beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) əl-Ğalib

əl-Ğalib – «Allah öz işində (əmrində) Qalib olandır (istədiyini edəndir)». (Yusif 21). Ğalib – Allahın feli sifətlərindəndir. Allahın qalib gəlməsi dilədiyi kimsəyə qadir olması, gücü çatması və onu dilədiyi şəkildə yaxalaması deməkdir. Heç şübhə yox ki, Allahı məğlub etmək istəyən kəsinliklə yeniləcəkdir. Hər müsəlman Allahın mütləq qalib olduğunu bilməli və hər işində yalnız Ona arxalanmalıdır. Səmimiyyətlə Qalib olana arxayın olan kimsəyə qarşı bütün yer üzündəkilər belə əleyhinə olsalar sonunda o, qalib gələcəkdir. «And olsun ki, Mən və Peyğəmbəri qalib gələcəyik…». (əl-Mucadələ 21). Allahdan üz çevirərək başqalarına arxayın olanlar mütləq məğlub olacaqlar. «Şeytanın dostlarıyla vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!». (ən-Nisa 76).


Tarix: 05.05.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar