beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli ibn Əbu Talib (r.a) haqqında qısa məlumat (Övladları,Fəziləti və sairə)

Adı və soyu: Əli ibn Əbu Talib ibn Əbdülmüttalib ibn Haşim ibn Əbd Mənaf. Peyğəmbərin (s.a.v) əmisi oğlu və dünya qadınlarının xanımı, Peyğəmbərin (s.a.v) qızı Fatimənin (r.anha)həyat yoldaşıdır.
Anası, Əsəd ibn Haşim ibn Əbd Mənafın qızı Fatimədır.
("Mərifətus Səhabə" 1/278.)

Təxəllüsü, Əbul Həsəndir. Peyğəmbər (s.a.v) ona Əbu Turab ləqəbini vermişdi. Məşhur rəyə əsasən o, uşaq olarkən səkkiz yaşında İslamı qəbul etmişdi. ( "Mərifətus Səhabə" 1/287. Onun fəzilətləri haqda "Bab mənil xəlifə bədə rəsulilləh (s.a.v) "fəslində danışılacaqdır.)

Həyat yoldaşları:
1. Peyğəmbərin (s.a.v) qızı Fatimə( r.anha) ;
2. Umamə bint Əbu-l-As. Bu qadının anası Peyğəmbərin (s.a.v) qızı Zeynəb (r.anha) idi. Fatimə (r.anha) vəfat edəndən sonra onunla evlənmişdir. Fatimə(r.anha) onun doğma xalası idi;
3. Cəfər ibn Qeysin qızı Xovlə;
4. Məsudun qızı Leyla;
5. Hizamın qızı Ummu-l-Bənin;
6. Umeysin qızı Əsma;
7. Rabiənin qızı əs-Səhba;
8. Urvənin qızı Ummu Səid.

Övladları;
Oğlanları: Həsən, Hüseyn, Muhəmməd əl-Əkbər, Ubeydullah, Əbu Bəkr, əl-Abbas əl-Əkbər, Osman, Cəfər əl-Əkbər, Abdullah, Yəhya, Ovn, Ömər əl-Əkbər, Muhəmməd əl-Ovsat və Məhəmməd əl-Əsğər.
Qızları: Zeynəb əl-Kubra, Ummu Kulsum əl-Kubra, Ruqəyyə, Ummul Həsən, Ramlə əl-Kubra, Ummu Hani, Məymunə, Zeynəb əs-Suğra, Ramlə əs-Suğra, Ummu Kulsum əs-Suğra, Fatimə, Umamə, Xədicə, Ummul Kiram, Ummu Sələmə, Ummu Cəfər, Cumanə və Nəfisə.

Özəllikləri:
Əlinin (r.a) özəlliklərini üç qismə ayırmaq olar:
1. Özünə məxsus özəlliklər;
2. Özü ilə birlikdə Əhli Beytə aid özəlliklər;
3. Səhabələrlə müştərək özəlliklər.

Birinci: Özünə məxsus özəlliklər:
Əbu Hureyrə (r.a) deyir ki, Peyğəmbər (s.a.v) Xeybər günü belə demişdir: "Bu gün bayrağı Allahı və Rəsulunu sevən, Allahın və Rəsulunun sevdiyi kimsəyə verəcəyəm".
(Buxari: "Fəzilətlər kitabı", "Əlinin özəllikləri" fəsl, ? 3702; Muslim: "Səhabələrin fəziləti", "Əlinin (r.a) özəlliklərindən", ? 2405.)

Əli (r.a) deyir ki, Peyğəmbər (s.a.v) mənə belə demişdir: "Səni ancaq mömin sevər, yalnız münafiq sənə nifrət edər".
(Muslim: "İman", "Ənsarları və Əlini sevməyin imandan olması haqqında fəsil", ? 78)
Səd ibn Əbu Vaqqas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Əliyə (r.a) belə demişdir: "İstəmirsən ki, Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?! Fəqət məndən sonra peyğəmbər gəlməyəcəkdir."
(Buxari: ? 3706; Muslim: ? 2404.)
Zeyd ibn Ərqam (r.a) Peyğəmbərin  belə dediyini rəvayət edir: "Mən kimin dostuyamsa, Əli də onun dostudur".
( Əhməd: 5/ 350. Sənədi Səhihdir.)

İkinci: Özü ilə birlikdə Əhli Beytə aid özəlliklər:

Zeyd ibn Ərqam (r.a) deyir ki, Peyğəmbər (s.a.v) Məkkə ilə Mədinə arasında yerləşən "Xum" adı ilə məşhurlaşmış "Qədir" adlı yerdə xütbə oxudu və dedi: "Ey insanlar, mən sizin üçün iki ağır əmanət qoyub gedirəm. Onların biri digərindən böyükdür". Sonra Allahın kitabını xatırlatdı və ona təşviq etdi. Daha sonra dedi: "Digər isə Əhli Beytimdir. Əhli Beytim barədə sizə Allahı xatırladıram; Əhli Beytim barədə sizə Allahı xatırladıram!"
Zeyd ibn Ərqəmdən soruşdular: "Onun Əhli Beyti kimlərdir?"
O, dedi: "Onlar sədəqə haram edilmişlərdir; Əlinin, Cəfərin, Əqilin və Abbasın ailəsi".
Zeydə dedilər: "Onların hamısı Peyğəmbərin (s.a.v) Əhli Beytindən sayılırlar?"
O, dedi: "Bəli". (Muslim: ? 2408.)
Aişə (r.anha) deyir ki, Peyğəmbər (s.a.v) günorta vaxtı eşiyə çıxdı. Əynində üzərində dəvə yəhəri təsvir olunmuş paltar var idi. O, Əlini, Fatiməni, Həsəni və Hüseyni libasının altına alıb bu ayəni oxudu: Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (əl-Əhzab: 33). ( Muslim: ? 2424.

Üçüncü: Səhabələrlə müştərək özəlliklər:

Peyğəmbər  demişdir: "Ey hira sakitləş! Sənin üzərində Peyğəmbər, ya Siddiq, ya da şəhid vardır". (Muslim: ? 2417.)
Bu hadisədə dağın üzərində Peyğəmbər (s.a.v) , Əbu Bəkr, Ömər, Osman, Əli, Talha, Zubeyr və Sə`d var idi. Allah onların hamısından razı olsun!

Səid ibn Zeyd (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "On nəfər cənnətlikdir: Əbu Bəkr cənnətlikdir, Ömər cənnətlikdir, Əli cənnətlikdir, Osman cənnətlikdir, Talha cənnətlikdir, Zubeyr cənnətlikdir, Əbu Ubeydə cənnətlikdir, Əbdürrəhman ibn Auf cənnətlikdir, Sə`d cənnətlikdir və birdə sizin dostunuz (yəni, Səid ibn Zeydin özü) cənnətlikdir".
(Tirmizi: ? 3748. Sənədi səhihdir.)

Abdullah ibn Məsud (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Ən xeyirli insanlar mənim əsrimdə yaşayanlar, onlardan sonra gələnlər və daha sonra gələnlər".
(Buxari: ? 3651; Muslim: ? 2533.)


Tarix: 04.05.2013 / 11:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Maraqlı melumatlar