Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoruyucular

Bu gün təbiətdəki məmulatların və ya canlıların quruluşunu tədqiq edib elmi işlərində bunlardan nümunə götürən bir çox elm adamı var. Təbiətdəki məmulatların möhkəmliyi, yüngüllüyü, elastikliyi və kimyəvi xüsusiyyətləri elm adamlarının bu məmulatların quruluşunu təqlid etməsinə səbəb olur. Gündəlik həyatda qarşılaşdığımız bir çox məmulat və canlıların müxtəlif xüsusiyyətləri elm adamlarının diqqətini çəkir və bu məmulatları təqlid etməyə çalışırlar.

Hərəkət edərkən ağrı hiss etməmizin qarşısını alan yağlama sistemi
Daima hərəkətdə olan bəzi sümüklərimizin hərəkətsiz bölgələrdəki sümüklərlə müqayisədə fərqli dəstək sisteminə ehtiyacı var. Buna misal olaraq oynaqlarımızı göstərə bilərik. Onurğa sütunumuzu təşkil edən fəqərələr, ayaqlarımızdakı və əllərimizdəki oynaqlar biz hərəkət etdikdə bir-birlərinin üstündə fırlanırlar. Daima hərəkət etdiklərinə görə dəstək sistemlərə ehtiyac var.

Məsələn, bir mexaniki alət işləyərkən hərəkətli hissələrin bir-birlərinə təmas nöqtələrində sürtünmə və aşınma baş verir. Bunun qarşısını almaq üçün adi qapı cəftəsindən üstün texnologiyaya malik avtomobil motoruna qədər hər hərəkətli mexaniki sistemdə yağlamaya ehtiyac var. Lakin yağlama aşınmanın qarşısını tamamilə almır, sadəcə bu prosesi gecikdirir.

İnsanların və heyvanların oynaq yerləri ömür boyu hərəkət etdikləri halda, baxıma və yağlanmaya ehtiyac olmur. Oynaqların sürtünən səthi deşikli nazik qığırdaq təbəqəsi ilə örtülüdür və altında sıx maye yerləşir. Sümük oynağın bir yerinə təzyiq göstərdikdə bu maye deşiklərdən çıxıb oynağın səthinin yağ kimi sürüşkən olmasını təmin edir. Göründüyü kimi, insanın hərəkət etməsi üçün hər cəhətdən mükəmməl dizayn mövcuddur.

Çox təsirli dezinfeksiya edici: göz yaşı
Bir çox insanın ancaq ağladıqda axan duzlu su hesab etdiyi göz yaşı, əslində, çox xüsusi mayedir. Başlıca funksiyası gözü mikroblardan qorumaqdır. Tərkibindəki lizozim fermenti bir çox bakteriya növünü parçalayır və mikrobları öldürür. Lizozim sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiya edici maddələrdən daha təsirlidir. Bəs bu qədər güclü dezinfeksiya edici maddə necə olur ki, göz kimi həssas orqana heç zərər vermir və əksinə, onu mükəmməl qoruyur? Bu, Allahın üstün yaratma sənətidir. Göz yaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılıb. Yaradılışdakı möhtəşəm uyğunluq eyni şəkildə göz və göz yaşına da aiddir.

Gözdə yağlama sistemi də var. Bu sistem gündə təqribən 100.000 dəfə dörd müxtəlif istiqamətə çevrilən gözün aşınmasının qarşısını alır.

Qoruyucu təbəqə
Səthləri örtmək kirdən və aşınmadan qorumaq baxımından çox vacibdir. Xüsusilə də yumşaq taxtaların içinə girərək onları çürüdən su sızmalarına qarşı bu tədbir lazımdır. İnsanların gündəlik həyatda istifadə etdiyi bir çox qoruyucu məmulat, əslində, təbiətdə canlılar tərəfindən istifadə olunur. Taxta örtük bunlardan biridir. Həşəratların bədənini örtən xitin təbəqəsi taxta səthlərin örtülməsinə nümunə olmuş məmulatlardan biridir. Xitin çox yüngül və nazik, skelet funksiyası yerinə yetirəcək qədər möhkəm və elastikdir. Üzərindəki xüsusi örtük maddəsinə görə su keçirmir. Bədənin içindəki mayeləri də xaricə buraxmır.

Bataqlığın içində mükəmməl təmizlik
Lotus bitkisi (ağ su zanbağı) palçıqlı, kirli mühitdə yetişir, ancaq yarpaqları həmişə təmiz olur. Çünki bitki üzərinə ən kiçik toz zərrəciyi düşdükdə dərhal yarpaqlarını silkələyir və toz zərrəciklərini müəyyən hissələrə itələyir. Yarpağa düşən yağış damcıları da bu hissələrə istiqamətləndirilir və beləliklə, buradakı tozları süpürərək yuyub aparır.

Lotus bitkisinin bu xüsusiyyəti yeni bina səthi dizaynı üçün tədqiqatçılara istiqamət vermişdir. Tədqiqatçılar lotusun yarpağı kimi yağış suyu vasitəsilə üstündəki kiri təmizləyən bina səthləri dizayn etməyə başlayırlar. Tədqiqatlar nəticəsində “ISPO” adlı bir alman şirkəti Lotusan adlanan örtük maddəsi istehsal etmişdir. Asiya və Avropada bazara çıxarılan bu məhsula yuyucu vasitəyə ehtiyac olmadan 5 il öz-özünü təmizləyəcəyi zəmanəti verilmişdir. Silikon əsaslı xarici səth boyası olan Lotusanda Lotus bitkisinin və bu bitkinin təmizləmə sistemi eynilə təqlid edilmişdir. Bu sistemə əsasən, səthdə 5-10 mikrometr (millimetrin mində biri) qalınlığında və bir-birindən 10-15 mikrometr məsafədə çox kiçik qabarıqlar yerləşir. Beləcə, 0.1 mikrometr genişlikdə simlərdən ibarət kələ-kötür səth meydana gəlir. Kənardan baxdıqda düz görünən, əslində isə mum ilə örtülü olan kələ-kötür səth forması su damcılarının səthlə tam təmas etməsinin qarşısını alır və su damcılarının aşağıya axmasını təmin edir.

Təbiətdəki bir çox canlı öz səthini qoruyan müxtəlif xüsusiyyətlərə malikdir. Şübhəsiz ki, nə Lotus bitkisinin səth quruluşu, nə həşəratlardakı xitin təbəqəsi, nə göz yaşı, nə də oynaqlarımızdakı aşınmanın qarşısını alaraq rahat hərəkət etməyimizi təmin edən maye öz-özünə əmələ gəlib. Onları bütün xüsusiyyətləri ilə birlikdə qüsursuz dizaynla yaradan sonsuz elm sahibi olan Allahdır.



O, (hər şeyi) yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)


Tarix: 26.11.2014 / 14:35 Müəllif: Aziza Baxılıb: 210 Bölmə: Maraqlı Melumatlar
loading...