beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-SƏMİ’

əs-Səmi’ – eşidən olmasının mənası nə qədər yavaş olursa olsun, bütün səsləri idrak edən (eşidən) deməkdir. O, yaratdıqlarının eşitmələrinə bənzəməyən bir sifət olan səmi sifətilə gizli və açıq hər bir şeyi eşidir. Allahın Səmi’ – sifəti iki yerə bölünür. 1. Səmi’ İcabə – qəbul etmək. Məs: Peyğəmbər (s.a.v) rukudan qalxaraq deyərdi: «Səmiallahu Limən Həmidəh – Allah ona həmd edəni eşitdi» .(Buxari, Müslim.)

» . Peyğəmbər (s.a.v) buyurdu: «Allahummə! Təslim olmayan qəlbdən, eşidilməyən duadan Sənə sığınıram» . (Tirmizi 5/519, Əbu Davud 2/92. )
2. Səmi’ İdrak – dərk etmək. Bu özü də üç yerə bölünür. 1) Təyyid – kömək. «Qorxmayın, mən də sizinləyəm. (Hər şeyi) eşidirəm və görürəm!». (Ta ha 46). 2) Təhdid – hədələmək. «Yoxsa onlar elə güman edirlər ki, biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr, yanlarında olan elçilərimiz yazırlar. (Ya Peyğəmbər!) De ki: Əgər Rəhmanın bir övladı olsa (Ona) ibadət edənlərin birincisi mən olaram!». (əz-Zuxruf 80). «Allah kasıbdır, biz isə dövlətliyik! Deyənlərinin sözlərini Allah, əlbəttə eşitdi». (Ali İmran 181). 3) Allahın eşitməsi hər bir şeyi əhatə edir. Onun eşitməsi bütün səsləri əhatə edir. Məxluqatın səsləri Ona qarışıq gəlməz. Bir-birinə bənzəyən səslər Onu aldatmaz. O, səslərdən birini eşitməsi başqa bir səsi eşitməkdən Onu yayındırmaz. «Şübhəsiz Rəbbim duanı eşidəndir». (İbrahim 39). «Əgər sənə şeytandan bir vəsvəsə gəlsə Allaha sığın. Şübhəsiz ki, Allah eşidən və görəndir». (əl-Əraf 200). Aişə  deyir: «Bir qadın ərindən şikayət etmək üçün Rəsulullahın (s.a.v) yanına gəlir. Mən otağın bir küncündə olmağıma baxmayaraq onların nə barədə söhbət etdiklərini eşitmədim. Lakin Allah eşidib ayə nazil etdi. «Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən Allah eşidən və görəndir». (əl-Mucadələ 1) .
(Buxari.)
Əbu Musa (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Ey insanlar sakit olun! Siz nə bir kara, nə də burda olmayan birisinə dua edirsiniz. Siz hər şeyi eşidən və yaxın olana dua edirsiniz»
(Buxari, Müslim.)


Tarix: 05.05.2013 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar