beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümqabağı An (MÖMİNLƏRİN ÖZ RƏBBİ İLƏ GÖRÜŞMƏYİNDƏN DOĞAN SEVİNCİ)

Allah-Təala buyurub: "Şübhəsiz kl: "Rəbbiniz Allahdır!" - deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhm edən Allahdan ruzi (ziyafət) olaraq!" ("Fussüət", 30-32).

Bu müqəddəs ayələrdə Rəbbimiz möminlərə şad xəbər verib ki, mələklər onların yanına ölüm zamanı, qəbirdə olarkən və Qiyamət günü gəlecəklər.Onlar möminləri təhlükəsizlik və sakitlik kölgəsi ilə örtəcək və onlaraha hiss etdirəcəklər ki, gələcək böyük hadiselərdən qorxmaq onlar üçün deyil və onlar fani dünyada öz övladlarını, ailələrini və var-dövlətlərini qoyduqları üçün kədərlənməsinlər, axı Allah hər şeyin əvəzini artıqlaması ilə verəcək. Mələklər onları sevindirəcəklər ki, Allahın rəhmi ilə onlar pislikdən qurtuldular və böyük səadət əldə etdilər.
Bu səadət ondan ibarətdir ki, Allah-Təala onları qorxudan elə himayə edecək ki, Qiyamət gününün bütün dərdləri və sarsıntıları onlara ləzzət və istirahəti xatırladacaq. Mələklər həmçinin möminlərə ölüm vaxtı bildirəcəklər ki, bu həyatda onların yol yoldaşı olublar və Rəbbin istəyi ilə onlara kömək edib və qoruyublar. Onlar bildirəcəklər ki, gələcək həyatda onları müşayiət edecəklər: qəbirdə və dirİldikdə və ayıldıqda onlan qoruyacaq, cəhənnəm dağ silsiləsindən keçən körpünü adlamağa kömək edəcək və cənnətin səadət bağlarına aparacaqlar.
Fani dünyadan ayrıldıqları ən əzablı anda mələklər möminlərə şad xebər verəcək ki, onların gözlərinə ləzzət və istədikləri hər şeyi tapacaqları cənnət iqamətgahları olacaq. bütün bunlar səxavətli Allahın qonaq ziyafətidir. Çünki O, onların günahlarını bağışlayıb, eyiblərinİ örtüb və yazığı gəlib. "Ey Allah, bizi öz rəhmətindən və bu sonsuz səadətdən məhrum etmə!".
Aişə (r.ə.) deyirdi ki, Allahın elçisi (s.a.v.) deyib: "Allah onunla görüşməyi arzu edənlərlə görüşmək istəyir və Onunla görüşmək istəməyənlərlə görüşməyi sevmi". Aişə soruşdu: "Ey Allahın Peyğəmbəri, bəs bizim ölümlə ədavətimiz, axı o heç kəsin xoşuna gəlmİr?" O, cavab verdi: "Bu o deyil. Möminə Allahın rəhmi, bolluğu və cənnəti haqda xəbər verildikdə o, Allahla görüşmək İstəyir, buna görə də Allah da onunla görüşməyi arzu edir. Kafırə Allahın qəzəbi və cəzası barədə xəbər verildikdə o, Qnunla görüşünü istəmir və bunun üçün də Allahm da onumla görüşməyi istəmir.

Xalid ibn Əbdürrəhman aş-Şayi Sultan ibn Fahd ar-Raşid


Tarix: 17.04.2013 / 15:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar