beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimiz (s.a.v) doğulması

PEYĞƏMBƏRİMİZİN (s.a.v) DOĞULMASI


Peyğəmbərimiz (Səllallahu Aleyhi və Səlləm) Məkkədə Haşim oğulları məhəlləsində, Rəbiül-Əvvəl ayının doqquzu və ya on ikisinə, bazar ertəsi gününün səhəri, "Fil ilində" dünyaya gəlmişdir. Doğulmağının Rəbiül-Əvvəl ayının doqquzunda olmağı gerçəyə daha uyğun, on ikisi isə daha məşhurdur. Bu miladi, 571-ci ilə təsadüf edir.


Onu (Səllallahu Aleyhi və Səlləm) Əbdür-Rəhman b. Auf``un (radiyəllahu anhu) anası, Amrın qızı Şəfa (anası Əminədən) doğuzdurmuşdur. Anası Əminə onu bir nur topu olaraq dünyaya gətirmişdir. Şam sarayları onun bu nuru ilə aydınlanmışdır. Doğuş müjdəsi babası Abdul-Muttalibə çatdıqda çox sevindi. Qaçaraq gəlib onu qucağına aldı.Kəbəyə aparıb orada Allaha şükür və dualar etdi. Mədh edilməyi, öyülməyi ümidiylə ona öyülən mənasını verən "Məhəmməd" adını qoydu. Onun üçün sədəqə payladı. Doğulmağının yeddinci günündə onu sünnət edərək, ərəblərdə adət olduğu kimi böyük bir ziyafət verərək nəvəsinin şərəfinə insanları doyuzdurdu.

Məhəmməd (Səllallahu aleyhi və Səlləm)`ə xidmətçiliyi və mürəbbiyyəçiliyi atası Abdullahın xidmətçisi Ümmü Əymən üzərinə götürmüşdü. Ümmü Əymən, müsəlman olana qədər yaşadı, hicrət etdi və Peyğəmbərimizdən beş və ya altı ay sonra vəfat etdi.

Süd anası dövrü

Anası Əminədən sonra onu ilk əmizdirən Əbu Ləhəbin köləsi Süveybədir. Süveybə öz oğlu Məsruhla birlikdə Peyğəmbərimizi də əmizdirdi. O, hələ əvvəllər Həmzə (radiyəllahu anhu) və Əbu Sələmə b. Abdul-Əsəd əl-Məhzumini əmizdirmişdi. Dolayısıyla, onların hər ikisi də onun (Səllallahu Aleyhi və Səlləm) süd qardaşlarıdır.

Əbu Ləhəb, köləsi Süveybəni Peyğəmbərimizin doğulması müjdəsi olaraq sevincindən azad edib hürriyyətinə qovuşdurmuşdu. Ancaq, sonralar Əbu Ləhəb İslam davasının başlamasıyla Peyğəmbərimizin ən şiddətli düşməni olmuşdur

Səd oğulları arasında

Ərəblər, təzə doğulmuş uşaqlarını əmizdirmək üçün düzənlik ərazilərə göndərməyi adət halına gətirmişdilər. Beləcə uşaqlarının çöl iqlimində böyüyərək, daha sağlam və güclü olmalarını, eyni zamanda da qarışıqsız Ərəb nitqini öyrənmələri məqsədini güdürdülər.

Allah (Cəllə Cəlaluhu) Məkkəyə, Bəni Səd b. Bəkr b. Həvəzan qəbiləsindən bir sıra süd əmizdirici qadınların gəlməsini təqdir etdi. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i bu qadınlara təqdim etdilər ki, ona süd əmizdirsinlər, ancaq onlar, bir yetim almaq istəmədiklərini bildirərək onu götürmədilər. Onlardan biri olan Əbu Züveybin qızı Həlimə onu götürdü. Beləcə, digərlərinin bilmədən geri çəkildiyi qismət ona nəsib oldu.

Həlimənin atası Əbu Züveybin adı Abdullah b. əl-Harisdir. Ərinin adı isə; əl-Haris b. Abdul-Uzzadır. Hər ikisi də Səd b. Bəkr b. Həvəzan qəbiləsindəndirlər. Harisin uşaqları və eyni zamanda Peyğəmbərin süd qardaşları bunlar idi : Abdullah, Ənisə və Cüdamə. Cüdamə, Şeyma olaraq tanınır.b Şeyma olan ləqəbi adından daha çox tanınmışdır. Şeyma o dövrdə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə baxmaqla və onu qorumaqla xidmət etmişdir.


Tarix: 03.05.2013 / 18:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar