Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Microsoft əsas hədəflərini açıqladı
Microsoft əsas hədəflərini açıqladı

Microsoftun baş direktoru Satya Nadella Build 2015 tərtibatçılar konfransının açılışında şirkətin üç əsas hədəfini açıqlayıb.

Biz ağıllı bulud xidməti yaratmaq istəyirik – top-menecer deyib. Bundan başqa, Satya Nadella şirkətin prioritetləri arasında məhsuldar iş proseslərinin köklü dəyişikliyi və kompüterlə daha fərdiləşdirilmiş qarşılıqlı əlaqəni qeyd edib.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, Microsoft korporasiyasının direktoru xatırladıb ki, şirkət 40 il əvvəl Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib.

Bu 40 ildə çox dəyişiklik olub. Dəyişməz odur ki, biz, hər şeydən əvvəl, tərtibatçılar üçün və platformalar hazırlayan şirkətik. Biz sizin yaratdığınız proqramlardan ilham almaq istəyirik – Nadella vurğulayıb.


Tarix: 04.05.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqlı Melumatlar
loading...