beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IMAM ELIYEN -NEQI (eleyhisselam) SARAY FEQIHLERI ILE UZ-UZE

1. Zina etmiş məsihinin cəzası

Bir gün müsəlman qadınla zina etmiş məsihi bir kişini Mütəvəkkilin hüzuruna gətirirlər. Mütəvəkkil onun üzərində şəri hədd icra etmək istəyir. Lakin məsihi dönüb müsəlman olur. Baş qazı Yəhya ibn Əksəm deyir: “Onun müsəlman olması, onun bütün günahını aradan apardı və ona heç bir hədd icra edilməməlidir.” Fəqih və alimlərdən bəziləri dedilər ki, onun haqqında şəri hədd üç dəfə icra olunmalı, bəziləri isə başqa cür hökm verdilər. Verilən hökm və fətvaların müxtəlif olması Mütəvəkkili İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməyə məcbur edir. Məsələni İmama dedikdə, o Həzrət buyurur ki, ona ölənə qədər şallaq vurulmalıdır. İmam Əliyyən-Nəqi əleyhissəlamın verdiyi bu fətva Yəhya ibn Əksəm və digər fəqih və alimlərin ciddi narazılığına səbəb oldu. Onlar dedilər: “Heç bir ayə və hədisdə bu cür fətva yoxdur.” Sonra da Mütəvəkkilə dedilər ki, İmama bir məktub yazıb bu fətvanın istifadə edildiyi əsası öyrənsin. Mütəvəkkil də onların dediyi kimi edir. İmam Əliyyən-Nəqi (əleyhissəlam) məktubun cavabında yazır: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, Rəbbimizə qoşduğumuz şərikləri bütləri isə inkar etdik.” Amma əzabımızı gördükləri zaman iman gətirmələri Allahın Öz bəndələri barəsində öncə olub keçmiş (tətbiq edilmiş) adətinə, qayda-qanununa müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Onlar elə oradaca ziyana uğradılar (məhv oldular).” [“Qafir” (“Mumin”) surəsi, 84–85.]
Mütəvəkkil İmamın verdiyi fətvanı qəbul edərək zina etmiş məsihinin həddinin o Həzrətin verdiyi fətvaya uyğun olaraq icra edilməsini tələb etdi.[Vəsailuş-şiə, c.18, səh.408.]
İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu ayəni qeyd etməklə onlara başa salmaq istəyirdi ki, kafirlərin (müşriklərin əzabı görərkən) iman gətirmələri Allahın əzabını onlardan götürmədiyi kimi bu məsihinin də müsəlman olması şəri həddi onun boynundan götürmür.


Tarix: 03.06.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar