beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Peyğəmbərdən hədislər (2)

1. Ağıl tərəfindən ən mükəmməl olanınız Allahdan ən çox qorxanınızdır.

2. Səhər namazına çox diqqət yetirin. Çünki səhər namazında çox böyük fəzilətlər var.

3. Ürəklərinizi az gülmək və az yeməklə canlandırın, aclıqla təmizlənin ki o yumşalsın və parlasın.

4. Çox gülməyin, çünki çox gülmək ürəyi öldürər.

5. Qiyamət günü Cənnətə ilk çağırılacaq insanlar varlıqda da, darlıqda da Allaha çox həmd edənlərdir.

6. Qiyamət günündə ilk hesablaşacağınız kəslər qonşulardır.

7. Qiyamət günündə ALLAH bu beş şeydən sorğuya çəkir:
1.Ömrünü harada və nəyə xərclədiyini,
2.Etdiyin işləri nə məqsədlə etdiyini,
3.Malını haradan qazandığını və haralara sərf etdiyini,
4-5.Vücudunu, səhhətini harada və nəyə görə köhnəltdiyini.

8. Bütün insanlar günah işləyər, lakin günah işləyənlərin ən xeyirlisi tövbə edənlərdir.

9. Hər kim Ramazanda oruc tutar, sonra da ona Şəvvaldan altı gün əlavə etsə, bütün ili oruc tutmuş kimi olar.

10. Müsəlmanların dərdini dərd etməyən onlardan deyil.

11. Adam haqsız olaraq bir şeyə lənət etsə, o lənət özünə dönər.

12. Dünyanın bəla və fitnədən başqa heç bir şeyi qalmadı.

13. Qurban kəsin. Onunla nəfsi təmizləyin. Bir kimsə, günündə qurbanını , qibləyə yatırtsa, onun buynuzu, qanı, tükü və hər zərrəsi Qiyamət Günü o kimsə üçün hazır olar. Yerə düşən qan Alahın mühafizəsinə düşmüş olar.

14. Sənə hər nə yaxşılıq çatsa Allahdandır. Sənə hər nə pislik gəlirsə, o da öz qüsurun səbəbiylədir.

15. Heç bir fərz namazı qəsdən tərk etmə. Kim namazı qəsdən tərk etsə, İlahı qoruma və təminatdan məhrum qalar


Tarix: 06.06.2013 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar