beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHa səcdədi, Məhəmmədə (s.ə.s) hörmətdi namaz

İslam övladı üçün, öncə şəhadətdi namaz.

Pak olan qəlbə qida, ruha şəfaətdi namaz.

Şəriət hökmünə, əlbətdə itaətdi namaz.

Səcdə et, yığ yükü yük üstünə, sərvətdi namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.

O namaz ki, onu vaxtilə Peyğəmbər (s) qılmış.

Tanrının şiri, o həqq aşiqi Heydər (ə) qılmış.

On bir övladı ilə Fatimə (ə) yeksər qılmış.

Dur qoşul sən də bu sıx cərgəyə,vəhdətdi namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.

O namaz ki, onu göylərdə mələklər də qılır.

RƏBBİNƏ səcdə edən bəndələr hər yerdə qılır.

Dəstə-dəstə yığılıb KƏBƏYƏ, bir yerdə qılır.

“Mustəqim” yol ki deyirlər, ona dəvətdi namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.

Səni aldatmasın aləmdəki bu cah-cəlal.

Xaliqi zikr edən ol, eyləmə şeytani xəyal.

Hər əzan vaxtı pak ol , niyyət ilə dəstəmaz al,

“Həmd”i – “İxlas”ı oxu, qayəti ayətti namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.

Tanrı nuru yaradıb zülməti tərk etmək üçün.

Zülməti xəlq elədi, fərqini dərk etmək üçün.

Namaz əmr oldu ki, bəd işləri tərk etmək üçün.

Ədəb-ərkandı, mərifət, həya ismətdi namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.

Bax namaz əhlinə, ay tək üzü aydın parlaq.

Çünki qəlbində həsəd yoxdur, imandır ancaq.

Dəstəmazın suyu möminlərin üzün etmiş ağ,

Tanrının dərgahına əl açmağa hacətdi namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.

Tövbə et keçmişinə, bəlkə də ömrün var hələ.

Hər namaz vaxtı tələs sən də bu xeyruləmələ

Qibləyə üz tutaraq, üz-üzə dur RƏBBİN ilə

Aşiqin məşuq ilə etdiyi söhbətdi namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.

Kim namaz aşiqidir, Tanrı ona yar olsun

Axirət sorğu sualında həvadar olsun.

Namaz əhlinə yaraşmaz özü qəddar olsun.

Çünki “ƏR-RƏHMAN”olan Xaliqə xidmətdir namaz.

* * *
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz

Yusifa, qəbrə qədər həqqə ibadət elə sən!

Tanrıya laiq olan kəlmələri al dilə sən!

Oxu hər yerdə gözəl şerini avaz ilə sən!

Bəşər övladına hər yerdə hidayətdi namaz.

ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi namaz.


Tarix: 05.06.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar