beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinslərin yaranması

Bu günümüzdə böyük populyarlıqla istifadə olunan cinslər tamamilə təsadüfən yaradılıb. Belçikalı Levi Strauss heç də ilk öncədən dünyaya bu dərəcədə rahat və tələb olunan geyim qazandırmağı düşünməmişdi. O 1853-cü ilin martında 24 yaşında Avropadan Amerikaya gəlir.

Gəncin yeganə “sərvəti” atasından ona miras qalmış bir rulon yelkən idi. Bu dövrdə minlərlə qızıl axtarışında olan insanlar Kaliforniyaya cəmləşmişdi. Levi məhz bu fürsətdən istifadə edərək qazanc əldə etməyə çalışır. Belə ki, yelkən materialından qızıl axtaran şəxslərə yaxşı çadır tikmək olardı. Lakin yeni fəaliyyətə başlayan “sahibkarı” qarşıda uğursuzluq gözləyirdi. Belə ki, heç kəs ondan çadır sifariş vermirdi. Bu zaman hətta qızıl axtaran şəxslərdən biri ona lağ edərək istehza ilə gülmüşdü: “Əgər yaxşı şalvarın varsa, ağac altında da yatmaq olar”.

Lakin bu şəxs heç ağlına belə gətirmirdi ki, o Straussa əla ideya verib. Əgər çadır lazım deyilsə, nəyə görə şalvar olmasın? O bu materialdan ilk şalvarı hazırladır və ona istehza edən şəxs “Levi Strauss” markasını geymiş ilk şəxs olur. Zamanla onun müştəriləri artır və 1 ildən az bir müddətdə Strauss San-Fransiskoda qızıl axtaran şəxslər üçün şalvar istehsal edilən şəxsi emalatxanasını yaradır. Cinslərin böyük populyarlıqla istifadə olunmasına baxmayaraq, onun yeganə çatışmayan cəhəti ciblərə yığılan ağır metallardan ciblər tez cırılması idi.

1860-cı ildə Pribaltikadan ABŞ-a gəlmiş dərzi Yakob Deviz cibləri pərçimləməyi düşünür. Lakin Yakob özü çox yoxsul olduğundan öz ixtirasını patentləşdirə bilmir. Bu zaman Strauss-dan borc alıb ixtiranı hər ikisinin adına qeydə almaq lazım gəlir. Artıq 19-cu əsrin 80-cı illərinin sonunda cins qiymətləri 22 dollara çatmışdı. Kaliforniyada qızılın tükənməsinə baxmayaraq, bu şalvarların populyarlığı gündəmdən enmirdi. Bu zaman kovboylar da cinslərdən istifadə etməyə başlayır.


Tarix: 31.03.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 279 Bölmə: Maraqlı Melumatlar