beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cadugər ər ilə arvadı bir-birindən ayıra bilərmi?

Cadugər ər ilə arvadı bir-birindən ayıra bilərmi?
Sual: Mənim sualım budur ki, başqa insanların həyatda işlərinin uğursuzluq ilə nəticələnməsi üçün kiminsə buda hər hansı bir təsir payı var. Ərəb dilində biz buna “hücub” deyirik. Bilmirəm sualım sizə nə dərəcədə aydın oldu. Sizə bir misal verim. Mənə deyiblər ki, bəzi insanlar digərlərini sevmir, odur ki, xüsusi insanların yanına gedirlər və onlardan xahiş edirlər ki, cinin yardımı ilə bir şey etsinlər və yaxud hər hansı bir yol ilə bir şey etsinlər ki, həmin insan bədbəxt olsun, bəxti gətirməsin və s. Mən doğrusu bilmirəm bu cür şeylər əslində var yoxsa boş şeydir. Cavabınızı gözləyirəm

Cavab:

Həmd Allaha məxsusdur.

Əhli Sünnə alimlərinin cümhuruna (əksəriyyətin rəyi) görə doğru rəy budur ki, sehr, cadu həqiqətdir və Allahın izni və qədəri ilə hədəf götürülən şəxsin bədəninə təsir edə və hətta onu öldürə bilər.

İmam əl-Qurafi demişdir: “Cadu həqiqətdir və cadunun hədəf alındığı şəxs ölə bilər və yaxud onun hal əhvalı dəyişə bilər...Bu həmçinin Şafei və İbn Hənbəlin rəyidir...” (əl-Furuq, 4/149)

Mötəzilə və Qədəriyyə təriqətləri bu həqiqətlə razılaşmırlar...lakin onların razılaşmaması heç bir önəm daşımır. Əl-Qurafi və digərləri qeyd edirlər ki, cadunu inkar edənlər peyda olmazdan öncə Səhabələr artıq cadunun gerçək olduğu barədə ittifaq etmişdirlər.

Əhli Sünnənin cadunun gerçək olduğunu dəstəkləyən dəlilləri:

“Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: 'Biz ancaq bir sınağıq, sən gəl kafir olma!'– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!” [əl-Bəqərə 2:102]

Bu ayə açıq-aydın şəkildə verilən suala cavab verir. Yəni, cadu gerçəkdir və cadugər ər ilə arvadın bir-birindən ayrılmasına səbəb ola bilər, eləcə də öz cadusu ilə insanlara zərər yetirə bilər-Allahın izni olmadan heç bir şey edə bilməz.

“düyünlərə üfürən cadugər qadınların şərindən” [əl-Fələq 113:4]

“Düyünlərə üfürən cadugər qadınların şərindən”. Bu ayədə cadugər və yaxud sehr ilə məşğul olan qadınlardan bəhs edilir. Onlar cadu etmək üçün ipləri bir-birinə bağlayaraq, düyünləyərək bunlara üfləyirlər. Cadu-piti, sehr gerçək olmasa idi, Allah Təala bizə cadudan, sehrdən Allaha sığınmağı əmr etməzdi.

Məsələnin həqiqətinə dair əlavə sübut-dəlili Ləbid ibn əl-Ə`sam adlı yəhudinin Peyğəmbərə qarşı etdiyi caduda görmək olar. Bu Buxari və Müslimin rəvayət etdiyi səhih bir hədisdir.

Əlavə dəlili yenə də bir çox insanların başına gələn real həyat təcrübəsində müşahidə etmək olar ki, bu da gözardı edilə bilməz.

İbn əl-Qeyyim demişdir: İnsanı xəstələndirən və yaxud depressiyaya salan və ya sevdirən və yaxud nifrət etdirməyə səbəb olan cadu gerçəkdir və hər kəsə yaxşı məlumdur. İnsanların bir çoxu cadunun onlara nə edəcəyini təcrübədə görüblər. (Təfsir əl-Qeyyim, səh.571)

İbn Qüdamə demişdir: “İnsanlar arasında yaxşı bilinən bir gerçəkdir ki, evli olduğu halda kişi cadu ilə arvadından ayrıla bilər, ailəsi ilə cinsi yaxınlıq etməyə qadir olmaya bilər, lakin cadu zərərsizləşdirildikdə bundan sonra ailəsi ilə yaxınlıq edə bilir. Bu məsələ o qədər geniş yayılmışdır ki, heç kəs bunu təkzib edə bilməz. Cadu barədə o qədər rəvayətlər var ki, bu qədər insanın cadunun yalan olduğunu irəli sürməsi dərkedilməzdir. [əl-Muğni, 8/151]

Cadupitidən qorunmağın bir çox yolları var:

Cadudan qorunmağın ən yaxşı yolu Allahdan təqva etməkdir (Allahdan qorxmaq, Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək), Onun əmrlərinə itaət etmək, Ona təvəkkül etmək, Allaha sığınmaq və hər sabah yeddi ədəd xurma yemək. Bütün bunlar səhih hədislərdə xəbər verilir.

Cadunun təsirlərini sovuşdurmağın bir çox yolları var, o cümlədən:

Rüyqa (Quran və Sünnədə bu məqsədlə buyurulan dualar). Rüqyanın ən üstünü Quranda buyurulan dualar, sonra isə səhih hədislərdə xəbər verilən dualardır.

Cadu məqsədi ilə istifadə olunan əşyaları taparaq zərərsizləşdirmək üçün şəriətdə buyurulan müvafiq tədbirlər görmək.

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: Bu xəstəliyin müalicəsinə dair Sünnətdə iki müalicə üsulu barədə rəvayət olunur:

Birinci müalicə üsulu-və bu ən yaxşısıdır-cadu üçün istifadə olunan əşyanı tapıb zərərsizləşdirməkdir. Belə ki, səhih bir hədisdə rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Rəbbindən bu barədə soruşdu və Allah Təala onu bir quyuya tərəf yönəltdi, quyuda daraq, Peyğəmbər saçını darayarkən tökülən bir az saç tapıldı…Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bunları quyudan uzaqlaşdırdı və özünü yaxşı hiss etməyə başladı, sanki bir xəstəlikdən şəfa tapmışdı. Bu problemin həllində ən yaxşı müalicə üsulu budur və bədəndən zərərli bir şeyi ixrac etmək kimidir.

Qan aldırmaq, özünü bilərəkdən qusdurmaq və cərrahiyyə əməliyyatı

İbn əl-Qeyyim yuxarıdakı sözlərinə davam edərək deyir: “Cadunun müalicəsində ikinci növ, cadunun təsirinə məruz qalan hissənin götürülməsidir. Çünki, cadunun insanın təbiətinə və bədənin əhvalına təsiri var, hal-əhvala təsir edir. Əgər bədənin hər hansı bir hissəsində cadunun təsiri sezilərsə və həmin zərərli maddəni çıxarmaq mümkündürsə, bu çox faydalı olacaqdır.” Zəad əl-Məad, 4/124, 125

Ən doğrusunu Allah bilir.


Tarix: 11.04.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 447 Bölmə: Maraqlı melumatlar