Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Mən səninlə idim, bəs sən kiminlə idin?

Bir vaiz minbərdə camaata qiyamət günündən danışırdı. Nəhayət, söhbət ALLAHın (c.c.) qiyamət günündə soruşacağı suallara çatdı.
Və vaiz: "Hamı sorğu-suala çəkiləcək.
ALLAH elmini harada xərclədin deyə soruşacaq. ALLAH malını harada xərclədin deyə soruşacaq. ALLAH ömrünü harada xərclədin deyə soruşacaq...
Soruşacaq... Soruşacaq... Soruşacaq..." - deyə saymağa başladı.
Camaatın arasında Şeyx Şibli Həzrətləri də var idi. Şeyx Şibli Həzrətləri bu qədər təfərrüata baxmayaraq vaizin məsələnin mahiyyətini aça bilmədiyini görüb dedi: "Ey, vaiz! ALLAH o qədər çox sual soruşmayacaq. O, sadəcə olaraq soruşacaq ki: "Ey, qulum! Mən səninlə idim, bəs sən kiminlə idin?"


Tarix: 04.06.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...