beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİDALAR ( II )

QURBANLIQ
Qurban yalnız, inək, qoyun və dəvədən olur.
Dəvə və inəyi neçə nəfərin əvəzinə kəsmək olar:
Nəyi qurban kəsmək olmaz:
"ƏQİQ"
"Əqiq" nə vaxt kəsilir:
Təzə doğulmuş uşaq üçün nə etmək müstəhəbdir:

QURBANLIQ
Tərifi:
Qurbanlıq, qurban bayramı və təşriq (zülhiccənin 11, 12 və 13-cü) günlərində Allaha ibadət olaraq kəsilən ev heyvanlarıdır.
Hökmü:
İmkanı olan insanın qurban kəsməsi vacibdir. Demək Peyğəmbər (S.A.V.) demişdir: «Kimin imkanı ola-ola qurban kəsməzsə, bizim namazgaha gəlməsin»[1].
Hədisin məsələyə dəlaləti belədir ki, Peyğəmbər (S.A.V.) imkanı olub qurban kəsməyən insanın namazgaha yaxınlaşmasını qadağan etmişdir. Bu isə o deməkdir ki, həmin adam vacib bir əməli tərk etmişdir. Sanki imkanı ola-ola belə bir vacib əməli tərk edib, bayram namazı qılmağa gəlməyin heç bir faydası yoxdur.

Muxəffif ibn Suleym deyir ki, biz Ərəfada Peyğəmbərlə (S.A.V.) birlikdə dayanmışdıq. O, belə dedi: «Ey insanlar, hər il hər bir ailənin boynuna bir qurban və bir ətirə düşür». Sonra dedi: Bilirsinizmi ətirə nədir? Ətirə, insanların "Rəcəbiyyə" adlandırdıqları (rəcəb ayında kəsdikləri) qurbandır[2].
Sonra Peyğəmbərin (S.A.V.) bu sözləri ilə rəcəb ayında kəsilən qurbanın (Ətirənin) hökmü ləğv (nəsx) olunmuşdur: «Heyvanın ilk qarında doğduğu balanı (Fər`, ərəb.) mütləq qurban deyib, həmçinin rəcəb ayında (Ətirə) qurban deyib[3] kəsmək olmaz»[4].
Rəcəb ayında kəsilən qurbanın (Ətirənin) hökmünün ləğv edilməsi, qurban bayramında kəsilən qurbanın hökmünün ləğv edilməsi demək deyil.
Cundub ibn Sufyan əl-Bəcəli deyir ki, mən qurban bayramı günü Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Kim qurbanını bayram namazından öncə kəsibsə, onun yerinə yenidən birini kəssin. Kim qurbanını kəsməyibsə indi kəssin»[5].
Bu hədis açıq-aşkar qurbanın vacib olmasına dəlalət edir. Ələlxüsus vaxtsız kəsilən qurbanın əvəzinə yenidən başqasını kəsməyin əmr olunması.[6]
Hansı heyvandan qurban olur:
Qurban yalnız, inək, qoyun[7] və dəvədən olur. Uca Allah buyurur:
«Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı ev) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər)...»[8].

Dəvə və inəyi neçə nəfərin əvəzinə kəsmək olar:
İbn Abbas (A.R.O.) deyir ki, bir dəfə Peyğəmbərlə (S.A.V.) birlikdə səfərdəydik. Qurban bayramının vaxtı gəldi. Biz, dəvə kəsmək üçün on nəfər[9], inək kəsmək üçün isə yeddi nəfər şərik olduq[10].

Qoyun, bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər:
Əta ibn Yəsar deyir ki, mən Əbu Əyyub əl-Ənsaridən (A.R.O.) soruşdum: Peyğəmbərin (S.A.V.) vaxtında sizin kəsdiyiniz qurbanlar necə olurdu? O dedi: «Peyğəmbərin (S.A.V.) vaxtında bir insan özünün və ailəsinin adından bir qoyun kəsər, ondan özləri yeyər və yedizdirərdilər. Amma sonra insanlar bəhsə girib bununla fəxr edərək gördüyün hala düşüblər»[11].

Nəyi qurban kəsmək olmaz:
Ubeyd ibn Feyruz deyir ki, mən Bəra ibn Azibə dedim ki, Peyğəmbərin (S.A.V.) xoşlamadığı (məkruh saydığı) və ya qadağan etdiyi qurbanlar haqqında mənə məlumat ver. O dedi: Peyğəmbər (S.A.V.) əli ilə – mənim əlim onun əlindən qısadır – belə işarə edib (dörd barmağını göstərib) dedi: «Dörd cür heyvan qurbanlığa yaramaz: Bir gözü açıq-aşkar kor olan, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görsənən, qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvan» Mən ona dedim: Mən qulağında kəsik olan heyvanın qurban kəsilməsini xoşlamıram. O dedi: Hansı heyvanı qurban kəsmək istəmirsənsə öz işindir. Amma bunu heç kəsə haram etmə[12].
Beş aylıq çəpişi (bir yaşı tamam olmamış) qurban kəsmək olmaz. Demək Bəra ibn Azib (A.R.O.) deyir ki, Əbu Burdə adlı dayım bayram namazından öncə qurban kəsmişdi. Peyğəmbər (S.A.V.) ona dedi: «Sənin kəsdiyin qoyun, adi halda ət yemək üçün kəsilən qoyun kimi sayılır».
O dedi: Ey Allahın elçisi, mənim əldə böyüyən beş-altı aylıq bir çəpişim var. Peyğəmbər (S.A.V.) dedi: «Kəs, amma səndən başqa heç kəsə belə heyvanı kəsməyə icazə vermirəm». Sonra sözünə davam edib dedi: «Kim heyvanı bayram namazından öncə kəsərsə özü üçün (ət yeməyə) kəsmişdir. Kim bayram namazından sonra kəsibsə o qurban kəsmiş və müsəlmanların sünnəsinə uyğun hərəkət etmişdir»[13].
"ƏQİQ"
Tərifi: əqiq, insanın övladı olduğu üçün kəsdiyi heyvandır.
Hökmü: Övladı olan insanın əqiq kəsməsi vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilməlidir.
Salman ibn Amir əd-Dabbi (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Doğulmuş uşaq ilə "əqiq" vardır. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin»[14].
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bizə oğlan uşağının əvəzinə iki, qız uşağının əvəzinə isə bir qoyun kəsməyi əmr etmişdir»[15].
Həsən ibn Səmurə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Doğulmuş hər bir uşaq "əqiq"i ilə bağlıdır. Yeddinci günü "əqiq"i kəsilib, saçı qırxılır və adı qoyulur»[16].

"Əqiq" nə vaxt kəsilir:
Sünnəyə görə "əqiq" uşağın doğumunun yeddinci günündə kəsilməlidir. Əgər bu vaxt kəsməyə imkan olmasa o zaman on dördüncü günündə, bu vaxt da imkan olmasa onda iyirmi birinci günündə kəsilməlidir.
Bureydə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əqiq uşağın yeddinci, yaxud on dördüncü, ya da iyirmi birinci günündə kəsilir»[17].

Təzə doğulmuş uşaq üçün nə etmək müstəhəbdir:
1. Barmağın ucuna xurma və ya başqa oxşar qida qoyub uşağın ağzına sürtmək (ərəb. Təhnik): Əbu Musa (A.R.O.) deyir ki, «mənim oğlum doğulmuşdu. Onu götürüb Peyğəmbərin (S.A.V.) yanına gətirdim. O, uşağı İbrahim adlandırdı. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət istədi və sonra uşağı mənə qaytardı». Bu uşaq Əbu Musanın böyük uşağı idi[18].
2. Doğumunun yeddinci günündə başını qırxıb saçı ağırlığında gümüş sədəqə etmək:
Həsən ibn Səmurə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Doğulmuş hər bir uşaq "əqiq"i ilə bağlıdır. Yeddinci günü "əqiq"i kəsilib, saçı qırxılır və adı qoyulur»[19].
Əbu Rafi deyir (A.R.O.) ki, Fatimə (A.R.O.) Həsəni dünyaya gətirəndə Peyğəmbər (S.A.V.) ona dedi: «Onun başını qırx və kasıblara saçı ağırlığında gümüş sədəqə ver»[20].
3. Doğumunun yeddinci günündə sünnət etmək:
Demək, Təbərani "əl-Mucəm əs-Səğir" adlı kitabında[21] Cabirdən (A.R.O.) rəvayət edir ki, «Peyğəmbər (S.A.V.) Həsən və Hüseynin əqiqini kəsdi və yeddinci günlərində onları sünnət etdi».
Həmçinin Təbərani "əl-Mucəm əl-Əvsat"[22] kitabında[23] İbn Abbasdan (A.R.O.) rəvayət edir ki, «uşaq doğularkən onun yeddinci günündə yeddi şeyi etmək sünnədəndir: Ad qoymaq, sünnət etmək, ona narahatçılıq verən şeyləri təmizləmək, (qızdırsa) qulağını deşmək, əqiqini kəsmək, saçını kəsmək, əqiqinin qanına batırmaq, qırxılmış saçının miqdarında qızıl və ya gümüş sədəqə vermək».
* * *


[1] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2532. İbn Macə: 2/ 1044/ ? 3123.
[2] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2533. Tirmizi: 3/ 37/ ? 1555. Əbu Davud: 7/ 481/ ? 2771. İbn Macə: 2/ 1045/ ? 3125. Nəsai: 7/ 167.
[3] Cahiliyyət vaxtında insanlar heyvanın birinci balasını, həmçinin rəcəb ayında ailənin adından bir qoyunu bütləri üçün qurban kəsərdilər. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunları qadağan etdi. Hətta bu vaxtları məxsus edərək bunu Allah üçün də etmək olmaz. (tərc.)
[4] Buxari: 9/ 596/ ? 5473. Müslim: 3/ 1564/ ? 1976. Əbu Davud: 8/ 32/ ? 2814. Tirmizi: 3/ 34/ ? 1548. Nəsai: 7/ 167.
[5] Buxari: 10/ 20/ ? 5562. Müslim: 3/ 1551/ ? 1960. İbn Macə: 2/ 1053/ ? 3152. Nəsai: 7/ 224.
[6] Seylul Cərrar: 4/ 74 - 75. İxtisar edilmişdir.
[7] Keçi də qoyun fəslinə aiddir. (tərc.)
[8] əl-Həcc: 34.
[9] Əksər hədislərdə dəvə və inəyi yeddi nəfərin kəsməsi qeyd olunur. (tərc.)
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2536. İbn Macə: 2/ 1047/ ? 3131. Tirmizi: 2/ 194/ ? 907. Nəsai: 7/ 222.
[11] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2546. İbn Macə: 2/ 1051/ ? 3147. Tirmizi: 3/ 31/ ? 1541.
[12] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2545. İbn Macə: 2/ 1050/ ? 3144. Əbu Davud: 7/ 505/ ? 2785. Nəsai: 7/ 214. Tirmizi: 3/ 27/ ? 1530. Onun rəvayəti müxtəsər verilmişdir.
[13] Buxari: 10/ 12/ ? 5556. Müslim: 3/ 1552/ ? 1961. Oxşar məna ilə rəvayət etmişdir: Tirmizi: 3/ 32/ ? 1544. Əbu Davud: 7/ 504/ ? 2783. Nəsai: 7/ 222.
[14] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2563. Buxari: 9/ 590/ ? 5472. Əbu Davud: 8/ 41/ ? 2822. Tirmizi: 3/ 35/ ? 1551. Nəsai: 7/ 164.
[15] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2561. İbn Macə: 2/ 1056/ ? 3163. Tirmizi: 3/ 35/ ? 1549.
[16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2563. İbn Macə: 2/ 1056/ ? 3165. Əbu Davud: 8/ 38/ ? 2821. Tirmizi: 3/ 38/ ? 1559. Nəsai: 7/ 166.
[17] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4132. Beyhəqi: 9/ 303.
[18] Buxari: 9/ 587/ ? 5467. Rəvayətin mətni onundur. Müslim: 3/ 1690/ ? 2145. Onun rəvayətində "dua etdi..." – sözləri yoxdur.
[19] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2563. İbn Macə: 2/ 1056/ ? 3165. Əbu Davud: 8/ 38/ ? 2821. Tirmizi: 3/ 38/ ? 1559. Nəsai: 7/ 166.
[20] Hədis həsəndir. əl-İrva: ? 1175. Əhməd: 6/ 390. Beyhəqi: 9/ 304.
[21] Təbəraninin əl-Mucəm əs-Səğir əsəri: 2/ 122/ ? 891. Beyhəqi: 8/ 324.
[22]Təbərani "əl-Mucəm əl-Əvsat" kitabı: 1/ 334/ ? 562. Şeyx Albani bu rəvayəti "Təmamul Minnə" kitabında (səh, 68) rəvayət etmişdir. Hər iki hədisdə (bu və bundan əvvəlki hədisdə) zəiflik vardır. Lakin hədislərin biri digərini dəstəkləyir. Çünki hədislərin rəvayət olunma mənbələri müxtəlifdir (yəni, başqa-başqa səhabələrdən rəvayət olunmuşdur. tərc.) və sənədində ittiham olunan rəvayətçi yoxdur.
*Bir şeyi demək yerinə düşərdi ki, uşağı kəsilmiş geyvanın qanına batırmaq xüsusi olaraq qadağan edilmişdir.
[23] Təbəraninin əl-Mucəm əs-Səğir əsəri: 2/ 122/ ? 891. Beyhəqi: 8/ 324.


Tarix: 01.05.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 338 Bölmə: Maraqlı melumatlar