beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi məsciddə qəribə qadağa
Tarixi məsciddə qəribə qadağa

Tarixi məbədə ibadət və ya ziyarət məqsədilə gedənlər içəriyə corabsız buraxılmayacaq

Türkiyənin Edirnə şəhərindəki “Türk-İslam” memarisinin ən önəmli nümunələrindən hesab olunan “Səlimiyə” məscidini ziyarətlə bağlı yeni qərar qəbul olunub.

ANS PRESS-in məlumatına görə, tarixi məbədə ibadət və ya ziyarət məqsədilə gedənlər içəriyə corabsız buraxılmayacaq. Qəribə qadağaya, insan sağlamlığının qorunması və tarixi məscidin təmiz saxlanılması səbəb kimi göstərilib.

Qərarı razılıqla qarşılayan Edirnə şəhər müftisi Hafiz Tamer Alat isə məscidə gələn corabsız ziyarətçilərə pulsuz corab paylanacağını bildirib:

“Səlimiyə məscidinə corabsız girilməyəcək. Dinimiz təmizlik dinidir və peyğəmbərimiz dinimizin yarısının təmizlik olduğunu buyurur. Təmizlik bizim üçün çox əhəmiyyətlidir. İstanbuldan bir biznesmenin dəstəyi ilə corabsız ziyarətçilərə bir istifadəlik corab paylayacağıq. Məsciddə gigiyena qaydalarına riayət etmək və daha rahat ibadət etməyi təmin etmək üçün belə bir addım atdıq. İnşallah davam edəcək bu addımdan insanlar da razıdır”.

Qeyd edək ki, bundan əvvəl də qəbul olunmuş qərarla “Səlimiyə” məscidi 24 saat möminlər və ziyarətçilər üçün açıq saxlanılır və buraya gedən qadınlara hicab hədiyyə olunur.

Xatırladaq ki, “Səlimiyə” məscidi 1568-ci ildə Memar Sinan tərəfindən tikilməyə başlanılıb və 1574-cü ildə təhvil verilib.


Tarix: 30.04.2015 / 10:07 Müəllif: Aziza Baxılıb: 227 Bölmə: Maraqlı Melumatlar