beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Notbukumuzu necə qorumalı

Notbuku sərt zəminlərdə istifadə edin: Kompüterinizdə hava axışının maneə törədilməsi, yanmasına səbəb ola bilər. Bu səbəblə notbukunuzu stol kimi sərt zəminlərdə istifadə edin. Hava axınını maneə törədəcək zəminlərə qoymayın

Kompüterinizi etibarlı yerlərdə saxlayın: Notbuk çantaları, notbukunuzu daşıya biləcəyiniz ən etibarlı yerdir. Amma yenə də hərdənbir öz çantanıza qoyursunuzsa böyük bir risklə qarşı-qarşıya qala bilərsiniz. Kompüteri bağlamadan çantanıza qoymanız kompüterinizi yandıra bilər

Notbukunuzun başında yeyib içməyin: Qəzayla tökülməsi, Notbukunuzun xarab olmasına gətirib çıxarar. Buna görə yeməkləri içkiləri mümkün olduqca notbukdan kənarda tutun.

Kompüterinizi bir yerdən bir yerə daşıyarkən söndürün: Notbukunuzu istifadə edərkən otağının o biri ucuna ya da digər otağa gedəcəksinizsə, əvvəl bağlayın. Zərbələrə qarşı açıq şəkildə bir yerdən bir yerə aparmayın.

Notbukunuzu yumşaq zəminlərdə buraxmayın: Divanda TV izlərkən, kompüterinizi yastığın üstünə buraxmaq sizə asant gələ bilər. Amma bu hava axışını maneə törədəcəyi üçün notbukunuza zərər verər.

Kompüterinizi heç cür yerə qoymayın: Təcili bir işiniz olduğunda yaxşı bir fikir kimi gəlsə də birdən otağa girən biri üstünə basa bilər ya da ayağı dəyə bilər.

Barmaqlıq və boşluqların baxımı: Kompüterinizdəki girinti və çıxıntıların arasına bir şey girmədiyindən əmin olun. Xüsusilə hava boşluqlarının içinə bir şey girib girmədiyini nəzarət edin. Toz və çirklər təhlükəli nəticələr doğura bilər.

Nəmdən qoruyun: Unutmayın nəm kompüteriniz üçün çox təhlükəli. Anakarta olduğu kimi ekrana da zərər verə bilər.

Ventilyatorun işləməməsi kompüterin həddindən artıq istiləşməsinə və ən sonunda xarab olmasına səbəb ola bilər.

Notbukunuzu kilidləyin: Gərəksiz kimi gəlsə də, bu başqalarının sizin nə üzərində çalışdığınızı görməsini və nizamlarını dəyişdirməsini maneə törədəcək. Windows düyməsni və L düyməsinə basaraq kompüterinizi kilidləyə bilər, daha sonra isə ctrl+alt+Deldüymələri ilə kilidi aça bilərsiniz.


Tarix: 10.12.2014 / 18:40 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqlı Melumatlar