beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran-i Kərim

Əvvəl insan kimi şəxsiyyətini başa düşərdin, sonra mədəniyyət ünvanını tapardın. Və ALLAHın xəlifəsi olardın. Özünü Qurandan soruşsaydın..
Haqq dininə xurafatlar qatmazdın. Hökm etməz, küfrə batmazdın. Dünya üçün axirəti satmazdın. İslamı Qurandan oxusaydın..
Ürəyin qaralmazdı hirslə, kinlə, əvvəl özün özünlə savaşardın. Onda sən heç kimə lağ etmə...zdin. Həddini Qurandan soruşsaydın..
İllərcə əcdadlarını günahlandırdın, geri qalmışlığı İslama yozdun. Oysa ki, ən qabaqda sən qaçardın. Əxlaqı Qurandan soruşsaydın..
Bu torpaq sənə mirasdır, tökülən Hər damla qana görə borclusan. Fərari olardınmı, vətən sevgisini Qurandan soruşsaydın?
Hələ o xəsis varlı, kasıblıqdan qorxduğu üçün sıxır kisəsini. Bilərdi ona ruzi verəni, şeytanı Qurandan soruşsaydı..
Övlad yetişdirdin, min müxtəlif nazla. Heç tanış etmədin Oruc və namazla. Yenə keçmişə həzzlə baxardınmı? Quran oxusaydın..
Aşiq üzlərdə narahatlıq, əzab, ən yaxın dostuna keçmir sözün. Gülməzdimi o gözəl üzün? Sevgini Qurandan Soruşsaydın..
Günü-gündən ALLAH inancı söndükcə. Bu böyük sancı sənin özündə başladı. Ana-Oğul cinayətləri olardımı hörməti Qurandan soruşsaydı?
Nəfsinə qul oldun sərvətdə malda, içkide, qumarda. Bu haram meyvələr bu dünyada qalardı. Cənnəti Qurandan soruşsaydın..
Bir nəfəsin belə hesabı çətindir. Bəs bu qədər nemətin hesabı? Amma mizanı Qurandan soruşsaydın..

Hər müsibət əslində bir xəbərdarlıq idi. Görmədin? Nəfsinə nə verdikcə az idi. Bu sərvət gəmisi batmazdı. Zəkatı Qurandan soruşsaydın..
Əməlsiz elmdən kimə nə fayda. Elmsiz əməllər heç qeyd olunmur. Peyğəmbərimiz haqqında Qurandan soruşsaydın..
Bayramdan bayrama səcdə etməklə "qurtuldum'' deyirsənsə, hökmünü gözlə. Sən özün borcu silərdinmi bu iki çeklə. İbadəti Qurandan soruşsaydın..
O Cəhənnəm dəhşətindən dəli olardın. O əzabı görmüş kimi yaşayardın. Səcdəylə əfv arxasıyca qaçardın. Namazı Qurandan soruşsaydın..
Aynalara baxıb təlaş etməzdin. Bitən hər gününlə sən də bitmezdin. Dosta belə əlləri boş getməzdin. Ölümü Qurandan soruşsaydın..
Başqa keçid verməz Bu yol. Bu dövran. Ancaq, ancaq, ancaq Quran. Və dayanmazdın Siratda Bir an. Quranı Qurandan Soruşsaydın..


Tarix: 08.06.2013 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Maraqlı melumatlar