beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz əslində bir şürk etmə meditasiyonudur...

Namaz əslində bir şürk etmə meditasiyonudur.Tanrımıza olan təşəkkür,şükür, tərif yalvarış ,diləyiş, sığınma kimi bir ibadət mənası ifadə etməkdədir.Lakin namazımızı yəni ibadətimizi öz dilimizdə anlayaraq qılmalıyırıq.Çünki quranda Allah belə buyurur: Məhz o namaz qılanlara təəssüflər olsun.Onlar ki, namazlarından tamamilə xəbərsizdirlər. (Maun surəsi,4-5-ci ayə) Quranın ayəsində göründüyü kimi əksər namaz qılanların namazlarından tamamilə xəbərsiz olmaqları yəni anlamamaqları bu onların namazlarına,ibadətlərinə rəsmi ərəbcə bir dil verərək qılmaqlarına işarətdir.Fərqli dildə olan xalqın ərəbcə ibadət etməsi savab öz dilində isə anlayaraq dərk və hiss etməsi isə günahmış kimi belə bir məntiqsiz formada şəriətçilər fikir yürütmüşlər. Təbii ki, o fikirlərin heç biri Quranla əsası yoxdur. İslamı bəzilər ərəbizimləşdirmək kimi bunda siyasi bir marağ güdməkdədilər. Quranın heç bir ayəsində namaz yəni ibadətin hər hansı rəsmi bir dil üzrə olmalıdır deyə bir vurğu yoxdur. Namaz qədim ibadətdir Muhəmməd Peyğəmbərdən öncədən belə Ərəb coğrafiyasında toprağında yaşamayan və doğulmayan Məryəmin İsa peyğəmbərin Musanın və.s digərlərində öz dillərində namaz yəni ibadət etdiklərini Quranda buyurulmaqdadır. Odur ki, duanın dili qəlbdir yəni səmimi olaraq qəlbən edilən dua daha məqbuldur. Heç şübhəsiz ki, şəriətçi,məzhəbçi din adamları, ilahiyyatçılar Quran ərəbcə nazil olub bundan dəxlisiz bir məna çıxardaraq, və namazda buna görə ərəbcə qılınmalıdır söyləyirlər. Biz oxuma vərdişi olmayan cəmiyyət olaraq da normal olaraq, əgər adının qarşısında birdə böyük bir ünvan varsa, birdə əksəriyyət söyləyirsə heç şübhəsiz o zaman demək ki Allah əmriymiş deyir və elə qəbul edirik. Yaxşı, bu yol doğru bir yolmu? Əksəriyyətin sözlərinə inanmaq bizləri Allaha çatdırır və Rəbbin qatında xəcalətli etməzmi deyərsiniz? Bu barədə məhz Quranda belə buyurulmaqdadır: Və yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar, ancaq zənnə tabe olarlar. Və onlar, ancaq yalan uydururlar.(Ənam surəsi. 116 cı ayə) Göründüyü kimi qarşımıza çoxluq deyə çıxanlar hər zaman haqlı mənasını gəlmədiyi kimi, onlara uyduğunuzda bizləri Allah yolundan sapdırma təhlükəsi ilə qarşı-qarşıya gələbiləcəyimiz xəbərdarlığını Allah çox açıq edir. Quran ərəbcə nazil oldu bəli məhz bunu Müqəddəs oxu belə izah edir: Onu Tanrı Ərəbcə bir Quran olaraq nazil etdik ki anlayasınız.( 12 / Yusuf surəsi 2-ci ayə) ayənin cümləsinin sonunda Tanrı anlamağa diqqətimizi çəkir ərəbcə tələfüz etməyə deyil.Quran-ı Kərimdə, bir çox yerdə (Ağıl etməzmisiniz?) ifadəsi keçməkdədir. Məhz ağlımızı işlətmədiyimiz üçün şeytana uymuş oluruq: Bu barede Müqəddəs oxuda belə buyurulmaqdadır: And olsun, şeytan, içinizdən bir çox nəsli yoldan çıxartdı. Ağılınızı heç işlətmirsinizmi? (36 / Yasin surəsi - 62-ci ayə) Quranın ərəbcə nazil olması bu bizim ərəbcə namaz/ibadət etməyimiz anlamına gəlməz. Muhamməd ərəb coğrafiyası doğuldu və yaşadığı zamanında öz dilində danışan millətinə ərəbcə Tanrının mesajını söylədi. Əcnəbi ölkələrə isə o dildə danışan elçilərini göndərdi ki,onların dilində izah etsin. Məhz bu barədə də Müqəddəs oxuda yəni quranda buyurulmaqdadır: Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. ( 14/ İbrahim surəsi 4-ci ayə) Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və millətlərə ayırdıq. (49/ Hucurat surəsi 13 cü ayə) Sizcə nə dediyini bilməyən insan sərxoşa kimi deyilmi ? Quranda ağıl sahibləri və düşünənlər üçün deyilmi? Allah bu Quranda insanlar üçün hər cür məsəl çəkdi. (30.Rum surəsi 58-ci ayə) deyildi kimi. Və namazda ibadətdə nə dediyini bilməyən anlayamayan adamı Allah xərxoş məsələni çəkərək: Nə söylədiyinizi bilənə qədər, namaza yəni ibadətə yaxınlaşmayın! (Nisa surəsi,43-cü ayə) buyurur.


Tarix: 03.06.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Maraqlı melumatlar