beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YAXŞI İŞLƏRİ ƏMR ETDİYİ HALDA ƏMƏL ETMƏMƏK, PİS İŞLƏRDƏN ÇƏKİNDİRDİYİ HALDA ÇƏKİNMƏMƏK

Usəmə bin Zeyddən (Allah ondan razı olsun!) rəvayət olunur ki, peyğəmbər (s) buyurur: “Qiyamət günü bir kişi gətiriləcək və oda atılacaq. Od əhli onun başının üstünə yığışacaq və ona deyəcəklər: Ey fılankəs, sən nə etmisən ki, bura düşmüsən? Sən deyilmiydin ki, bizə yaxşılıqları əmr edib, pisliklərdən çəkindirən? Deyəcək: Mən sizə yaxşılığı əmr edirdim, amma özüm əməl etmirdim. Pisliklərdən çəkindirirdim, amma özüm onları edirdim”. (Buxari 4/90 Müslim 4/2290 Bax; “əl-Lulu val Mərcan” 3/325)

Burada hədisin mənası o demək deyil ki, insan yalnız kamil səviyyəyə çatdıqdan sonra, yaxşı işləri əmr edib pis işlərdən çəkindirməlidir. Müsəlmanın üzərinə düçən iki vacib əməl var. Birincisi, yaxşı işləri özünə əmr etməli və nəfsini pis işlərdən çəkindirməlidir. Edilməsini vacib bildiyi əməlləri yerinə yetirməlidir. Ikincisi isə başqalarını bildiyi şeylər barəsində yaxşı işlərə çağırmalı, pis işlərdən çəkindirməlidir. Əgər insan xalis niyyət olmaq şərti ilə bu iki vacib əməldən birini yerinə yetirib, digərini tərk etsə, yerinə yetirdiyi qalar, tərk etdiyi ilə isə mühakimə olunar. Allah ən gözəl biləndir.


Tarix: 17.04.2013 / 12:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar