beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmiyyətləri zina bəlasından necə xilas etmək olar?

Gənclərimizi və cəmiyyətlərimizi bu biabırçılıq, günahdan qorumaq üçün, xalqlar, millətlər və cəmiyyətlər tərəfindən müxtəlif cəbhələrdə birgə səylərin ortaya qoyulması mühümdür. Bu fərdi deyil, ümumi bir cavabdehlikdir. Ümumi, birgə səyləri ortaya qoymadan, zina və onun fəsadlarına qarşı cəmiyyəti qorumaq üçün addımlar atmadan cəmiyyətin dirçəlişinə, rifahına nail olmaq mümkün deyil. Bu addımlara aşağıdakılar daxildir:

1. Zina günahının ciddiliyi, şiddətli olması barədə maarifləndirmə işi aparmaq. Həmçinin bildirmək lazımdır ki, zina böyük günahlardandır. Sağlam düşüncə və şəriət bunun iyrənc və haram olduğunu qəbul edir. O cümlədən, başa salmaq lazımdır ki, zina millətlərin çökməsinə, tənəzzülünə, həlakına səbəbdir və bu dünyada fəlakət, bəla gətirir. Axirətdə isə bunun cəzası cəhənnəmdir.
İmam Əhməd demişdir: “Qətldən sonra, zinadan pis bir şey yoxdur. ” (Ğadha əl-Əlbəb (2/435)
Allah təala buyurur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl (həddi aşan istənilən bir şey: böyük günah) və (Allah bağışlamazsa insanı cəhənnmə sürükləyən) murdar bir yoldur!” (əl-İsra 17:32)
Şeyx Abdurrəhman əl-Sadi “Təfsir (1/457)” əsərində demişdir:
Allah zinanı və zinadan doğan fəsadları “FAAHİŞƏ (yəni, həddi aşan hər bir şey: böyük günah)”, şəriətə və sağlam düşüncəyə, sağlam insan fitrətinə görəiyrənc olan bir günah adlandırır. Çünki bu Allahın haqqlarına, qadının haqqlarına, onun ailəsinin haqqlarına və onun ərinin haqqlarına qarşı həddi aşmaqdır. Bu əxlaqsızlığı yaymaq, nəsilləri və digər pis əməlləri, şərləri, fəsadları qarışdırmaqdır.
“Murdar bir yoldur” kəlilməsinin mənası budur ki, bu böyük günahı işləməyə cürət edən üçün bu münkər, iyrənc bir yoldur, vasitədir. Sitatın sonu.

2. Bu münkər əməlin yayılmasından meydana gələn münkər, pis aqibət, fəsadlar barəsində gəncləri xəbərdar etmək vacibdir. Çünki bütün bunlar ailələrin və cəmiyyətlərin əmin-amanlığını, sabitliyini təhlükə ilə üz-üzə qoyur. Belə ki, öldürücü xəstəliklərin, nikahdan kənar (zinadan doğulmuş) doğulan uşaqların çoxalmasına, ailələrin parçalanmasına, uşaqların lazımınca tərbiyə olunmamasına və pis tərbiyə altında böyüməsinə, boşanmaların sayının artmasına, cinayətlərin və digər fəsadların artmasına səbəb olur. Bunun icazəli olduğu, zinanın ən pis şəkli ilə geniş yayıldığı cəmiyyətlərdə bu təsir daha qabarıq şəkildə özünü göstərir, hiss etdirir. Nəticədə həmin cəmiyyətlərin parçalanması və mədəniyyətlərin çökməsinə gətirib çıxarır.

3. Cinsi əlaqələrdə şəriətin qoyduğu yolları asanlaşdırmağa çalışmaq. Bu isə halal evliliklə həyata keçir. Evliliyə təşviq etmək və bunun şəriət tərəfindən təşviq olunduğunu gənclərə bildirmək, peyğəmbərlərin yolu olduğunu başa salmaq və evlənən kəsin artıq dinin yarısını tamamladığını, özünü və həyat yoldaşının namusunu qoruduğu üçün mükafatlandırılacaqlarını bildirmək bu yollardan biridir.

4. Bu məsələdə cəmiyyətin üzərinə düşən vəzifələrdən biri evlilik qarşısında olan maneələri aradan qaldırmağa çalışmaqdır. Evlilik üçün maneə olan kasıbçılıq məsələsi həll olunmalı və özlərinin namusunu qorumaq üçün kifayət qədər imkanı olmayan gəncləri maddi vasitələrlə təmin etmək lazımdır.
Qurtubi: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!” [ən-Nur 24:32] ayəsinin şərhində demişdir: “Aranızda zövcəsi olmayan kəsləri evləndirin, çünki bu namuslu, iffətli olmağa nail olmaq üçün yoldur.”
Sitatın sonu. (12/239)
Əbu Ubeyd əl-Qasim ibn Salamın “əl-Əmval (251)” kitabında deyilir:
“Ömər ibn Abduləziz, özünün İraqdakı valisinə yazdığı məktubunda belə deyir: “Mal-dövləti olmayan hər bir subayı axtarıb tapın və evlənmək istəyərsə onun evliliyini təşkil edin və ona sədəqə verin. ”

5. Bu mühüm məsələdə cəmiyyətlərin və valideynlərin üzərinə düşən ən mühüm vəzifə budur ki, onlar mehr (başlıq pulu) məsələsində ifrata varmamalı və yaxud evlilik xərclərində özlərini nümayiş etdirərək və ya qarşı tərəfdən (oğlan tərəfindən) mal-dövlət əldə etməyə çalışaraq həddini aşmamalarıdırlar.
Ömər ibn Xattab minbərdən bir dəfə minbərdən xütbə verərkən demişdir:
“Qadınlara mehirdə həddinizi aşmayın, çünki bu dünyada bu şərəf və ləyaqət və Allah qarşısında təqvalı olma əlaməti olsaydı, o zaman Muhəmməd sallallahu aleyhi və səlləm bu məsələdə sizi qabaqlamış olardı. Lakin, o nə öz zövcələrinə, nə də onun qızlarına iyirmi “uqiyədən” artıq mehr verilməmişdir.
Əbu Davud (2106); Şeyx Albani “Səhih Əbu Davud”da hədisi səhih olaraq təsnif etmişdir.
Ağıl və düşüncə sahibi insanlar bunu da inkar etmirlər ki, qızlarını ərə verərkən mehir məsələsində valideynlərin həddini aşması cəmiyyətlərin korlanması və əxlaqsızlığın yayılmasının səbəblərindən biridir.
Vil Durant, bəzi qərb cəmiyyətlərində tarixin müəyyən dövrlərində əxlaqsızlığın yayılmasından bəhs edərək “Məbahic əl-Fəlsəfə” (Fəlsəfənin Ləzzətləri 127-128) adlı kitabında demişdir:
“Şübhəsiz ki, bu (əxlaqsızlıq) müəyyən dərəcədə, atalarının öz qızları üçün təyin etdiyi yüksək mehir tələbatından irəli gəlməkdədir. Sözügedən atalar sözün əsl mənasında evliliyin “alınıb-satılan mal” olduğu bir dövrdə qızlarının iffəti üçün qiymət təyin etmişdilər. Sitatın sonu.

6. Cəmiyyətlərdə zina münkərini dəf etmək üçün ən mühüm vasitələrdən biri cütlər arasında sevgi mühitinin yayılması, məhəbbət, ülfət, hörmət, səmimiyyət, sədaqət, haqq və vəzifələri yerinə yetirməklə ailələrin xoşbəxt olmasına çalışmaqdır. Çünki, xoşbəxt ailələr və bir-birini sevən cütlər cəmiyyəti azmaqdan və xəyali səadət axtarmaq məqsədilə əxlaqsız yollara düşməsinin qarşısını alan qoruyucu vasitədir.
Sonda bildirmək istəyirik ki, Allah Sübhənahu və Təala ilə rabitə quran möhkəm, dayanıqlı, mətanətli və dindar bir mühitin, abu-havanın yaradılması mühümdür. Belə bir cəmiyyətə açıq-saçıqlıq və hicabsızlıq yaddır. Bu cür cəmiyyətdə övrətlər örtülüdür, içki və musiqi, zinanın səsləyiciləri qadağandır. Çünki bu sadalananlar əxlaqsızlığın alovlanması üçün yanacaq rolunu oynayır. Beləliklə, cəmiyyət özünü bunlardan xilas edərsə, həmin alovdan əmin aman, salamat qalacaqdır.
Ən doğrusunu Allah bilir.


Tarix: 11.04.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Maraqlı melumatlar