beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.Məhəmməd - Kəlamlar...

Allah-Təala duada israr edənləri sevər...


-Acı çəkən səbr etsin, -Acı çəkdirənsə acı çəkəcəyi günü gözləsin...


Üç xasiyyət kimdə varsa, Tanri ona rəhm edər və cənnətə göndərər.Bunlardan biri zəiflərə xoş rəftardır, biri ata-ananı saymaq, onların hörmətini gətirməkdir, biri isə kölələrə qarşı mərhəmətli olmaqdır...


İbadət yetmiş qapıdır (qisimdir), bunlardan ən üstünü ruzi qazanmaq üçün çalışmaqdır...


Yoxsullarla oturub-durmaq sadəlikdir, sədəqənin ən üstünü yoxsullara edilən yardımdır...


Mənasını bilmədən, dərk etmədən Quran oxumaq faydasızdır...


Mömin xurma ağacına bənzər; ondan nə alsan (xasiyyətindən, əməllərindən, sözündən-söhbətindən nə götürsən) sənə faydası dəyər...


İnsanlar darağın dişlərinə bənzərlər, bir-birlərinə oxşarı var...


Allah bütün insanları bir torpaqdan yaradıb...


Düşün və diqqət yetir, sən gözəlliyindən, yaxud sifətinin rəngindən savayı heç bir kəsdən üstün, xeyirli deyilsən; üstün olmaq istəyirsənsə, xeyirli (rəhmdil, mərhəmətli, xeyirxah) olmaq istəyirsənsə, çəkin Tanrıdan...


Əlinə sahib ol, pis iş görməyə alışdırma...


Dilinə sahib ol, nəyi demək nəyi deməmək lazım olduğunu bil...


Həqiqətən də, Tanri ilk sevgini qorumağı sevər...


Nöqsanı üzə vurmaqdan çəkin...


Daş qəlbli insanlar Allahdan ən uzaq olanlardır...


Gözəl xasiyyət dinin yarısıdır...


Sirkə bala necə təsir gətirirsə, pis xasiyyət də ibadətə eynən pis təsir gətirir...


Hətta bir sərçənin başının kəsilməsinə acıyan, həmin sərçəyə yazığı gələn adama Allah qiyamət günü acıyar...


Tarix: 03.06.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar