beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbn Teymiyyənin (A.r.e.) darul İslam və darul küfr haqda fətvası

İbn Teymiyyə (Allah ona rəhmət etsin!) hicrət mövzusunda darul İslamın darul küfrdən ayrılmasını gözəl şərh edərək buyurur:
"Artıq Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurmuşdur Məkkənin fəthindən sonra hicrət yoxdur, sadəcə cihad və niyət vardır. Döyüşə çağırıldığınız zaman döyüşə gedin. Həmçinin digər hədisdə isə buyurmuşdur ki, düşmənlə döyüş olduqca hicrətin ardı da kəsilməz. Bu hədislərin hər ikisi haqdır. Birinci hədisdə məqsəd onların başlarına gəlmiş hicrətdir. Yəni, Məkkədən və digər ərəb diyarlarından Mədinəyə hicrətdir. Bu hicrət Məkkənin və digər ərəb ölkələrinin darul küfr (küfr diyarı) və darul hərb (hərb diyarı) olduğu vaxtlarda vacib idi. Mədinə isə bu zamanlar iman diyarı idi. Belə halda imkanı olanlara küfr diyarından islam diyarına hicrət etmək vacib idi. Məkkə fəth olunub İslam diyarına çevriləndən və ərəblər Islama daxil olandan sonra isə bütün bu yerlər hamısı İslam diyarı oldu.

وقد قال لا هجرة بعد الفتح ولكن جهاد ونية وإذا إستنفرتم فإنفروا وقال لا تنقطع الهجرة ما قوتل العدو وكلاهما حق فالأول أراد به الهجرة المعهودة فى زمانه وهى الهجرة إلى المدينة من مكة وغيرها من أرض العرب فإن هذه الهجرة كانت مشروعة لما كانت مكة وغيرها دار كفر وحرب وكان الإيمان بالمدينة فكانت الهجرة من دار الكفر إلى دار الإسلام واجبه لمن قدر عليها فلما فتحت مكة وصارت دار الإسلام ودخلت العرب فى الإسلام صارت هذه الأرض كلها دار الإسلام فقال لا هجرة بعد الفتح وكون الأرض دار كفر ودار إيمان أو دار فاسقين ليست صفة لازمة لها بل هى صفة عارضة بحسب سكانها فكل أرض سكانها المؤمنون المتقون هى دار أولياء الله فى ذلك الوقت وكل أرض سكانها الكفار فهى دار كفر فى ذلك الوقت وكل أرض سكانها الفساق فهى دار فسوف فى ذلك الوقت فإن سكنها غير ما ذكرنا وتبدلت بغيرهم فهى دارهم وكذلك المسجد إذا تبدل بخمارة أو صار دار فسق أو دار ظلم أو كنيسة يشرك فيها بالله كان بحسب سكانه وكذلك دار الخمر والفسوق ونحوها إذا جعلت مسجدا يعبد الله فيه جل وعز كان بحسب وكذلك الرجل الصالح يصير فاسقا والكافر يصير مؤمنا أو المؤمن يصير كافرا أو نحو ذلك كل بحسب إنتقال الأحوال من حال إلى حال وقد قال تعالى وضرب الله مثلا قرية كانت آمنة مطمئنة الآية نزلت فى مكة لما كانت دار كفر وهى ما زالت فى نفسها خير ارض الله وأحب أرض الله إليه وإنما أراد سكانها فقد روى الترمذى مرفوعا أنه قال لمكة وهو واقف بالحزورة والله إنك لخير أرض الله وأحب أرض الله إلى الله ولولا أن قومى أخرجونى منك لما خرجت وفى رواية خير أرض الله وأحب أرض الله إلى فبين أنها أحب أرض الله إلى الله ورسوله وكان مقامه بالمدينة ومقام من معه من المؤمنين أفضل من مقامهم بمكة لأجل أنها دار هجرتهم ولهذا كان الرباط بالثغور أفضل من مجاورة مكة والمدينة كما ثبت فى الصحيح رباط يوم وليلة فى سبيل الله خير من صيام شهر وقيامه ومن مات مرابطا مات مجاهدا وجرى عليه عمله وأجرى رزقه من الجنة وأمن الفتان وفى السنن عن عثمان عن النبى أنه قال رباط يوم فى سبيل الله خير من ألف فيما سواه من المنازل وقال أبو هريرة لأن أرابط ليلة فى سبيل الله أحب إلى من أن أقوم ليلة القدر عند الحجر الأسود ولهذا كان أفضل الأرض فى حق كل إنسان أرض يكون فيها أطوع لله ورسوله وهذا يختلف بإختلاف الأحوال ولا تتعين أرض يكون مقام الإنسان فيها افضل وإنما يكون الأفضل فى حق كل إنسان بحسب التقوى والطاعة والخشوع والخضوع والحضور وقد كتب أبوالدرداء إلى سلمان هلم إلى الأرض المقدسة فكتب إليه سليمان أن الأرض لا تقدس احدا وإنما يقدس العبد عمله وكان النبى قد آخى بين سلمان وابى الدرداء وكان سلمان أفقه من أبىالدرداء فى أشياء من جملتها هذا وقد قال الله تعالى لموسى عليه السلام سأريكم دار الفاسقين وهى الدار التى كان بها أولئك العمالقة ثم صارت بعد هذا دار المؤمنين وهى الدار التى دل عليها القرآن من الأرض المقدسة وأرض مصر التى أورثها ال 6 له بنى إسرائيل فأحوال البلاد كأحوال العباد فيكون الرجل تارة مسلما وتارة كافرا وتارة مؤمنا وتارة منافقا وتارة برا تقيا وتارة فاسقا وتارة فاجرا شقيا وهكذا المساكن بحسب سكانها فهجرة الإنسان من مكان الكفر والمعاصى إلى مكان الإيمان والطاعة كتوبته وإنتقاله من الكفر المعصية إلى الإيمان والطاعة وهذا أمر باق إلى يوم القيامة والله تعالى قال والذين آمنوا وهاجروا وجاهدوا معكم فأولئك منكم قالت طائفة من السلف هذا يدخل فيه من آمن وهاجر وجاهد إلى يوم القيامة وهكذا قوله تعالى والذين هاجروا من بعد ما فتنوا ثم جاهدوا وصبروا إن ربك من بعدها لغفور رحيم يدخل فى معناها كل من فتنه الشيطان عن دينه أو أوقعه فى معصية ثم هجر السيئات وجاهد نفسه وغيرها من العدو وجاهد المنافقين بالأمر بالمعروف والنهى عن المنكر وغير ذلك وصبر على ما اصابه من قول أو فعل والله سبحانه وتعالى أعلم. (مجموع الفتاوى: 18: 281).
İbn Teymiyyə (Allah ona rəhmət etsin!) hicrət mövzusunda darul İslamın darul küfrdən ayrılmasını gözəl şərh edərək buyurur:
"Artıq Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurmuşdur Məkkənin fəthindən sonra hicrət yoxdur, sadəcə cihad və niyət vardır. Döyüşə çağırıldığınız zaman döyüşə gedin. Həmçinin digər hədisdə isə buyurmuşdur ki, düşmənlə döyüş olduqca hicrətin ardı da kəsilməz. Bu hədislərin hər ikisi haqdır. Birinci hədisdə məqsəd onların başlarına gəlmiş hicrətdir. Yəni, Məkkədən və digər ərəb diyarlarından Mədinəyə hicrətdir. Bu hicrət Məkkənin və digər ərəb ölkələrinin darul küfr (küfr diyarı) və darul hərb (hərb diyarı) olduğu vaxtlarda vacib idi. Mədinə isə bu zamanlar iman diyarı idi. Belə halda imkanı olanlara küfr diyarından islam diyarına hicrət etmək vacib idi. Məkkə fəth olunub İslam diyarına çevriləndən və ərəblər Islama daxil olandan sonra isə bütün bu yerlər hamısı İslam diyarı oldu. Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurmuşdur: "Məkkənin fəthindən sonra hicrət yoxdur". Bir ölkənin küfr, iman və ya fasiqlər diyarı olması həmin ölkə üçün daimi bir vəsf deyil əksinə bu vəsf orada yaşayanlara görə dəyişən bir vəsfdir. Əhalisi möminlər və müttəqilər olan ölkə həmin zamanda Allah dostlarının diyarı sayılır. Əhalisi kafirlər olan ölkə həmin zamanda dürul küfr sayılır. Əhalisi fasiqlər olan ölkə həmin vaxtda fasiqlər ölkəsidir. Bu yerlərin əhalisi necə olsa ölkə də onlara uyğun olacaqdır. Həmçinin məscid də belədir. Əgər məscid içki, fasiqlik, zalımlıq məkanına yaxud Allaha şərik qoşulan kilsəyə çevrilərsə onun camaatına görə ona qiymət verilir. Həmçinin içki və fasiqlik edilən yerlər də belədir. Əgər belə yerlər Allaha ibadət edilən məscidlərə çevrilərsə bu oranın camaatına görə olar. Həmçinin əməlisaleh bir adam fasiqə, mömin kafirə, kafir isə möminə çevrilə bilər və s. Bütün bunlar baş vermə və dəyişmədən asılıdır. Allah təalə buyurur: " Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı." (ən-Nəhl: 112). Bu ayə Məkkə darul küfr olan vaxt orada nazil olmuşdur. Amma Məkkə özü isə bu günə qədər Allahın ən xeyirli və sevimli diyarı olaraq qalır. Allah təalə bu ayədə Məkkə əhalisini nəzərdə tuturdu. Tirmizi (Allah ona rəhmət etsin!) bir hədisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) Həzurə adlı yerdə dayanıb Məkkə haqda belə buyurduğunu rəvayət etmişdir: "Allaha and olsun ki, sən Allahın ən xeyirli və ən sevimli diyarısan. Əgər tayfam məni buradan çıxarmasaydılar mən buradan çıxmazdım". Digər rəvayətdə isə deyilir: "Sən mənim üçün Allahın ən sevimli və xeyirli diyarısan". Bununla o bildirdi ki, Məkkə Allaha və rəsuluna ən sevimli diyardır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) və onunla olan möminlərin Mədinədə qalmaları Məkkədə qalmalarından daha xeyirli olması, Mədinənin hicrət məkanı olmasına görə idi. Ona görə səngərlərdə səfərbərlikdə olmaq Məkkə və Mədinədə yaşamaqdan daha xeyirlidir. Necə ki, səhih hədislərdə deyilmişdir: "Allah yolunda bir gün bir gecə səngərdə səfərbər olmaq bir aylıq oruc və ibadətdən daha xeyirlidir. Kim səfərbərlikdə olaraq ölərsə mücahid kimi ölər, əməli onu ötər, cənnətdən ruzilənər və fəttandan əmin olar". Sünən kitablarında Osman (Allah ondan razı olsun!) Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) belə buyurduğunu rəvayət edir: "Allah yolunda səngərdə səfərbərlikdə olmaq, digər min məkandan daha savablıdır". Əbu Hureyrə (Allah ondan razı olsun!) buyurur: "Mənim üçün Allah yolunda bir gecə səfərbər olmaq qara daşın yanında qədr gecəsini ibadət etməkdən daha xoşdur". Ona görə hər bir insan üçün ən yaxşı diyar onun həmin yerdə Allaha və rəsuluna daha yaxşı müti olan məkanıdır. Bu insanlara görə dəyişikdir. Insanın tam rahat olması üçün ümumi bir məkan yoxdur və hər insan özünə rahat olan yeri təqvasına, itaətinə, xüşusuna görə seçir. Əbu Dərda (Allah ondan razı olsun!) Salman əl-Farisiyə (Allah ondan razı olsun!) məktubunda deyir: "Müqəddəs yerə gəl!" Salman (Allah ondan razı olsun!) da ona cavabında yazır ki: "Həqiqətən məkan heç kəsi müqəddəs etmir. İnsanı öz əməli müqəddəs edir". Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) Salmdan ilə Əbu Dərdanı (Allah onlardan razı olsun!) qardaş etmişdi. Və Salman (Allah ondan razı olsun!) Əbu Dərdadan (Allah ondan razı olsun!) bir çox məsələlərdə daha anlayışlı idi və onlardan biri də bu məsələdir. Allah təalə Musaya (Aleyhis Salam) buyurmuşdur: "Sizə fasiqlərin yurdunu göstərəcəyəm!..." (əl-Əraf: 145). Bu yer Əmaliqələrin yaşadıqları (Misir torpaqları) sonradan mömin diyarı olan yerdir. Bu diyara Qurani Kərim Israil oğullarının sığınacaq tapdıqları Misir və Qüds torpaqları kimi işarə etmişdir. Ölkələrin vəziyyəti də bəndələrin vəziyyəti kimidir. Bir adam bəzən kafir bəzən isə mömin, bəzən mömin bəzən münafiq, bəzən münafiq bəzən imanlı, bəzən fasiq bəzən isə bədbəxt olur. Həmçinin yaşayış yerləri də sakinlərinə görə belədir. Insanın küfr və günah edilən yerlərdən iman və itaət olunan yerlərə hicrət etməsi (köçməsi) onun küfr və günahlardan tövbə edib imana və itaətə gəlməsi kimidir. Bu ta qiyamət gününə qədər davam edəcək bir işdir. Allah təalə buyurur: " Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər..." (əl-Ənfal: 75). Sələfilərdən bir qrup alim demişdir ki, buraya qiyamətə qədər iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər daxildir. Həmçinin: " Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!" (ən-Nəhl: 110).
Bu mənaya, şaytan tərəfindən dinindən azdırılmış, günaha batmış, lakin sonradan günahlardan uzaqlaşmış, nəfsi ilə cihad etmiş, həmçinin münafiq düşmənlərə yaxşılığı əmr edən və pisliklərdən çəkindirən və s. belə yaxşı əməllər edib başına gələn söz və işlərə səbr edən adam da daxildir. Allah daha yaxşı biləndir!. (Məcmuul Fətava: 18: 281).
Həmçinin bu ünvanlara da müraciət edə bilərsiniz: Fətava əl-Kubra cild 2, səh 444. Məcmuul Fətava cild 27, səh 143. Darul İslamın əlamətlərindən həmçinin İslam əhkamlarının yəni, cümə namazı, camaat namazları, bayram namazları və s.-nin rahat yerinə yetirilməsidir.
قيل الصلاة في محل الكفر بمنزلة فتح دار الكفر و جعلها دار إسلام و بمنزلة صلاة المسلمين في دار الحرب وقد أمر النبي صلى الله عليه وسلم ثقيفا أن يتخذوا مسجدهم موضع بيت اللات بعد هدم اللات وكانوا
(الرد على البكري: 2:570)

"Alimlər deyirlər ki, küfrün namazla əvəzlənməsi küfr diyarının fəthi və həmin yerin İslam diyarı olması və müsəlmanların döyüş ölkəsində namaz qılması deməkdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) Səqif qəbiləsinə Lat adlı bütün evini, latı sökdükdən sonra, məscid etsinlər". (əl-Rədd Aləl Bəkri: cild 2, səh 570).
Bu isə o deməkdir ki, namazın açıq-aşkar camaat şəklində qılınması həmin ölkənin və diyarın artıq müəyyən qədər İslam diyarı olmasıdır.
Bunun üçün İbn Qeyyimin (Allah ona rəhmət etsin!) Əhkamu Əhliz Zimmə 1, 266. Həmçinin İbn Muflihin Ədabuş Şəriət 1, 213-ə, Sərxinin Əl-Məbsut kitabı 10, 144-ə, Şovkaninin Seylul Cərrar 4, 575 və s. mənbələrə baxa bilərsiniz.
R.MURADLI.


Tarix: 18.04.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 334 Bölmə: Maraqlı melumatlar