beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar, kişini çox əzizləməyin
Xanımlar, kişini çox əzizləməyin

Son dərəcə adi bir şey kimi görünsə də, bir araya yığdıqda münasibəti bitirən o qədər vərdişlərimiz var ki! Sonradan “Heç bir şey anlamadım, məni niyə tərk etdi?” deməmək üçün diqqətli olmalısız.
ABŞ-da aparılan bir araşdırmada qadın və kişi münasibətlərində tərəfləri narahat edən davranışlar müəyyən olunub. Münasibətlərdə tərəflərdən birinin zəif cəhətləri qarşı tərəfdə zamanla qıcığa, sonda isə münasibətin bitməsinə səbəb olur.
Beyaz.Az lent.az-a istinadən kişi və qadınları narahat edən halları təqdim edir.

Kişiləri narahat edən hallar:

Qadının adamların arasında çox sevgi ifadə edən kəlmələr istifadə etməsi
Səyahətə çoxlu çemodanla çıxması
Qadının kişini çox sahiblənməsi
Biqudi, qıvrım saç düzəltmə alətlərinin çox vacib əşyalar sayılması
Həmişə çox sevildiyini və gözəl olduğunu eşitmək istəməsi
Saatlarla bazarlıq etməsi

Qadınları narahat edən hallar:

Kişini gəyirməsi, burun qurdalaması və qaz çıxarması
Nəm dəsmalları yerə atması
Danışarkən “e-mail”lərini oxuması
Bitən tualet kağızının yerinə yenisini qoymaması
Lazımsız yerə sərxoşluq
Qorxu filmi izləyərkən qorxması.


Tarix: 04.05.2015 / 10:40 Müəllif: Aziza Baxılıb: 298 Bölmə: Maraqlı Melumatlar