zamanı Saranın da orada olduğunu qeyd edib buyurur: “Onun zövcəsi də ayaq üstə idi. O güldü. Sonra ona İshaqı və İshaqın ardınca Yəqubu (doğacağını) müjdə verdik.” (Hud surəsi ayə 71).
Sonra İbrahimin xanımı ərz etdi. “Mən qoca bir qarı və ərim də qoca bir kişi olduğu halda doğacağammı? Doğrudan da bu çox təəccüblü bir işdir.” (Hud surəsi ayə 72).
Mələklər ona dedilər. “Allahın işinə təəccüb edirsən? Allahın rəhməti və bərəkəti siz əhli- beytə aiddir. Həqiqətən o həmd edilməli və böyük kəramət sahibdir” (Hud surəsi ayə 73)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar