beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Vəhyin bir müddət kəsilməyi və yenidən başlamağı

Vəhyin bir müddət kəsilməyi və yenidən başlamağı

Vəhy ilk dəfə yuxarıda keçdiyi şəkildə gəldikdən sonra, bir müddət kəsildi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bundan son dərəcə kədərləndi. Fəqət, Allah bunu onun məsləhəti üçün etmişdi. Beləcə, ilk vəhydən hasil olan qorxusu getmiş, Haqq üzrə olduğunu dərk etmiş və özünü növbəti vəhyə hazır hala gətirməsi təmin olunmuşdur. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), artıq yeni bir vəhyə şiddətlə həsrət çəkir və gözləyirdi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), Nofəlin yanından Ramazanı tamamlamaq üçün Hiraya geri qayıtdı. Ramazan ayını tamamlayıb, Şəvval səhəri Məkkəyə dönmək üzrə yola çıxdı.

Belə buyurur : Vadinin ortasında ikən bir nida duydum. Sağıma, soluma, önümə və arxama baxdım. Ancaq, heç bir şey görə bilmədim. Başımı yuxarı, göyə qaldırdırdıqda bir nə görüm, Hirada mənə gələn mələk, göylərlə yer arasında bir kürsüyə oturub. Çox qorxdum. Tələsərək evə qayıdıb Xədicənin yanına gəldim. Tez ona :
- Tez məni örtün, üstümə soyuq su səpin, dedim.
Məni örtüb üstümə su səpdilər. Allahu Təala bunun üzərinə bu kərim ayələri endirdi :

يَا أَيُّهَا الْمُدَّثِّرُ ◊ قُمْ فَأَنذِرْ ◊ وَرَبَّكَ فَكَبِّرْ ◊ وَثِيَابَكَ فَطَهِّرْ ◊ وَالرُّجْزَ فَاهْجُرْ ◊

Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et! (Muddəssir / 5)

Bu namazın fərz edilməsindən əvvəl idi. Sonra vəhy kəsilmədən enməyə davam etdi.

Bu ayələr risalət vəzifəsinin başlanğıcını təşkil edir. Peyğəmbərlik vəzifəsi isə, ilk enən vəhy ilə başlayır. Burada Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), iki növ təklif ilə mükəlləf edilmişdir.

Birinci təklif, "Qalx və insanları xəbərdar et!" buyruğu ilə təbliğ və xəbərdarlıq vəzifəsidir. Bunun mənası, pozğunluq və zəlalətlərindən dönmədikləri, Allahdan başqa saxta tanrılara itaət etdikləri, Ona zatında, sifətlərində, hüquq və fellərində şərik qoşduqları müddətcə, insanları Allahın əzabı ilə xəbərdar etməyinin gərəkdiyidir.

İkinci təklif isə; Allahın əmirlərini yerinə yetirərək, onun razılığını qazanması və bu şəkildə inananlara nümunə olmaqla mükəlləf olunmağıdır. "Təkcə Rəbbini uca tut!" buyruğunun mənası, təzim və hörmətini sadəcə Allaha təqdim etməyi və bu barədə ona heç kəsi şərik qoşmamağıdır. "Geyimini təmiz saxla" ayəsi isə, paltarını və bədənini təmiz tutmalı olduğunu bildirməkdədir. Çünki, Allahın vəhyinə məzhər olub, onun hüzuruna çıxan kəsin pis ola bilməz.

"Pis şeyləri tərk et" ilahi əmrindən də, Allahın əzab və qəzəbini tələb edici davranışlardan çəkinməyin gərəkdiyi bildirilmişdir.

وَلَا تَمْنُن تَسْتَكْثِرُ "Yaxşılığı təmənna məqsədilə etmə!" Əvəzini bu dünyada almaq üçün deyil, Allah üçün yaxşılıq et.

Sonuncu ayə isə, وَلِرَبِّكَ فَاصْبِرْ "Rəbbin üçün səbr et!" onun (Səllallahu Aleyhi və Səlləm) qövmünün dinini tərk etməklə bir çox əza və sıxıntıya məruz qalacağını bildirməkdədir.

Dəvətin başlamağı

Bu kərim ayənin nazil olmağından dərhal sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qövmünü Allaha dəvətə başladı. Cahil və kobud bir qövmü dəvət edirdi. Din adına ancaq bütlərə ibadət edirlər və özlərini haqlı çıxarmaq üçün atalarının da onlara ibadət etdiyi bəhanəsinə sığınırdılar. əxlaq adına quru bir şərəf anlayışından başqa heç bir şeyləri yoxdu. Problemlərinin tək həll yolu olaraq qılıncı bilirdilər. Haqq Təala, Rəsulunun dəvətini başlanğıcda gizli olaraq etməsini təqdir etdi. Əvvəl, əqli-səlim sahibi, sadə, etibarlı, haqqa meyilli qohum və dostlarını dəvət etdi.


Tarix: 03.05.2013 / 18:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar