beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şimşəyin Faydası Varmı?

Cavab: Bildiyimiz kimi, şimşək mənfi və müsbət yüklü iki buludun bir-birinə yaxınlaşmasından yaranır. Bu hadisə, mənfi və müsbət yüklü iki naqil bir-birinə toxunduqda qığılcım yaranmasının oxşarıdır. Bütün təbiət hadisələrində istər cəmiyyət, istərsə də təbiət üçün faydalar olduğunu bilirik. Bəs şimşəyin faydası nədir? Qurani-kərimdə buyurulur: «Sizə qorxu və ümid məqsədi ilə şimşək göstərən, ağır buludları yaradan da Odur»["Rəd" surəsi, ayə 12].
Ayədən göründüyü kimi, şimşəyin ilkin faydası, insanları Allah-təalanın əzəmətindən xəbərdar etməkdir. Buludla yer arasında yaranan belə şimşəkləri «saiqə» adlandırmışlar. Müsbət yüklü bulud həmişə mənfi yüklü yerə yaxınlaşdıqda, saiqə yaranır. «Allah onların vasitəsi ilə istədiyini vurar» ayəsində saiqə nəzərdə tutulur.
«Təbiətin zarafatı» adlandırılan şimşəyin, bir sıra təbii faydaları da vardır. On beş min dərəcə santiqrad istilik yaradan şimşəklər, havanı yandırır və bunun ardınca havanın təzyiqinin dərhal enməsi nəticəsində buludlardan yağış yağır. Həmin yüksək temperaturda yağış damlaları artıq oksigendən yaranır və belə su, «ağır su» adlanır. Bu suyun formulu N₂O₂ -dir. Ağır su isə, güclü mikroböldürücü xüsusiyyətə malikdir.
Yüksək temperaturda yaranmış yağış damlalarının tərkibində karbon turşusu olduğundan, bu yağış həm də torpaq üçün gübrə funksiyasını daşıyır.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar