beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duha -Əvvabin, yəni, tövbə edənlərin - namazı və onunla bağlı məsələlər...

Duha (əvvabinlərin yəni, tövbə edənlərin) namazı:
Bu namazın şəriətdə təsdiqi:
Əbu Hureyrə deyir ki, «Xəlilim (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə üç şeyi tövsiyə etmişdir: Hər ayın üç gününü oruc tutmaq, iki rükət duha namazını qılmaq və yatmadan öncə vitr namazını qılmaq»[1].

Bu namazın fəziləti:
Əbu Zərr Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Hər bir oynağınıza gündəlik sədəqə düşür. Hər bir “Təsbih” (sübhənəllah), “Təhmid” (əlhəmdulilləh), “Təhlil” (Lə iləhə illəllah), “Təkbir“ (Allahu əkbər) demək sədəqədir. Yaxşı işləri əmr etmək, pis işlərdən çəkindirmək sədəqədir. Amma duha vaxtı iki rükət namaz qılmaq bütün bunları əvəz edir»[2].

Duha namazının rükətlərinin sayı:
Ötən hədislərə əsasən bu namazın rükətlərinin ən az sayı ikidir. Çoxu isə səkkizdir:
Demək Ummu Hani deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkənin fəthi günündə evində çimdi və səkkiz rükət namaz qıldı»[3].

Bu namazı qılmaq üçün ən yaxşı vaxt:
Zeyd ibn Ərqam deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Quba camaatının yanına gələndə onlar duha namazını qılırdılar. Bu zaman Peyğəmbər dedi: «Əvvabinlərin (tövbə edənlərin) namazı duha zamanı dəvə balasının isinişən (günəş şüalarının bədəni qızışdırdığı) vaxtıdır»[4].

---------------------------------------------------------------------------
[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 367. Müslim: 1/ 499/ ? 721. Əbu Davud: 4/ 310/ ? 1419.
[2] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 364. Müslim: 1/ 499/ ? 720. Əbu Davud: 4/ 164/ ? 1271.
[3] Buxari: 3/ 51/ ? 1176. Müslim: 1/ 226/ ? 336. Əbu Davud: 4/ 170/ ? 1277. Tirmizi: 1/ 295/ ? 472. Nəsai: 1/ 126.
[4] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 368. Müslim: 1/ 516/ ? 748.


Tarix: 01.05.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Maraqlı melumatlar